Ordu komandanı Hacı Qasim Süleymani “General” filminin çəkilişi planlarından gileylənib. Qasim Süleymani rejissora məktub ünvanlayaraq, Müqavimət mövzusunda filmin istehsalı və bu filmdə onun şəxsiyyətindən danışılmasına etiraz edib. Fars İnformasiya Agentliyi xəbər verir ki, mətbuatda gənc rejissor Seyid Səid Həsənpurun Qüds Qüvvələrinin beynəlxalq əməliyyatları haqqında film çəkməsi və bu filmdə Qüds Qüvvələri komandanı Hacı Qasim Süleymaninin şəxsiyyətinin işıqlandırılması xəbəri yayıldıqdan sonra cənab Süleymani bu məsələ ilə bağlı gileylənib və buyurub: Mən hətta Müqəddəs Müdafiə (İraq-İran müharibəsi) xatirələrini yazmaqdan ehtiyatlanıram. Haqqımda film çəkilməsi kimi addımlar məndən xidmət imkanlarını aldığı bir halda belə bir filmin çəkilməsi ilə necə razılaşa bilərəm!..
General Qasim Süleymaninin gənc rejissora məktubu:
Bismillahir-Rəhmanir-Rəhim
Hörmətli bəsic rejissor!
Əziz qardaş cənab Həsənpur!
Sizi, cihad və sənət meydanının bütün məsuliyyətli insanlarını salamlayır, tövfiq və izzət arzulayıram.
Bu gün (22 fərvərdin) televiziyanın 1-ci kanalında 14:00 xəbərlərində verilən məlumat mənim üçün inanılmaz oldu. Hansı ki bir neçə gün öncə mövzu ilə bağlı nigarançılığımı SEPAH-ın ümumi əlaqələr şöbəsinin məsuluna çatdırmışdım, xahiş etmişdim ki, İran İslam Respublikası və Allah yolunda cihada bağlı əziz qardaşlara təşəkkür edib, bu işə yol verməsinlər. Amma ölkə boyu yayımlanan şəbəkədə bu xəbər səsləndi və gileylənməyin yeri var. Zəruri saydım ki, Siz və bütün qardaş-bacıların nəzərinə çatdırım:
Əvvəla, İran İslam Respublikasında onlarla təsirli şəxsiyyətə malik şəhidlər var ki, onların şəxsiyyətinin və təcrübədən çıxmış gerçək nümunə olan əməllərinin tanıtdırılması zəruridir. Şəhid Behişti, şəhid Rəcai, şəhid Bahünər, şəhid Mütəhhəri kimi mücahid və mütəfəkkirlər, cihad səhnəsində şəhid Himmət, şəhid Bakiri, şəhid Zeynəddin, şəhid Xərrazi kimi qəhrəmanlar və hamıdan öndə 60 ildən artıq bu səhnədə cihad aparan Böyük Rəhbər...
Bu xəbəri eşidəndə xəcalət çəkdim. Hələ aqibəti ilə bağlı qorxu içində olan bir adam haqqında danışmağa nə ehtiyac var?!
İkincisi, mən zəiflikləri çox olan bir əsgərəm və Allah-Taalanın lütfü olmasaydı həyatımdakı ilahi tövfiqlərdən nəyəsə nail olub-olmayacağım məlum deyildi. İnternet şəbəkəsində, mətbuatda mənim haqqımda danışılmasına qəti etiraz edirəm. Deyilənlərdən bir qismi ifrat, həqiqətdən uzaq, ölkənin siyasi mənafelərinə və təhlükəsizliyinə zərərli sözlərdir. Bu barədə ölkə məsullarına dəfələrlə etiraz etmişəm.
Siz bilirsiniz ki, mən hətta Müqəddəs Müdafiə (İraq-İran müharibəsi) xatirələrini yazmaqdan ehtiyatlanıram. Haqqımda film çəkilməsi kimi addımlar məndən xidmət imkanlarını aldığı bir halda belə bir filmin çəkilməsi ilə necə razılaşa bilərəm!..
