11.07.2016

Silahlı Qüvvələrin yaranmasının 98-ci ildönümü münasibətiylə “Açıq qapı” günü keçrilib

Silahlı Qüvvələrin yaranmasının 98-ci ildönümü münasibətiylə “Açıq qapı” günü keçrilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edən Komandir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.
Sonra hərbi xidmətdə fərqlənən hərbçilərə fəxri fərmanlar verilib. Valideyinlər hərbi hissə ilə tanışlıqdan və uşaqlarının yaxşı şəraitdə xidmət etmələrindən razə qaldıqlarını bildirdilər. 
Tədbirdə Ağcabədi rayon Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin musiqi kollektivinin konsert proqramı ilə yekunlaşıb.

azpress.az           Fotomüxbir: Mais Amin

Комментариев нет:

Отправить комментарий