Yarandığı dövrdən cəmiyyətin bütün təbəqələrinin marağına səbəb olan Azərbaycan mətbuatı öz ətrafında geniş auditoriya toplamağa nail olub. Lakin informasiya əldə etmə yollarının çoxalması, elektron medianın inkişafı mətbu orqanlara olan marağın itməsinə və yaxın gələcəkdə qəzetlərin tamamilə sıradan çıxması haqda proqnozların səslənməsinə təkan verdi. Mətbu orqanların auditoriya toplamaq baxımından problem yaşamasına qəzetlərin dizaynındakı eynilik də səbəb ola bilər. Qəzetlərin belə bəsit dizaynla nəşri onun marketinq və satışının aşağı olması səbəbindən üzləşdiyi maliyyə çətinlikləri ilə izah edilir. Lakin mətbu orqanların adlandırılması maliyyə tələb etməyən sahədir.
Ad seçimi
Təəssüflər olsun ki, bu gün mətbuatımızın adlandırılması istər dövlət orqanlarının, istərsə də qəzet təsisçilərinin diqqətindən kənar qalan mövzudur. Mətbu orqanların adı dəqiq, mənalı, lakonik və diləyatımlı olmalıdır. Hər hansı alıcının marağını ilk növbədə qəzetin adı, loqosu, birinci səhifənin tərtibatı cəlb edir. Mətbuat təkcə xəbərləmə deyil, eyni zamanda düşündürücü vasitədir. lk anda gülüş doğuran bir adın auditoriya qarşısında düşündürücü rol oynaya biləcəyinə inanmaq çətindir. Ümumiyyətlə ad oxucu ilə qəzet arasındakı istənilən əlaqənin birinci elementidir, qəzetin adının düzgün seçilməsi isə onun gələcək inkişafının birinci mərhələsidir. Müxtəlif qəzetlərin adlarının və görünüşlərinin bir-birinə bənzəməsi reytinq üçün böyük zərbə hesab olunur. Bunun üçün Qərb mətbuatının şuarı “xüsusilik”dir. Bütün bu amilləri nəzərə alaraq düzgün ad seçimini bir neçə cümlə ilə belə xarakterizə etmək olar:
Ad qəzetin unikallığını vurğulamalıdır;
Ad qəzetin imicini formalaşdırmalı və missiyasına uyğun gəlməlidir;
Ad qəzetin vizual obrazını canlandırmalıdır;
Ad oxucu etimadını qazanmalıdır və müsbət emosiya yaratmalıdır.
Dünyada qəzetçilik araşdırmalarıyla tanınan Paynter İnistitutu “Eye Track Research” (göz izi tədqiqatı) adlı araşdırma aparıb. Tədqiqatçılar iki yüz oxucunun eynəklərinə gizli kameralar yerləşdirib. Bununla da oxucunun göz hərəkətlərini izləyərək qəzeti ələ aldığı ilk andan etibarən əsas nələrə diqqət etdiyi, ilk öncə nəyə baxdığı təsbit edilib. Məlum olub ki, öncə oxucu ilk səhifəyə, qəzetin adına və loqosuna diqqət yetirir. Bu araşdırma qəzet adlarının auditoriyaya ciddi təsirini sübut edir.
“Şapalaq”, ”Şeş-beş”, “Sehrli xələt”...