Bütün bunları nəzərə alaraq, Sizə və bütün qardaş-bacılara təşəkkür edib bildirirəm: Nəinki belə addımların atılmasına razı deyiləm, hətta buna qəti etiraz edirəm.
Hörmətlə, Qasim Süleymani
...Bu məktubdan sonra SEPAH-ın ümumi əlaqələr şöbəsinin məsulu general Ramazan Şərifi gənc rejissor Seyid Səid Həsənpurla görüşüb və cənab Qasim Süleymaninin gileyini ona çatdırıb. Qeyd edək ki, gənc rejissorun belə bir film çəkmək fikri onun şəxsi ideyası olub.
“General” filminin rejissoru, Qasim Süleymaninin məktubunu cavablandırıb. Həsənpur cənab Süleymaniyə məktubuna görə təşəkkür edərək deyib: Sizin razılıq təbəssümünüsü yenidən qazanmaq üçün əmin edirəm ki, filmin ssenarisini dəyişib, Sizin göstərişləriniz əsasında zəruri addımları atacağam.
Təsnim İnformasiya Agentliyi xəbər verir ki, filmin çəkilişi üçün hazırlıq işləri aparan gənc rejissor məktub ünvanlayaraq bu barədə açıqlama verilməsini xahiş edib. Məktubda deyilir:
Bismillahir-Rəhmanir-Rəhim
İslam Ordusunun Əziz Komandanı!
Ordu Komandanı General Qasim Süleymani!
Sizi salamlayır, cənabınıza ilahi tövfiq və izzət arzulayıram.
Mənə məhəbbət göstərib yazdığınız məktuba görə təşəkkür edir və “General” filmi ilə bağlı mənim istəyimin ziddinə olaraq ortaya çıxan bəzi nöqtələrə aydınlıq gətirmək istəyirəm:
Əvvəla, Müqavimət Cəbhəsinin informasiya dəstəyi baxımından məzlumluğunu nəzərə alaraq, bir film çəkməklə bu sahədə imkan həddində, kiçik də olsa addım atılmasını istəmişdim.
İkincisi, mən İslam İnqilabının idealları mövsuzunda, Müqavimət əsasında filmin çəkilişində Sizin şəxsiyyətinizdən ilham almaq istəmişəm. Özümü layiq bilmədiyimdən filmdə Sizin adınızı çəkmək fikrim olmayıb.
Üçüncüsü, təəssüflənirəm ki, informasiya şeytənəti növbəti dəfə İslam İnqilabının məqsədləri yolunda müsbət addım ola biləcək bir işi belə gözdən saldı. Qeyd etdiyim kimi, filmdə Sizin adınızı çəkmək fikrim yox idi. Bundan əlavə, 17 fərvərdində Fars İnformasiya Agentliyinə təkzib məktubu təqdim etmişəm. 22 fərvərdində yayımlanan müsahibə isə 16 fərvərdində alınmış müsahibədir.
Dördüncüsü, Sizin məktubunuzu görəndə çox pərişan oldum. Heç istəməzdim ki, Sizinlə ilk tanışlığımız bu kontekstdə olsun. Çünki Siz mənim üçün təkcə qəhrəman yox, komandan olmusunuz və bu gün də komandansınız. Bir bəsic (könüllü) kimi sizin komandanlığınız altında haqq cəbhəsində batilə qarşı vuruşmağı arzulayıram. Bu gün mənə münasibətdə narahatçılığınızı görüb üzülürəm.
Sonda əziz komandanın nəzərinə çatdırıram: Sizin razılıq təbəssümünüsü yenidən qazanmaq üçün əmin edirəm ki, filmin ssenarisini dəyişib, Sizin göstərişləriniz əsasında zəruri addımları atacağam.
Sizin kiçiyiniz, bəsic Seyid Səid Həsənpur
vilayet.nur-az.com

Комментариев нет:
Отправить комментарий