17.06.2011

Ölkənin aparıcı qəzetlərindən manşetlər
















“Yeni Müsavat” qəzeti:
Ölkənin aparıcı qəzetlərindən manşetlər - 16 iyun 2011

“Yeni Müsavat” qəzeti: Qəzetin bugünkü əsas manşeti “Heydər Babayevi Britaniyadan da qovdular” başlığı ilə verilib. Əsas manşetinin davamında “Yeni Müsavat” yazır: ““Fövqəlnazir”lə sabiq nazirin London hesablaşması... İqtisadi İnkişaf Nazirliyinin sabiq şefi biznesini Türkiyəyə köçürüb; Babayev qardaşları Bodrumda dəyəri onmilyonlarla ölçülən obyektlər alıb”.

“Yeni Müsavat”ın əsas manşetinin altındakı digər manşeti isə belədir: “İş adamı Gəncənin icra başçısına silah çəkdi. Şəhərdəki obyekti sökülən sahibkar məmurları tapança ilə hədələyib”.

Bundan başqa, qəzetin bugünkü sayında “Wikileaks-dən Azərbaycan haqda daha bir sensasiya...”, “2 aprel məhbusları azad oluna bilər”, “Dövlət katibinin köməkçisi və Brayza müxalifət liderləri ilə görüşdü”, “Sərkisyanın müavini Qarabağ hərəkatını KQB-nin başlatdığını dedi”, “Mübariz İbrahimova heykəl qoyuldu”, “Sumqayıtda sahibkarlar aksiya keçirməyə hazırlaşır”, “Eynulla Fətullayev Avropa Şurasında çıxış edəcək”, “Bəylər Əyyubovun Qobustan türməsində keçirtdiyi əməliyyatın təfərrüatı”, “Əfsanəvi “Boz qurd” azad edildi”, “Fəhmin Hacıyev Əli Ömərovu məhkəməyə verir” və “Zamin Hacı Osloda mükafat aldı” başlıqlı xəbərlə də tanış olmaq mümkündür.

“Azadlıq” qəzeti:
Ölkənin aparıcı qəzetlərindən manşetlər - 16 iyun 2011

“Azadlıq” qəzeti: Qəzet əsas manşet olaraq “ABŞ səfiri məxfi məktubunda, onun neft kartından demokratiyanı boğmaq üçün istifadə etdiyini yazıb” kimi seçib. Əsas manşetinin davamında “Azadlıq” yazır: “Ölkə başçısı ABŞ diplomatlarına Rusiya mifini dağıtmasından danışırmış”.

“Azadlıq”ın son sayındakı yarımmanşetlik başlıqlarında yazır: “İctimai Palata ilə bağlı məxfi plan” və “Dünyanı buzlaşma gözləyir”.

Qəzetin önəm verdiyi digər mövzu başlıqları: “Gənclərdən hakimiyyətə mesaj”, “Müxalifət meriyadan cavab gözləyir”, “ABŞ Bakıda “qolunu çırmalayır”, “Şeyxə qarşı kampaniyanın arxasında nə dayanır?”, “Bakı Beynəlxalq Avtovağzalının şöbə müdiri tutuldu”, “Eynulla Fətullayev AŞ PA-da çıxış edəcək”, “Akademik qalmaqal” və s.

Комментариев нет:

Отправить комментарий