04.02.2019

 Əsir düşmüş ober-yefreytor Verner Zalbek deyirdi: “Hollandiyanın, Belçikanın və Fransanın şəhər və kəndlərindən qələbə marşı ilə keçmiş bizim diviziyanın əsgərləri artıq bir neçə aydır ki, Valday yüksəkliyində ilişib qalıblar və donurlar. Elə gün olmur ki, 3-4 əsgər anginadan sıradan çıxmasın”. Əsgər Simon Baumer evə yolladığı məktubda yazırdı: “Moskvanın 100 kilometrliyində olsaq da, ruslar şiddətli müqavimət göstərirlər və biz çoxlu itkilər vermişik. Müharibə yarım il də davam etsə, hamımız qırılacayıq”. Əsgər Rudolf Rupp anasına yazırdı: “Qızğın və qanlı döyüşlər gedir, belə ki ruslar var gücləri ilə müdafiə olunurlar. Bizim çoxumuz bir daha vətən üzü görməyəcəyik”. Yefreytor Otto Salfinqer valideynlərinə yazırdı: “Bir aydır yerimizdə sayırıq. Bu vaxt ərzində o qədər əsgər itirdik ki! Əgər həlak olmuş almanların meyidlərini yan-yana düzsəydilər, bir ucu Berlinə kimi çatardı. Biz alman meyidləri üzərindən addımlayırıq və yaralıları qarın üstündə qoyub gedirik. Yaralı- ballastdır və onun barəsində heç kəs fikirləşmir. Bu gün biz irəlidə ölənlərin meyidləri üzərindən addımlayırıq, sabah bizim meyidlərin üzərindən tank tırtılları keçib geçəcək”.

Комментариев нет:

Отправить комментарий