“Ayna”-“Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov özünün və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı daxili işlər naziri Ramil Usubovun şəxsi nəzarəti altında aparılan təhqiqat yekunlaşıb və iş üzrə cinayət işinin başlanılmağı üçün material Binəqədi rayon Prokurorluğa təqdim edilib. Bu barədə jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, polisin apardığı ilkin istintaq zamanı iş üzrə yerində araşdırma aparılıb, onun ailə üzvlərinin, habelə qonşulardan, evlərinə yaxın olan qəsəbədəki marketlərin satıcılarından və digər şəxslərdən ifadələr alınıb, habelə hadisə yerinin foto şəkilləri çəkilib. Habelə İ.Abasov ona və ailə üzvlərinə qarşı hədələrin dayandırıldığını, ərazi üzrə 40-cı Polis Bölməsindən isə mümkün hədələrin olub-olmadığının mütəmadi monitorinqinin aparıldığını dedi.
“Bütün bunlara baxmayaraq, mən və ailə üzvlərin ciddi sarsıntı və qorxu altında yaşayırıq. Çünki ailə üzvlərimə hücum edən və məni hədələyənlərdən kimsənin həbs edilməsi barədə mənə heç bir məlumat yoxdur, hesab edirəm ki, o şəxslər hələdə azadlıqdadırlar”, - deyə qeyd edən İ.Abbasov prezident İlham Əliyevə etdiyi müraciətə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Binəqədi OİL-dən reaksiya gəldiyini dedi.
“Mənə həm dövlət neft şirkətindən həm də Binəqədi OİL-dən zəng edib etdiyim müraciət əsasında daxili təhqiqata başladıqlarını və hadisə yerinə baxış keçirmək arzusunda olduqlarını bildiriblər. Amma vəkilimiz Elçin Sadıqovla məsləhətləşəndən sonra biz onlara hadisə ilə bağlı təhqiqatı davam etdirən prokurorluğa müraciət etmələrini məsləhət bilmişik”, - deyə İ.Abbasov qeyd etdi.
Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.
Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə (Semaşko) çatdırılıblar. Hazirda onlar ev şəraitində müalicələrini davam etdirirlər. Onu da qeyd edək ki, İ.Abbasovun özü barədə polisə xuliqanlıqla bağlı, qardaşları Vaqif Abbasov və Raman Abbasov barədə isə “adam döymə” ilə bağlı şikayətlər verilib. Ailənin hüquqlarının qorunması ilə Media Hüququ İnstitutunun əməkdaşı, vəkil Elçin Sadıqov məşğul olur.

Комментариев нет:
Отправить комментарий