Hafiz Mirzə
Vəhhabilər yalnız 3 məsçidin ziyarətinin məqbul sayırlar: Mədinədə “Məsçidi-Nəbəvi”, Məkkədə “Məsçidül-Həramı”, Qüdsdə Beytül-müqəddəsi. Əgər günahdırsa, bu günah hamısına aid olmalıdır. Onlar da materiya deyilmi? Bunlara aid deyilsə, deməli günah deyil və müqəddəs şəxslərin məzarı üstündə tikilmiş məsçidlərin ziyarəti günah hesab oluna bilməz. Üstəlik, müqəddəs məkanlarda toplanan müsbət enerjinin də şəfahət dərəcəsi mümkündür.
İlahi nəzərlərin müsbət enerji məkanlarına daha güclü yönəldiyini dərk etmək üçün həmin ziyarətgahlarda olmaq vacibdir. Bu həm də müsəlmanın qəlbini nurlandırır və deməli, imanını kamilləşdirir. Bütün bunların əleyhinə olan vəhhabilərin, deməli, həm də müsəlmanların kamilləşməsinin əleyhinə olduğunu da qəbul etmək lazım. Bax, məhz bu məqamda bunu yalnız xristianların daha çox arzuladığını düşünməyə dəyər. Çünki onlar bu halda müsəlmanın daha qüdrətli və basılmaz olduğunu anlayırlar. İslamın qüdrətlənməsi isə bütün dünyaya yayılması deməkdir. Söhbətimizin bu məqamında vəhhabi məzhəbində xristian-qərblilərin barmağı olub-olmadığını araşdıraq.

İNGİLİS BARMAĞI VƏHHABİLƏRİN VƏ BÜTÜN DÜNYANIN İÇİNDƏ. Vəhhabi məzhəbi ilə ingilislərin arasındakı münasibətlərin hansı səviyyədə olduğunu dəqiqləşdirmək üçün “Mister Hemferin xatirələri” kitabını oxumaq yetər. Bu kitab son illər çox dillərə tərcümə edilmişdir. Peşəkar ingilis cəsusu olan, fars, ərəb və türk dillərini mükəmməl bilən Hemfer İraq, türkiyə və Nəcd vilayətini tamam gəzmişdir. Məqsədi İslam aləmində təfriqə törədə biləcək bir şəxsi tapmaq idi. Bununla da ingilislərin “Ost-Hind” şirkəti Hindistanı tamam işğal etdikdən sonra növbə Ərəbistan yarımadasını ələ keçirtməyə çatırdı. Bu yarımadada isə İslam çox güclü idi və onun müqəddəs məkanları yerləşirdi. Eləcə də Ərəbistan Osmanlı imperiyasının nəzarəti altında idi. Burada qazanılan uğur Osmanlını da sarsıda bilərdi. Amma bir xaricməzhəbin hələ Səlib yürüşlərini unutmamış müsəlmanların arasında inam, etibar,uğur qazanması çox çətin idi. Bu halda onu öz nümayəndəsi vasitəsilə və öz içindən parçalayıb zəiflətmək və tədrici qayda ilə ələ keçirtmək münasib bilinmişdi. Nəhayət mister Hemfer belə birisini Mühəmməd ibni Əbdül-Vəhhabın şəxsində, Bəsrə şəhərində tapdı. Onun ideyalarını və şəxsi keyfiyyətlərni öyrəndikcə buna tam əmin oldu ki, məhz bu şəxsin vasitəsilə İslam dünyasını parçalamaq olar. Beləliklə də o, İbni Əbdül-Vəhhabı Bəsrədən İsfahana, sonra Nəcdə kimi müşahiyyət etdi. Onunla fikir mübadiləsi zamanı onun böyük həqiqət sahibi olduğunu başına saldı və hər yerdə mühafizə və müdafiə etməyə başladı. Onun maliyyəsi ilə İbni Əbdül-Vəhhabın mühafizəsi təşkil olundu, tərəfdarları toplandı, silahlandırıldı və sair. Bu isə başqalarında İbni Əbdül-Vəhhaba inam yaradan, ona valeh edən amillərdən oldu. Beləliklə də o, İslam dünyasında çox şəhərləri xaraba qoya bildi. Ərəbistan yarımadasında baş verən vəhhabi qiyamları çox keçmədi ki, Osmanlı imperiyasını da narahat etməyə başladı.
Son
Комментариев нет:
Отправить комментарий