22.07.2016

Pərvin Cəfərzadə - Bezar oldum

Yatır zindanda salimlər,
Çoxalmış saxta alimlər,
Cavabsız qaldı zalimlər,
Ədalətdən bezar oldum.

Əlim bağlı, qolum bağlı,
Sağım bağlı, solum bağlı,
Şücaətli yolum bağlı,
Sədaqətdən bezar oldum.

Yetimlər oldu biçarə,
Kiçik qəlblər parəm-parə.
Əlimdən gəlməyir çarə,
Səxavətdən bezar oldum.

İmamdan sorsalar nəyçün
Zühur vaxtı gecikmişdir?
Bizi nişan verib söylər:
Xəyanətdən bezar oldum

O vəd olmuş zaman gəlsin!
Fəqirlərçün aman gəlsin!
Xuda, nə olar İmam gəlsin!
Ədavətdən bezar oldun.

Məni səndən soran yarə
Nəzakətlə cavab qaytar.
De ki, Pərvin deyib getdi:
Məhəbbətdən bezar oldum.

Комментариев нет:

Отправить комментарий