Müstəqilliyin bərqərar olması ilə mətbu orqanların kəskin artımı, jurnalistikaya aidiyyatı olmayanların qazanc mənbəyi üçün düşünülməmiş adlarla qəzet nəşr etdirməsi qəzet adlarının bayağılaşmasına səbəb oldu. Bu günədək mətbu orqanların sürətli artımı davam edir. KİV haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində qeyd olunur ki, mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından xüsusi icazə tələb olunmur. Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir. Müraciətdən sonra qəzetlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Hazırda Azərbaycanda 4155 adda kütləvi informasiya vasitəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Onlardan 42-si radio və telekanal, 21-i informasiya agentliyi, qalanları isə qəzet və junallardır. Lakin bu kəmiyyət kütləvi informasiya vasitələrinin inkişafından xəbər vermir. Kütləvi İnformasiya Vasitələri nazirlikdə qeydiyyatdan keçərkən onlara qoyulan adlar nəzarətdən kənar qalır. Bunun nəticəsidir ki, ölkədə qəzet və jurnalların adlarının vəziyyəti qaneedici deyil. Ədliyyə Nazirliyində bu işə laqeyd münasibət “Şapalaq”, ”Şeş-beş”, “Sehrli xələt ”, “Şparqalka” kimi bayağı adla qəzet və jurnalların nəşr olunmasına səbəb olur. Əgər qəzet sahibi öz işinə ciddi yanaşmırsa və ya yanaşmaq iqtidarında deyilsə, qəzetə ad seçməkdə belə acizdirsə, oxucu pulundan keçib həmin qəzeti almaz. Elə buna görədir ki, bu qəzetlərin adlarını köşklərdə qəzet satışı ilə məşğul olanlar belə bilmir.
O adlarla dilimiz çirkləndirilir
Qəzet adı ən azı bitmiş bir fikir ifadə etməlidir. Bəzi qəzet adlarının heç mənası da yoxdur. “Yol sürücü”, “Gələcək Azərbaycan”, “Siyasi Azərbaycan”, “Karvan bu”, “Azərbaycan, hüquq”, “Azərbaycan, dövlət, lider”, “Azərbaycan ölkə”, “Elimiz, günümüz”, “Ədəbi Azərbaycan”, “Nobel ədəbiyyat” qəzetlərinin adları tamamlanmamış qalır. Bu halların qarşısını almaq üçün Ədliyyə Nazirliyində qəzet adlarına nəzarət edən komissiyanın yaradılması vacibdir. Qəzet adlarında müşahidə olunan başlıca problemlərdən biri dil məsələsidir. Dilin qorunması və inkişafında mətbu orqanların, xüsusilə də qəzet və jurnalların rolu böyükdü. Dilimizə yeni sözlər, terminlər kütləvi informasiya vasitələri ilə daxil olur. KİV millətin dilini qoruyub saxlamaq öhdəliyini daşıyır. Lakin bəzi qəzet adları bu dili çirkləndirir. Nəinki qəzetlərin məğzi, hətta adlarında belə dilin qanunauyğunluqları pozulur. Məsələn, Azərbaycan dilində “Həmrəyçilik” sözü olmasa da, bu adda qəzet var. Bundan başqa, bir sıra qəzet başlıqlarında iki dildən istifadə olunur. “İqtisadiyyat, uçot və hüquq”, “Abi-Həyat”, ”Mühasibat uçotu” adlı qəzetlər nəşr olunur. Jurnalistin peşəkarlığının əsas elementlərindən biri dilin zənginliyindən lazımınca bəhrələnə bilməkdir. Azərbaycan dilində ən dərin mənaları, ən səmimi duyğuları, habelə mürəkkəb fəlsəfi, elmi fikirləri ifadə etmək mümkündür. Lakin qəzet adlarında söz qıtlığı müşahidə olunur. Ölkəmizdə qeydiyyatdan keçmiş qəzetlər adlarından 261-i “Azərbaycan” sözü ilə ifadə olunur. Bu qəzetlərin bəziləri Mətbuat Şurasının “qara siyahı”sına düşüblər. “Media Azərbaycan”, “İdeal Azərbaycan”, “Aydın Azərbaycan”, “Yeni Azərbaycan dünyası”, “Azərbaycan parlamenti”, “Rəsmi Azərbaycan”, “Azərbaycan və iqtisadi yüksəliş” kimi siyahıda adı çəkilən qəzetlər dövlətin adından istifadə edib jurnalistikadan uzaq işlər görməklə bu ölkənin adına xələl gətirir. “Azərbaycan” adından istifadə etməklə özünə reytinq qazanmağa çalışır. Dövlətin adının bu cür ucuzlaşdırılmasına yol verməyə heç kimin haqqı yoxdur. Bu məsələyə Ədliyyə Nazirliyinin nəzarət etməsi vacibdir.
