12.08.2014

Ərdoğan və ABŞ-ın projesi

Vüqar Məmmədov

Ərdoğan prezident oldu. 
Demək Orta Doguda müharibələr, ölüm və göz yaşları səngiməyəcək, əksinə bir az da çoxalacaq. Türkiyə mədəni və mənəvi cəhətdən bir neçə 100 il də geri düşəcək.
Beləliklə bölgədə yeni siyasi oyunlar ortaya cıxacaq. Ərdoganın öz təbirincə desək, "Orta Dogu projesinin Eşbaşkanı" kimi məsuliyyəti birə on artacaq. Amerika və Qərb İmperializmi ondan daha cox şeylər tələb edəcək.
14 ilə yaxın müddətdə onu hakimiyyətdə saxlayan Qərbə öz minntətdarlıgını bildirmək üçün bu dəfə də əlindən gələni əsirgəməyəcək.
Bölgədə yeni məzhəb savaşlarının daha da qızışıdırılması, Diyarbəkir mərkəz olmaqla Kürdistan dövlətin de-yuri tanınması, İsrailin dəstəyi ilə yaranmış Kürdistanın İrana müharibə açması, Bəşər Əsədin hakimiyyətdən uzaqaşdırılması, Hizbullahın birdəfəlik linç edilməsi, İŞİD-ın Azərbaycana yönləndirilməsi, erməni "soyqırımı"nın tanınması, Türkiyə daxilində şiələrin və ələvilərin təqibə məruz qalması, ölkə daxilində kamalist, ülçücü qüvvələrin ləgv edilməsi, Türkiyəni Federativ bir respublikaya çevirməklə yeni Lazistan, Zazistanların yaranmasına dəstək Ərdoganın qarşısında duran ən aktual məsələlərdən biridir.
Allah türk xalqına səbir versin.

Комментариев нет:

Отправить комментарий