Alman əsgərlərinin geyimindən anlaşılırdı ki, onların paltarları, ayaqqabıları, hətta düymələri belə keyfiyyətsiz materaiallardan hazırlanmışdır. Əsir düşmüş almanların çoxu hərbi formadan çox idman kostyumunu xatırladan yüngül kurtkalarda, sintetik yundan hazırlanmış sırıqlılarda, dəri əvəzləyicidən düzəldilmiş botinkalarda idilər. Komandanlıq nəinki əsgərlərə, hətta sapyorlara belə qışda əlcək verilməsinin qayğısına qalmamışdı. Alman hərbçiləri qış düşən kimi kütləvi şəkildə soyuqdəyməyə düçar olur, orduda dizenteriya sürətlə yayılırdı. Qışda alman əsgərlərinin hətta xarici görünüşü onu deməyə əsas verirdi ki, onların fiziki və mənəvi vəziyyəti olduqca bərbaddır. Bəzən zabitlərin əmri ilə ölmüş əsgərlərin paltarlarını çıxarıb üst-üstə geyinirdilər ki, soyuqdan donmasınlar. Faşist səngərlərini tutan Sovet döyüşçüləri tez-tez lüt alman meyidləri ilə rastlaşırdılar. Bir çox məntəqələrdə yanacaq sisternləri partizanlar tərəfindən partladıldığından maşınlar yerindən tərpənmirdi. Əsirlər danışırdılar ki, minomyot və top atəşlərindən başlarını səngərdən çölə çıxara bilmirdilər, təbii ehtiyaclarını blindajda ödəyirdilər, ona görə də üfunət iyindən tərpənmək olmurdi. Əsgər Teodor Hilen deyirdı ki, son zamanlar onlara gündə 200 qram çörək və ara-sıra isti noxud supu verilirdi. Yemək rasionunun get-gedə azalması və isti geyimin olmaması əsgərləri ruhdan salır və içlərində narazılıq yaradırdı. Cəbhədəki nəhəng itkilər onları kütləvi şəkildə təslim olmağa vadar edirdi.
Комментариев нет:
Отправить комментарий