Suriyanın şərqində, İraq sərhədi yaxınlığında ABŞ və İngiltərə xüsusi təyinatlıları İŞİD qruplaşması döyüşçülərinin hücumuna məruz qalmışlar. Hücum zamanı koalisiya qüvvələrinin 80 hərbçisi həlak olmuş, 20 hərbçi isə terrorçular tərərfindən əsir götürülmüşdür. ABŞ və İngiltərə ordusuna məxsus çoxlu sayda silah-sursat və texnika İŞİD-in əlinə keçmişdir.
Qərb mətbuatı tərəfindən gizlədilən bu olay barədə ABŞ-ın Vyetnam müharibəsi veteranlarına məxsus "Veterans today" saytı xəbər vermişdir. Saytın məlumatına görə, uğursuzluğa düçar olmuş həmin əməliyyatı ABŞ, İngiltərə, İsrail, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı kəşfiyyat orqanları birgə hazırlamışlar. Koalisiya qüvvələri 30 iyunda səhər tezdən Suriya-İordaniya sərhədindəki Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus hərbi bazadan yola düşərək 200 mil məsafə qət etmişlər. Bu əməliyyatda onları "Yeni Suriya Ordusu"na məxsus müxalifətçilər müşayiət etmişlər. İki günlük yürüşdən sonra onlar Suriyanın Abu-Kəmal rayonundakı aerodromu ələ keçirmişlər. Lakin yeraltı tunellərdə gizlənmiş 400-ə yaxın İŞİD terrorçusu onlara hücum etmişlər. İŞİD mövqelərinə zərbələr endirməli olan ABŞ təyyarələri isə "İraq ərazisində daha vacib hədəf aşkar olunduğu üçün" əməliyyat yerindən uzaqlaşmışlar. Nəticədə aviasiya dəstəyi almayan koalisiya qüvvələri ağır məğlubiyyətə uğramışlar. Əsir düşənlər arasında iordaniyalı hərbçilərin də olduğu barədə məlumat vardır.
Комментариев нет:
Отправить комментарий