20.07.2016

Rusiya Avrasiya ordusu yaradır

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində regional ordu qrupu yaratmaq barədə qərar qəbul edib. Bu barədə prezident Vladimir Putin Kremldə yüksək çinli zabitlərə hərbi rütbələrin verilməsi mərasimi zamanı etdiyi çıxışında bildirib. 
Rusiya Müdafiə Nazirliyi həm də vahid Hava Hücumundan Müdafiə (HHM) sistemi qurmağı hazırlaşır. Putinin sözlərinə görə, Moskva daim hərbi dairələrin, strateji qüvvələrin döyüş hazırlığının yoxlanılmasını davam etdirir: "Ənənəvi tərəfdaşlarımızla və müttəfiqlərimizlə əməkdaşlığımızı genişləndircəyik" - deyə o, bildirib.
Rusiya prezidenti qeyd edib ki, belə əməkdaşlıq Rusiyanın və onun tərəfdaşlarının müdafiə potensialını yüksəldəcək: "Bu addımlar Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".
V.Putin həmçinin əks-kəşfiyyat fəaliyyətinin Federal Təhlükəsizlik Xidməti (FTX) üçün prioritet istiqamət kimi qaldığını deyərək dövlət sərhədinin qorunmasının xüsusi əhəmiyyəti olduğunu bildirib. O, milli təhlükəsizliyin möhkəmlənməsində xarici kəşfiyyat xidmətinin xüsusi rol oynadığını deyi: "Ölkəmizin ətrafında hansı potensial təhlükələrin olduğunu və bunun bizə təsir imkanlarını araşdırmaq üçün xarici kəşfiyyatın materialları mühüm əhəmiyyət daşıyır".

Комментариев нет:

Отправить комментарий