04.02.2019

Rotşildin Hitler ordusunu isti paltarlarla təmin etmək yadından çıxmışdı. İlin soyuq aylarını alman əsgərləri yüngül şinellərdə keçirirdilər və onların ruslar kimi isti şapkaları yox idi. Qış vaxtı Sovet əsgərləri qoyun dərisindən tuluplar geyindiyi halda alman əsgərləri dəri-erzaç paltolarda gəzirdilər və donurdular. Komandanlıq onları Gebbels nağılları ilə qızışdırırdı. Hitler alman əsgərlərinə Kuban buğdası, Çımlyan çaxırı, rus qulları və münbit qara torpaqlar vəd vermişdi. Alman torpağı Rus torpağı kimi bərəkətli deyildi. Almanlar öz torpaqlarında məhsul becərmək üçün çoxlu əziyyət çəkməli olurdular. Rus torpağının keyfiyyəti onları riqqətə gətirmişdi. Zabitlər əsgərlərə deyirdilər ki, müharibə qurtardıqdan sonra onların hər birinə 40 hektar bərəkətli Rus torpağı veriləcək. Hətta əsgərlərin bir çoxu ailələrini Rusiyaya gətirib burda yaşamaq barədə düşünürdülər. Onlar rus kəndlilərini qabaqlarında işlədəcəkləri barədə xəyallar qururdular. Zabitlər deyirdilər ki, Rusiyanın ən yaxşı kolxozları alman Reyxinin ixtiyarında olacaq, bu təsərrüfatları almanlar idarə edəcəklər, qabaqlarında da rus və ukraynalıları qul kimi işlədəcəklər.

Комментариев нет:

Отправить комментарий