Bundan başqa, Sovet imperiyasının asılılığından 20 ildir yaxa qurtarmağımıza baxmayaraq ölkəmizdə “Sovet Azərbaycanı”, “Azərbaycan pioneri” kimi qəzetlər hələ də qeydiyyatdan çıxarılmayıb. Dünya mətbuatı qəzetlərin elektron variantının mükəmməlləşdirmək üçün axtarışdadır, milli mətbuatımız isə qəzetlərdə şüarlarla çıxış edir. Hətta “Zamanla irəli”, “Sabaha inamla”, “İnamla irəli”, “Gələcəyə inamla” , “Müstəqil Azərbaycan uğrunda”, “Kadr uğrunda” kimi şüar başlıqları ilə qəzetlər nəşr edilir. Qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində şüarla qəzet adlarına rast gəlinmir. Təsəvvür edin ki, “Yaşasın Amerika”, “Müstəqil İngiltərə uğrunda”, “Demokratik Türkiyə naminə” adda qəzetlər nəşr olunur. Əlbəttə çox gülməli səslənir. Bu qəzetlər o ölkələrdə öz dövriliyini sürdürə bilməz. Azərbaycanda isə bu cür qəzet adlarının sayı-hesabı yoxdur: “Qabaqcıl texnika uğrunda”, “Kadr uğrunda”, “Bütöv Azərbaycan naminə”, “Günəşli Azərbaycan naminə”, “Qərbi Azərbaycan uğrunda”, “Yeni Azərbaycan naminə”, “Bizim Azərbaycan naminə”, “Azərbaycanın gələcəyi naminə”, “Xalq naminə”, “İrəli Azərbaycan” və s. kimi qəzetlər ölkədə bir neçə ildir nəşrini davam etdirir. Heç kimin jurnalistikanı bu qədər bayağılaşdırmağa ixtiyarı çatmır.
Adlarda təkrarçılıq...
Qəzet adlarında təkrarçılıq da son dərəcə düşündürücü məqamlardan biridir. Məsələn, 96 adda mətbuat orqanı “yeni” sözü ilə başlayır: “Yeni düşüncə”, “Yeni xəbər”, “Yeni xəbərçi” və s. Hətta “Ən yeni siyasət” ifadəsi ilə başlayan qəzet adı da var.
Qeydiyyatdan keçmiş nəşrlərin 50-si “Bakı” sözü ilə ifadə olunur. “İşgüzar Bakı”, “Bakının səsi”, “24 Bakı”, “Bakılı qız”, “Bakının ponaraması” kimi qəzet adları var ki, belə isimlər hətta bir məqalə mövzusu üçün belə kifayət etməzkən ayrı-ayrı şəxslər bu adları həftəlik aylıq çıxan qəzetlərin simasına çevirib. Qəzetlərin 41-nin başlığında “Hüquq” sözü var. “Hüquqi dövlət və qanun”, “Beynəlxalq hüquq”, “İqtisadiyyat və hüquq”, “Sənin hüquqların”, “Azərbaycanda insan hüquqları”, “Hüquq düşüncəsi və elm”, “Hüquq və ittiham”, “Hüquq nəzarəti”, “Hüquq mədəniyyəti”, “Hüquq, iqtisadiyyat, ekologiya” və s. Demokratiyanın yeni bərqərar olmuş bir ölkədə hüquqi marifləndirilmənin aparılması təqdirə layiq haldır. Lakin bu qəzetlərin bəzilərinin adıyla məğzi uzlaşmır. Belə ki, “Qanun və mühakimə”, “Qanun və nəzarət”, “Qanun alidir”, “Qanun və həyat”. “Qanun və gərçəklik”, “Qanun:izah və şərhlər”, “Jurnalist və qanun”, “Dövlət qanunları ”, “Respublika qanunları” adlarını daşıyan qəzetlər jurnalistikanın adına, mahiyyətinə xələl gətirəcək işlərlə məşğul olduqları üçün Mətbuat Şurasının “qara siyahı”sına düşüb. Özlərinə bu cür məsuliyyətli adı seçən qəzetlərin əsas prinsipi əslində oxucuları qanunlarla daha yaxından tanış etmək və marifləndirmək olmalıdır. Lakin bu ismi daşıyan qəzetlərin belə fəaliyyəti jurnalistikayla yanaşı cəmiyyət arasında dövlətin qanunlarına inamın sarsılmasına da səbəb olur. Qəzetin adıyla tanış olan auditoriya qəzeti oxuyarkən qanunlarla deyil, qanunsuzluqlarla üzləşir desək yanılmarıq.
