21.02.2012

Faniliyin əyaniliyi


Oktay Hacımusalı

yuxusuzluqdan qızarmış gözlərinizi
yığın yolumdan
başınıza dönüm
səhər günorta axşam
saçlarınızı yolmayın
deməyin ki öləndən sonra
heykəlini qoyacaqlar
söz veriblər
təzə tikilən avtovağzalın düz qabağında

ölüm ani bir şeydi və məni yaxalamışdı 28 – də
şəhər ölüm şərqiləri zümzümə edirdi şər qarışmışdı
və sən ölümdən danışırdın
saçların gözyaşına batmışdı
bir kafedə sərt qəhvə qabağımda
şəkər qatıb içmək
əzrayılla çilingağac oynamağa bərabər
sonra mən çay sifariş verdim
o sərt qəhvəni də zaur qəriboğlu öldürdü

sənsə böyümüş gözlərinlə üzümə baxırdın
rəngim dəyişirdi get gedə
halbahal olurdum halbahal
keyləşirdim
dediyim sözlər mənasız
təbəssümüm illərin yorğunu
göyüzü tutuldu
qaranlıq oldu qapqaranlıq
damları damlalar döyəclədi sonra bir xeyli
mən titrədim
səhər açıldı
ölüm basdığını kəsməkdən vaz keçdi
səsini eşitdim buludların arasından
buludlarsa bəmbəyazdı
nolar arada həkimə get

****
 
bir çağrından sonra
dərhal yığıb səni
nə yazmısan mənim balam
oxu eşidirəm
deyən yoxdusa yanıbaşında
ilqar fəhminin sözü olmasın
onda heç

balaca uşaqlar həyətdə oynayanda
onlara baxıb köks ötürürsənsə
demək nəsə əksikdir həyatında
nəsə çatışmır
bəlkə kimsə
ola bilər

bəlkə də
sonra baxdığının fərqinə varıb
biri sənə dil çıxarırsa qəflətən
kənan hacı demişkən
bu da sənə
faniliyin əyaniliyi
 

yanından keçib gedən
sevgililərin halı
səndə
bundan əvvəlki həyatında yaşadığın
xoş anların şirinliyini oyandırmırsa
gəl belə eləyək də
tüfəngin varsa vur məni
xəncərin varsa sox ürəyimə
qoy birdəfəlik hamı bilsin ki
oktay hacımusalı da ölüb
səhərə yaxın dördün yarısında


artıq yuxularıma qonaq da gəlirsən
hərdən bir
bu qış yaman soyuqdu bakıda
hərəmizdən bir parça qalıb asfaltların üstündə
səsindən hərarət alıb qızınır gecələr
açılır səhərlər
gözləmədiyimiz xəbərlər çıxır qəhvələrin dibindəki fallardan
sən hər şeyi dünyadaki yerinə qoyub
gəlirsən

sevginlə sevincinlə həsrətinlə gəlirsən
yaxından uzaqdan gəlib bizə çatan hər şeydə az da olsa
sən varsan
gözlərin sözlərin gülüşün
yalandan da olsa dodaq büküşün
bir anlıq da olsa unutdurur mənə hər şeyi
dediyim deyəcəyim sözləri cümlələri
dilimdə ancaq adın qalır
iki hecadan ibarət
və sən gəlirsən artıq yuxularıma qonaq
hərdən bir

artıq yuxularıma qonaq da gəlirsən
hərdən bir
çəkingənliyin yenə də üstündə
yenə də astagəl addımlarının səsini duyuram uzaqdan
ürəyim böyüyür böyüyür çıxmaq üçün çırpınır qəfəsindən
qan tər içində qalıram boğula boğula
yadıma salıram
bildiyim bütün duaları
olmur yenə olmur
yox səhv başa düşmə
sənin qonaq gəldiyin yuxunun bitməməsi üçün dua edirəm
реклама туфелек, босоножки, комната, бабочки, сияние, волшебство, мох, трава, камень

Комментариев нет:

Отправить комментарий