Qarşımızda iki yol var: işıqlı sosializm və üfunətli kapitalizm. Daralmaqda olan kapitalizm cığırında maneələr artır, irəlidə çıxılmaz vəziyyət olduğunu göstərən əlamətlər getdikcə çoxalır. İnsanlara iztirablar çəkdirən kapitalizmin labüd qüsurları olan böhranlar, işsizlik, yoxsulluq xalqın üzərinə düşür. Ona görə də yolumuz sosializmə doğrudur. O sosializmə ki, hələ 1961-ci ildə yer üzünün 35,1 mln.kv.km sahəsini və ya 25,9 faizini tutub, yer üzü əhalisinin 1072 mln. nəfərini və ya 35,5 faizini birləşdirirdi.
Ötən əsrin 70-80-cı illərində dünyada taxıl yığımının yarıdan çoxu sosialist ölkələrinin payına düşürdü. Dünya sənaye istehsalında sosializm sistemi ölkələrinin payı 1955-ci ildə 27 faiz idisə, 1962-ci ildə bu rəqəm 37 faiz təşkil edirdi. 1951-1959-cu illərdə sənaye istehsalının orta illik artım sürəti SSRİ-də 11,95 faiz, bütün sosializm dünyasında 13,7 faiz idisə, ABŞ-da bu rəqəm 3,9 faiz, bütün kapitalizm dünyasında isə 2,2 faiz idi. 1970-ci ildə SSRİ adambaşına sənaye və kənd təsərrüfatının əsas növlərinin istehsalı cəhətdən ABŞ-ı ötüb keçmişdir. 1980-cı ildə dünya sənaye istehsalının təqribən üçdə iki hissəsi sosializm ölkələrinin payına düşürdü.
Kapitalizm üçün əlverişli şərait qurtarır və labüddən tənəzzül başlanır. Bir daha təkrar etmək istəyirəm ki, kapitalizmdə istehsal olunan sərvətlərin olduqca çox hissəsi bir ovuc mülkiyyətçilər tərəfindən mənimsənilir, orada maddi nemətlər əməyə görə deyil, kapitala görə bölünür. Kapitalizmdə adambaşına düşən orta gəlir arxasında biabırçı bir bərabərsizlik gizlənir, gəlirin ən çox hissəsini bir ovuc inhisarçılar alır, milyonlarla zəhmətkeşlərə isə heç dərəcəsində olan bir pay düşür.
SSRI istiqlaliyyət uğrunda, öz taleyini özü həll etmək uğrunda mübarizə edən xalqlara böyük kömək köstərirdi. Bir neçə fakt göstərək.
1956-cı il. İngiltərə və Fransa imperialistləri Süveyş kanalını milliləşdirmiş olan Misirə qarşı təcavüz təşkil etdilər. Sovet İttifaqı və digər sosialist ölkələri hökumətləri qətiyyətlə bildirdilər ki, onlar imperialistlərə öz işğalçılıq niyyətlərini həyata keçirməyə yol verməyəcəklər. İngiltərə və Fransa öz qoşunlarını geri cağırmağa və təcavüzü dayandırmağa məcbur oldular.
1957-ci il. İmperialistlər Suriyaya qarşı təcavüz hazırlayırlar. Sovet İttifaqının möhkəm mövqe tutması onların planlarını pozdu.
1958-ci il. Livan və İordaniya ABŞ dəniz piyada batalyonları xalqın inqilabi çağırışlarını yatırmaq üçün buraya qoşun çıxarırlar. Yenə də sosialist ölkələrinin qətiyyətlə təcavüzü ifşa etmələri nəticəsində onlar tez rədd oldular.
1961-ci il. Kuba. ABŞ-da təlim verilib silahlandırılmış muzdlu əsgər bandaları azadlıq adasına soxulurlar. Yenə də Moskva Vaşinqtona qəti xəbərdarlıq etdi ki, SSRİ Kubanı darda qoymayacaqdır. Amerika imperialistləri açıq hərbi müdaxiləyə cürət etmədilər və muzdlu əsgər bandaları darmadağın edildi.
1962-ci il. Amerika imperialistləri sosializm bayrağaını ucaltmış Kuba xalqına qarşı acıq təcavüzə keçirlər. ABŞ Kubanı hərbi-dəniz blokadasına aldığını elan edir və onu hərbi müdaxilə ilə hədələyir. Sovet hökumətinin qəti hərəkətləti ABŞ-ı Kubaya basqın etməyəcəyini və öz müttəfiqlərini də bundan çəkindirəcəyini bütün dünya qarşısında açıqca öz öhdəsinə götürməyə məcbur etdi.