Qəzetin adı səhifənin yarısını tutur
Qəzet adlarında yol verilən mənfi hallar bunlarla məhdudlaşmır. Dünya mətbu nəşrində iki sözdən ibarət qəzet adlarına çox nadir hallarda rast gəlmək olar. Əksər qəzet adları bir sözdən ibarətdir. Azərbaycanda nəşr olunan qəzetlərə nəzər saldıqda isə qəzet adlarının əksəriyyətinin adları iki, üç hətta dörd sözdən ibarət olduğu görünür. Təsəvvür edin ki, qəzetin adı səhifənin yarısını tutur. Bunlardan “Hər kəsə maraqlı bələdçi”, “Müasir Azərbaycanın müəllimi”, “Azərbaycanın mənəvi dayağı”, “Millətin tribunasından çıxış”, “Millətin tribunası və sözü”, “Vətən uğrunda könüllülər”, “Qabaqcıl texnika uğrunda”, “Azad Azərbaycanın səsi”, “Müstəqil Azərbaycan uğrunda”, “Fundamental elmlərin yenilikləri”, “Tarix və onun problemləri”, “Azərbaycanın inkişaf problemləri”, “Azərbaycan reklamının tarixi” və s. misal gətirmək olar. Bu siyahını daha da uzatmaq olar. Qəzet adlarının vəziyyətini heç bir şərh olmadan göz önündə canlandırmaq üçün bu adlar belə kifayət edir. Lakin adları oxuduqca daha təəccüblü məsələlər ortaya çıxır. “Qanun şahdır”, “Sirlər açılır”, “Qanunumuz haqqımızdır”, “Məndə sığar iki cahan”, “Bu bizik” kimi cümlə ilə ifadə olunan qəzet adları da mövcuddur. Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, qəzet adı bitmiş fikri ifadə etməlidir, lakin bunun üçün cümləyə ehtiyac yoxdur. Təəssüf ki, belə qeyri-adi hallara milli mətbuatımızda tez-tez rast gəlinir.
Gülməli adlar
Mətbuat orqanları arasında “mənim, sənin” kimi şəxs əvəzlikləri ilə başlayan 49-a yaxın nümunəylə də qarşılaşmaq olar. Bunlardan “Bizim səsimiz”, “Mənim Dünyam”, “Mənim balam”, “Mənim Azərbaycanım”, “Mənim ailəm”, “Mənim əsrim”, “Mənim vətənim”, “Bizim Azərbaycan naminə” kimi qəzet adlarından həmin şəxs əvəzliklərini silərsək, ikinci sözdə şəxs sonluqları olduğu üçün məna dəyişməz qalar. Buna görə də həmin sözlərdə şəxs əvəzliklərindən qəzet adlarında istifadə etmək yersizdir. Bu tip qəzet adlarının içərisində eynilik təşkil edənləri çoxdur. “Bizim vətən”-“Mənim vətənim”, “Sənin hüququn”- “Bizim hüquq”, “Bizim dünya”-“Mənim dünyam”, “Bizim ailə”-“Mənim ailəm”, “Mənim əsrim”-“Bizim əsr”, “Bizim dövlət”-“Bizim respublika”-“Bizim cumhuriyyət” kimi eyni məna kəsb edən mətbu orqanların nəşri xoşagəlməz haldır.
