Laçın Məmişov
Gecənin zülmətin, qaranlığını
Yuyub göz yaşımla açıram səhər
Gəlişi gecənin sükut, səssizlik
Öldürür yoxluğun, yandırır qəhər
Yenə günəş keçdi dağın dalına
Şəfəqi sanki yanırdı halıma
Rast gələndən sənin təki zalıma
Balı yesəm belə dadıyır zəhər
Gecə mənə həmdəm, gecə bir cəza
Sanki ibadətsən, gecə bir qəza
Münəccim aradım, ulduzla yoza
Sənin ulduzuna çatım nə təhər ?
Soruram səmadan sual sorumu
Gecələr iynəylə qazıb görumu
Min loğman arayır tapmır yorumu
Acızdır, biçarə təbabət, əşhər
Uzaqdan sanırlar sanki bəxtəvər
Sözlərim mənalı, nəzmimsə əzhər
Qanayan yaramsan, ona ol cövhər
Bir də baxarsan ki, Laçın yox səhər
Şamaxı şəhərinin Bakı əyaləti 2 fevral 2012-ci il
Комментариев нет:
Отправить комментарий