Bəli, SSRİ yer üzündə zülmkarların qarşısını almağa qadir olan qüdrətli bir qüvvə idi. İmperialistlər başda SSRİ olmaqla sosialist ölkələrinə qarşı təcavüzkar hərbi bloklar yaratmışdılar. Başlıca imperialist hərbi bloku Şimali Atlantika İttifaqı və ya NATO-dur. O biri hərbi blok – CEATO “Asiya” bloku adlanırsa da, ona cəmi üç Asiya ölkəsi: Pakistan, Tailand və Flippin daxil idi. Nəhayət, Yaxın Şərq bloku da vardı. Əvvəllər onu Bağdad bloku adlandırırdılar, çünki bu blok haqqında müqavilə İraqın Bağdad şəhərində bağlanmışdı. İmperialistlər Ərəb Şərqinin bütün ölkələrini həmin bloka cəlb etmək istəyirdilər, lakin bu niyyətləri boşa çıxdı.
SSRİ isə imperializmin əsarətindən əziyyət cəkmiş ölkələrə dost əlini uzadırdı. Hindistana Bhilaidə iri metallurgiya zavodu tikməkdə kömək etdi və Birləşmiş Ərəb Respublikasında məşhur Asuan bəndini tikdi. İndoneziyada, Birmada, Əfqanıstanda, Afrikanın gənc dövlətlərində və bir çox başqa ölkələrdə onlarca sənaye müəssisələri tikilir, yollar çəkilir, xəstəxanalar və institutlar yaradılır. Xalqlar Dostluğu Universitetində gənc hindlilər və qvineyalılar, ərəblər və somalilər, planetimizin hər tərəfindən gələn oğlan və qızlar oxuyurdu.
Burjua ideoloqları, xüsusilə marksizmə xəyanət etmiş sağ sosialistlər iddia edirlər ki, guya kapitalizm “başqalaşmışdır”, öz qüsurlarından xilas olmuşdur və tədricən “sosializmə çevrilir”. Onlar buna istinad edirlər ki, zəhmətkeşlərin bəzi təbəqələri kapitalist şirkətləri səhmlərinin (qiymətli kağızların) sahibidirlər. Buna əsasən belə bir nəticəyə gəlirlər ki, kapitalizm “xalq kapitalizminə” çevrilmişdir. Əslində kapitalın səhmdar forması kapitalistlərin daha çox varlanması üçün zəhmətkeşlərin cüzi pul qənaətlərindən istifadə etmək deməkdir. Adi adam bu və ya başqa şirkətin bir neçə səhmini aldıqda ən yaxşı halda heç dərəcəsində olan dividendə ümid bağlaya bilər. O heç bir nüfuzdan istifadə etmir: bütün məsələləri iri səhmdarlar, hamıdan əvvəl kimlərin əllərində “nəzarət paketi” varsa, onlar həll edir. Nəzəri cəhətdən götürdükdə həmin paket bütün səhmlərin 50 faizini təşkil etməli və üstünə bir səhm də əlavə edilməlidir. Əslində isə, səhmlər xırda səhm sahibləri arasında səpələndiyindən və onların hərəkətini uyğunlaşdırmaq əsla mümkün olmadığından, şirkətin işlərini tam ixtiyarla idarə etmək üçün bütün səhmlərin 20-30 faizinə (bəzən hətta 10 faizindən də azına) malik olmaq kifayətdir. Beləliklə, hiyləgar kapitalist öz kapitalını sanki on dəfə artırmış olur.
İqtisadiyyatda böhran hadisələri qiymətli kağızların məzənnəsini birjada aşağı saldıqda kapitalist səhmləri xırda səhm sahiblərindən dəyər-dəyməzinə satın alır və ümumiyyətlə onlara divident verməkdən yaxasını qurtarır. Çox vaxt kapitalistlər özləri birjada çaxnaşma törədir, xırda payçıları soymaq üçün səhmlərin məzənnəsini qəsdən aşağı saldırırlar.
Burjua ideoloqları öyünürlər ki, onların ölkəsində fikir azadlığı var, əslində belə deyil. Amerika yazıçısı Mark Tven yazır: “Bizim ölkəmizdə şübhəsiz üç şey vardır: söz azadlığı, fikir azadlığı və onlardan heç bir zaman istifadə etməmək qətiyyəti”. Əsil fikir azadlığını təmin edən marksizm-leninizm təlimindən imperialistlər oddan qorxan kimi qorxurlar, çünki onların bu nəcib ideyalara qarşı ortaya qoya biləcəkləri ideyalar yoxdur.
Burjuaziya hakimiyyət başına gəlməkdə olduğu zaman, o, insanları azadlıq, bərabərlik, qardaşlıq şüarları ilə öz tərəfinə çəkirdi. Bu şüarlar indiyə kimi burjua konstitusiyalarının səhifələrində qalır. Lakin zəhmətkeşlər indi onun nə demək olduğunu yaxşı bilirlər. Bu, fəhlələri kapitalistlərin istismar etməsi azadlığıdır, faşistlərin adamları qaz ocaqlarında yandırmaq azadlığıdır, qəzet maqnatlarının müharibə qızışdırmaq azadlığıdır. Fəhlələrin belini bükməsi “azadlığıdır”, kommunistlərin həbsxanada oturmaq “azadlığıdır”, sülh uğrunda mübarizələrin polis dəyənəyi ilə döyülməsi “azadlığıdır”.