Qəzet adlarının araşdırılmasında çıxan nəticələrin kuliminasiya nöqtəsi “gülməli” adlardır. Bu adların əlavə şərhə ehtiyacı yoxdu: “Kefli İsgəndər”, “Kentavr”, “Səmavi dünyamız”, “Tək dam”, “Tatlısəs”, “Şapalaq”, “Fındıqburun”, “Qulaqburması”, “Ləmbəli”, “Gəncə böyük hərflə”, “Son-çu”, “Bay”, “Boom”, “Diplomat körpəm”, “Adam+”, “Alma+”, “Çaxmaqdaş”, “Güzgüçülüyün mənası”, “Qurduğumuz dövlət”, “Sus”, “Nazlı”, “Yeddi qardaş”, “Əsrin kirpiləri”, “Kişi sözü”, “Qəzetlər qəzeti”, “Yovşan ətri”, “Avtoritet dünyası”, “Şparqalka” və s.
“Korrupsiya” sözünü özəlləşdirənlər korrupsiyadan yazmır
Mətbuat orqanlarının adları siyahısında çox iddialıları da var. Çox sayda qəzet özünə korrupsiya sözü ilə başlıq seçib. Qəzetin adı onun simasını əks etdirməlidir. “Korrupsiyaya yox”, “Korrupsiya və bəşəriyyət”, “Antikorrupsiya”, “Korrupsiya XXI əsrdə”, “Korrupsiya və dövlətçilik”, “Korrupsiya”, “Korrupsiyaya qarşı” kimi qəzetlərdə yer alan məqalələr də əsasən korrupsiya mövzusunda olmalıdır. Çünki qəzetin adı onun imicini formalaşdırır. Eyni zamanda bu mövzu bir qəzet üçün çox dar çərçivədir. Korrupsiya mövzusunda yazılar nəşr etdirmək üçün əldə çox ciddi əsaslar və faktlar toplamaqla fəaliyyət göstərməkdənsə “Korrupsiyaya son” və “Korrupsiya və cəmiyyət” kimi qəzetlər bu ad altında özləri reket jurnalistikası ilə məşğul olurlar. Bu kimi hallar ölkə jurnalistikasının vəziyyətinin ürəkaçan olmadığından xəbər verir. Bu mətbuat orqanları ölkədə son zamanlar daha da gücləndirilmiş korrupsiya əleyhinə siyasətin dəstəkçisi olmaq, insanların hüquqlarını qorumaqdansa, adlarının ziddinə fəaliyyət göstərirlər. “Korrupsiyaya son” deyib korrupsiya ilə məşğul olurlar.
Açmasını kim bilir..?
Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bir sıra qəzet adı da var ki, açımasını yalnız həmin qəzetin naşirləri bilir. Kütləvi informasiya vasitəsinə “Cənab 37”, “24 Bakı”, “Beri 2x2”, “Arena b”, “Kriminal 107”, “A/T Bakı”, “Alfa 001”, “Dedektiv 077”, “AS-66”, “İT spektr” kimi mənası dərk edilməyən, qapalı adların qoyulması qəzetin oxunaqlı olmasını şübhə altına alır. Mənası anlaşılmayan qəzet oxucuda hər hansı bir təəssürat yarada bilməz.
Hər bir dövlətin kütləvi informasiya vasitələri onun güzgüsüdür. Araşdırdığımız məqamlar onu göstərir ki, Azərbaycanın bu güzgüdə görünən siması heç də xoş təsir bağışlamır. Hər hansı bir mətbuat orqanı yaradan şəxs gördüyü işin cəmiyyətin həyatında nə dərəcədə rol oynadığını dərk etməlidir. Ədliyyə Nazirliyi və Mətbuat Şurası bu məsələyə daha ciddi yanaşmağa borcludur. Cəmiyyətin həyatında başlıca rol oynuyan kütləvi informasiya vasitələrinin ad məsələsi dövlət orqanlarının diqqətindən kənar qalmamalı və nəzarətdə saxlanılmalıdır. Bu hər hansı KİV yaradan şəxsin azadlığının sərhədlənməsi deyil, cəmiyyətin azadlığının qorunması deməkdir.
Günay Səmədqızı
Nigar Ağayeva
Bakı Dövlət Universiteti,
“Jurnalistika” elmi-tədqiqat lobaratoriyasının elmi işçiləri modern.az

Комментариев нет:
Отправить комментарий