06.07.2016

Azra Kəramət - Bilmək istəyirsən?

Bilmək istəyirsən məhəbbət nədir?
Əlini Yardan ayıran mismardan soruş.

Bilmək istəyirsən mətanət nədir?
Zeynəbə çırpılan qamçıdan soruş.

Bilmək istəyirsən mehmandar kimdir?
Şahzadə “mehman” eləyən şamlıdan soruş.

Bilmək istəyirsən ata həsrətin?
İçində baş gələn sinidən soruş...

Bilmək istəyirsən ata hünərin?
Boğaza saplanan şiş oxdan soruş.

Bilmək istəyirsən qorxmazlıq nədir?
Əkbəri doğrayan qılıncdan soruş.

Bilmək istəyirsən yalnızlıq nədir?
Kimsəsiz, qan dolmuş meydandan soruş.

Bilmək istəyirsən hicran qəmini?
72 tapılmayan kəfəndən soruş.

Bilmək istəyirsən əmi qeyrətin?
Ləbə toxunmayan Fəratdan soruş.

Bilmək istəyirsən əyilməz kimdir?
Əbbası atdan salan nizədən soruş.

Bilmək istəyirsən Bayraqdar kimdir?
Sən onu kəsilmiş biləkdən soruş.

Bilmək istəyirsən ana laylasın?
Rübaba boş baxan beşikdən soruş.

Bilmək istəyirsən yiyəsiz kimdir?
Od vurulub yanan ətəkdən soruş.

Bilmək istəyirsən həsrət kim çəkdi?
Leylanın zindanı xeymədən soruş.

Bilmək istəyirsən gozəllik nədir?
Kərbəlanı vəsf edən Zeynəbdən soruş.

Комментариев нет:

Отправить комментарий