Vüqar Xəzaralı
Tarixçilərə belə anlayış məlumdur, amma siyasətçilərə deyəsən yox, hər halda çağdaş Azərbaycan içtimai fikrindən söhbət gedir, o mənada ki, bu ancaq tarixi bir hadisə kimi, yəni heç vaxt təkrar oluna bilməyən bir hadisə kimi tarix fakultələrində tədris edilir. Halbuki, bu çağdaş Azərbaycanın və bir sıra başqa ölkənin durumuna da aid etmək olar. Polis sosializmi nədir və Azərbaycanda hər iki tayında (buna adət etməliyik),o necə təzahür edir?
İlk dəfə"polis sosializmi" 19 əsrin sonlarında Almaniyada fəhlələrə qarşı tədbiq olunmağa başladı. Nədən ibarətdir? Bu dövlətin fəhlələrə nəzarət etmək üçün, onların inqilabi fəaliyyətlə məşğul olmasının qarşısını almaq üçün dini təbliğat üzərində qurulmuş rəsmi dövlət siyasətidir. Bu siyasətin mənası ondan ibarətdir ki, fəhlələrə "yaxşı" təbəə olmaq üçün, din dərsləri keçilir. Hətta inqilabi ədəbiyyatda keçilir, amma tənqid hədəfi kimi. Beləliklə fəhlələrin "yayınmasının" qarşısı alınır, onlar tanrı adı ilə, dövlətin sadiq təbəələri olurlar. Rusiyada bunu ilk dəfə 20 əsrin əvvəlində indiki terminlərlə Moskva xüsusi idarəsinin rəisi vəzifəsində işləyən Zubatov tətbiq etməyə başlamışdı. Bu siyasi xadim, Rusiyada ilk dəfə leqal, hökumətin nəzarəti altında, fəhlə təşkilatlarının yaradılması ilə məşğul olmuşdu. Bununla o inqilabın əsas qüvvəsi olan fəhlələrə nəzarət etmək imkanı əldə edirdi. Eyni zamanda inqilabçı fəhlə təşkilatlarını və onların başçılarını nəzarətdə saxlaya bilirdi. Bu təşəbbüsün siyasi mənası həm də onda idi ki, o vaxt burjuaziya da siyasi mənada haqsız idi, və burjuaziyanı bir az da özündən asılı vəziyyətə salmaq üçün(yəni həm də fəhlələrdən burjuaziyaya qarşı istifadə olunması mənasında, bunu sonralar Xomeyni geniş tətbiq etməyə başlamışdı) və eyni zamanda fəhlə hərəkatına nəzarət etmək üçün,çar hökuməti belə siyasətə əl atmışdı. Bu siyasətinin görkəmli nümayəndələrində biri də din xadimi, rus pravoslav keşişi Qeorqiy Qapon idi. Qeorqiy Qapon Peterburq fəhlələrinin leqal təşkilatında məruzəçi kimi çıxış edirdi, və savadsız fəhlələrə çox böyük təsir imkanlarına malik idi. İnqilabi sosial-demokratların bütün səylərinə baxmayaraq Qapon fəhlə kütlələrinə çox böyük təsirə malik idi( Bu təcrübəni çox sonralar Xomeyni istifadə etməyə başladı). Burjuaziyanın müəyyən kəsiminin narazılığına baxmayaraq, çar hökuməti bu siyasəti davam etdirirdi. Amma getdikcə burjuaziyanın feodal aristokratiya və çar hökuməti ilə yaxınlaşması, bu leqal fəhlə təşkilatların da başı üzərində qara buludların yığılmasına səbəb oldu. Hələ Zubatovun sağlığında Qapon Zubatova işi ingilis tred-yunionları kimi(yəni dövlətin nəzarəti olmadan)qurmağı təklif edirdi, amma Zubatov buna razı olmadı. Zubatov öləndən sonra bu təşəbbüslər tamamilə ləğv edildi. Qapon nəzarətin olmamasından istifadə edib, fəhlə təşkilatlanmasını bütövlüklə öz üzərinə götürdü. Nəticəsi isə hamıya məlumdu, 1978 il Qum nümayişinin güllələnməsindən fərqli olaraq, Peterburqda 1905 yanvarda “Qanlı bazar” dinçilərin deyil, sosial-demokratların hakimiyyətə gəlməsinə səbəb oldu. Biz bilirik ki, Qaponun edə bilmədiyini Xomeyni sonra İranda çox məharətlə həyata keçirdi (və “polis sosializmi” siyasəti indi də Tehran rejiminin daxili siyasətinin əsasını təşkil edir). Rusiyada bu siyasət, indi ən çox dövlət səviyyəsində deyil, Rusiya Kommunist Partiyasının siyasətində təzahür edir. Bu partiya başçılarının kilsələri ziyarət etmələri, orada ayınlərdə iştirak etməkləri məhz bu siyasətin bir növünü təşkil edir. Yeri gələndə fəhlələrdən inqilabi burjuaziyaya qarşı da istifadə etmək olar. Axı Qapondan Xomeyniyə qədər bu siyasət, Stalinizm, Faşizm kimi, evrim yolu keçib. Onun arsenalında antikolonializm kimi yaraqlar var. İndi isə “polis sosializm”-indən rəsmi Bakının da istifadə etdiyinin şahidiyik. Azərbaycanda mövcud olan çağdaş Kommunist Partiyaları birbaşa, Sosial-demokratlar isə dolayısı ilə, bu siyasətin tərkib hissəsidir. Bəzi mlumatlara görə Bakıda neft sənayəsində işləyən xarici şirkətlərin fəhlələrinin, yetərli kəsimi dini cərəyanların üzvləridir. Bu da həmin polis sosializminin təzahürləridir. Bu dəfə bu təcrübədən qeosiyasi və iqtisadi maraqlarını təmin etmək üçün, müəyyən xarici qüvvələr istifadə edir. Əsl məqsəd isə bu dini cərəyanlarda işçi hərəkatını heçə endirməkdir, onu rüsvay və deskreditə etməkdir. Ayıq olaq yoldaşlar, irtica yatmır, o tarixdə məlum olan bütün təcrübədən öz mənafeyi üçün istifadə etməyə çalışır. Biz də onlara qarşı uğurlu mübarizə etmək üçün, bu təcrübəni öyrənməliyik, amma artıq mənfini müsbət işarəyə dəyişmək şərti ilə.

Комментариев нет:
Отправить комментарий