Bərabərlik şüarı isə burjua ideoloqlarının dilində daha artıq bir həyasızlıqla səslənir. Ağalar ilə qullar arasında, toxlar ilə aclar arasında nə bərabərlik ola bilər? Milyarder Mellon bir gecə balına bir milyon dollar xərcləyirdi. Divanə varlı qadınlar o qədər qudurublar ki, şpits və pudellərə qulluq etmək üçün bir dəstə nökər saxlayırlar. Minlərlə işsiz ailəsi isə aclıq çəkir, uşaqlar gəmirilmiş bir sümük tapsınlar deyə, zibilxanalarda eşələnirlər. Adam gərək o qədər vicdansız olsun ki, imperializm aləmində qardaşlıq olduğundan dəm vursun; halbuki ABŞ-da zəncilərə linç divanı tutulurdu. Fransada vəhşiləşmiş “ifratçılar” əlcəzairliləri diri-diri yandırırdılar. Burjuaziya vaxtı ilə öz bayrağına yazılmış olan idealları indi tamamilə itirmiş və tapdalamışdır. İndi getdikcə daha geniş xalq kütlələri yəqin edirlər ki, əsil azadlıq, bərabərlik və qardaşlığa ancaq sosialist, kommunist quruluşu təmin edir.
Burjua demokratiyasının böhranı mədəniyyətin tənəzzülündə də təzahür edir. Qəddarlıq və zorakılığı şöhrətləndirən, əxlaqsızlıq tərənnüm edən, vəhşi instinktlər oyadan alçaq əsərlər kitab mağazalarının rəflərini, teatr səhnələrini, kino və televizor ekranlarını doldurub. İnsan psixikasının ən dərin sirlərini açıb göstərmək iddiasında olan mənasız xətlər və ləkələr yığını rəssamlıqda modalı bir cərəyan olub. Musiqidə melodiya və ahəngi vəhşi səslər bağırtısı əvəz edib. Heykəltəraşlıqda mənasız olan və ikrah hissi oyadan əcayib konstruksiyalar meydana çıxıb.
Kapitalizmin ziddiyətləri kəskinləşdikcə əzilən insan sinifinin mübarizəsi yüksəlir. Bu özünü son vaxtlar baş verən tətil dalğasında göstərir və burada insanlar təkcə iqtisadi tələblər deyil, habelə siyasi tələblər irəli sürürlər. Əzilən insan sinifinin mübarizəsini təşkil etməkdə kommunist partiyaları həlledici rol oynayır, onlar imperialist hakim dairələrinin cinayətkar siyasətini ifşa edir, bütün mütərəqqi qüvvələri sülh, demokratiya və sosializm uğrunda mübarizə üçün sıx birləşdirirlər. Kommunist partiyaların mübarizəsinin son məqsədi kapitalizm cəmiyyətini sosializm cəmiyyətinə şəraitin tələb etdiyi formada cevirməkdən ibarətdir. Sosializmə keçid nə qiyam, nə də dövlət çevirilişi olmayıb, qanunauyğun ictimai bir prosesdir ki, onu kapitalizmin inkişafı, kapitalizmin bütün ziddiyətlərinin kəskinləşməsi hazırlayır. Əzilən insan sinifi bu prosesdə, eyni zamanda sülh və demokratiya uğrunda mübarizədə əsas qüvvədir. Nəzərə almaq lazımdır ki, demokratiya yğrunda mübarizə sosializm uğrunda mübarizənin tərkib hissəsidir.
Daha vacib bir məsələni qeyd etmək istəyirəm. Əzilən insan sinifinin bəzi hissəsi içərisində sosialist partiyaları ciddi nüfuza malikdirlər. Onların parlamentdə güclü fraksiyaları vardır və bir sıra ölkələrdə burjuaziyanın razılığı ilə hökumətlərə başçılıq edirlər. Sosialist partiyalarının rəhbər xadimləri (onları sağ sosialist adlandırırlar — Ə.A.) 2-ci İnternasionalın opportunist başçılarının vərəsələridir. Onların arasındakı fərq bundan ibarətdir ki, Kautski və 2-ci İnternasionalın başqa başçıları marksizmə xəyanət edərək, özlərini marksist adlandırmaqda davam edirdilərsə, indiki sağ sosialistlər Marksın təlimi ilə rəsmən əlaqəni kəsərək, həmin təlimi köhnəlmiş elan etmişlər və öz nəzəriyyələrini buna qarşı qoymağa cəhd edirlər. Bütün bu nəzəriyyələr reformist xarakterindədir: onlar osa-olsa bəzi islahatların keçirilməsini nəzərdə tutur və kapitalizmin əsaslarına, yəni xüsusi mülkiyyətə və muzdlu əməyin istismar olunmasına heç bir halda toxunmurlar. Buna görədir ki, burjuaziya sağ sosialistlər ilə nəinki yola gedir, habelə bir sıra hallarda hakimiyyəti onlara həvəslə etibar edir. Təcrübə göstərir ki, kommunistlərlə sosialistlərin birgə hərəkət haqqında ümumi proqram hazırlaya bildikləri yerdə müvəffəqiyyət təmin edilmiş olur.

Комментариев нет:
Отправить комментарий