04.06.2021

ABŞ Azərbaycanda antirus fəaliyyəti üçün 15 milyon dollar pul ayırdı

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAİD) Azərbaycanda antirus təbliğatının aparılması üçün 15 milyon dollar pul ayırıb.
Bu barədə Agentliyin rəsmi saytının ABŞ-ın dövlət qrantları cədvəlində məlumat verilir.
Maraqlıdır ki, layihənin əsas istiqaməti “Rusiya təsirinə qarşı müqavimət” kimi göstərilir. USAİD rəhbərliyi bildirir ki, Rusiya Azərbaycanın kənd əhalisinə düzgün investisiya yatırmamasından istifadə edir, gənclərə zərərli təsir göstərir və Azərbaycan bununçün qarşılayıcı tədbirlər həyata keçirməlidir.
USAİD bu qarşılayıcı tədbirlərin həyata keçirilməsi üçün Azərbaycana pul, texniki kömək və dəstəyin digər formalarını təklif edir.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif sosial qrupları fəaliyyətə cəlb olunacaqlar və Rusiyaya qarşı təbliğata istiqamətləndiriləcəklər.
Bu yolla USAİD azərbaycanlıları ABŞ-ın sosial-iqtisadi inkişafında iştirak etmək adı altında Rusiyaya qarşı təbliğata yönləndirir.
Layihədə məqsəd Rusiya və keçmiş Sovet respublikaları arasında formalaşmaqda olan ticari, iqtisadi və sosial əlaqələri dağıtmaq, Rusiyadan düşmən obrazı yaratmaqdır.

Комментариев нет:

Отправить комментарий