14.04.2012

Demokratiyanın simvolu eşşəkdirsə, demokratiya da eşşəkliydi?



Laçın Məmişov

Amerikada demokratiyanın simvolu eşşəkdir. Amerikanlar o üzdən dünyada özlərini eşşəyliyə qoyublar. İraqa nüvə silahı üçün girir tapmır, əvəzində əlində Səddamın boğazında ciyə ilə çıxır. Əfqanıstana girir demokratiyanı müdafiə etməyə müsəlman qanı axıdır, Liviyanın altını üstünə çevirir demokratiya axtarışında əvəzində Qəddafini öldürür və Liviyada tayfaları biri birinə qırdırır. Bu eşşəklərin nə demokratiyasını nə də simvolunu yaxın buraxmaq lazım deyil.


Təklif edirəm Azərbaycanda demokratiyanın simvolu qoyun olsun. Çünki qoyun qədər demokrat və tolerant ikinci bir heyvan yoxdur. Çoban "fisseyha" deyir qoyun gedir, "puşşşş" edir üstünə gəlir, çoban qoyunu gecə sidiyə vurur yenə də yazıq qoyun bir söz demir, buna tolerant yanaşır. Quzularını ayırıb ağıla salır gündə bir dəfə "əmişə" buraxır ona da demokratik yanaşır. Yununu qırxır qoyun da bunu təbii qarşılayır. Dölə də doğuzdurursan, dübarəyə də...yetər ki qoçun qabağına bir qoyun çıxard və "qıjjjıtt" de vəssəlam qoç qoyunla "azad sex" prossesini bütün qoyunların gözü qarşısında həyata keçirdir...şəffaf şəkildə. Gizli kamera çəkilişlərinə də ehtiyac yoxdur. Nəticəsə ağqarabaş,  kərə, kürə, bozkürə, qızıllağlı, bozlağlı bir sözlə hansı qoç haralıdırsa o cür də mələməmiş quzu dünyaya gəlir. Hələ yaxşı ki, bu lənətə gəlmiş sovet hökuməti dağıldı. Yoxsa 100 qoyundan 90 bala hələ də gedirdi. Ana qoyunların hüququ pozulurdu, öz şəxsi həyatlarını istədikləri kimi yaşaya bilmirdilər... Odur ki, ən demokrat və ən tolerant heyvan qoyundur. Dərisni soyub aşılayır dəri gödəkcə edir yenə dinmir sadəcə mələyir ki, təki Vətən sağ olsun. Ətindən bozbaş, antrikotundanda ki, kabab da mədəyə 250 qram araqla Qarabağın sağlığına öz yerində. Bizim məmləkətin reallığına ən sərfəli demokratiya simvolu qoyundur. Çünki qoyun quzunun mələşməsi də adama xoş təsir bağışlayır. İstər istəməz gözünün önündə təmiz dağ havası, meşələr, çobanın tütəy səsi canlanır.  
Uzağa getməyək yaxın keçmişimizdə Şamaxının İH başçısının saqqızını oğurladılar, şeytan azdırdı.Götürdü eşşəy heykəlini ucaltdı. Az qala ölkədə eşşəy inqilabı baş vermişdi. Bütün dünya Azərbaycanlıları məsələyə qarışdı. Yaxşı bu eşşəy bizə bu qədər yaddırsa nə üçün demokrat olmalıyıq ? Yox doğurdan da əzizdirsə, o zaman bu Asif tifili niyə topa qoyub atırıq ? İndi belə yerdə deyirlər bilmirəm cin məni vurdu yoxsa mən eşşəyi. Hələ Mirzə Sakit də bu məsələyə öz fikrini nəzmlə bildirdi. Bir satirik qəzəl yazdı...

Bir çullu ulaq Şirvana nöş şəkk gətiribdir
Eşşəyliy edib Şirvana eşşəy gətiribdir

İndi bu eşşək nəmənədi ? Əgər hər şeyin künəsinə bir mil dürtüb milli edirksə...Milli Məclis, Milli Park, Milli Kitabxana, Milli eşşəy niyə olsun qoy elə bu milli hökumətimizin də milini qaçırtmayaq. Milli demokratiyamızın simvolu milli qoyunlar olsun. Lap "xren s nim" quzu olsun, mələməmişi, çünki bu mələyən quzular hamısı eyni cür mələdilər. O qədər mələdilər ki, indi onları heç "sazına" alan yoxdur. Artıq qoca qoyundurlar... 
Bu eşşəл zəhirmara qalmış, çər dəymiş demokratiyadırsa o zaman Asif haqlıdır. Əslində o məsələni dərindən araşdırdım. Eşşəyin məsləhətini ona rayonun eşşəybaş yerli məmurlarından biri verib, yazıq kişini az qala pop-korna salmışdı. Yoxsa eşşəy ? Anqırır, ağnayır, qapır, şıllaq atır, soncuqlayır və ən əsası isə eşşəyliy edir. Ən əsası isə çox elə zənn edir ki, demokratiya eşşəklikdi. Əgibdü...
 P.S Baxın qoç eşşəyin dalından necə dəyir. Nətər olur ki, nağıla və dastan qəhrəmanımız Rövşən Alıyeviçin heykəlini qoyuruq. Hələ facebookda onun şəxsiyyət vəsiqəsinin kopyası da əl-əl gəzir... Özü də Qoç Koroğlu, indi bizim demokratiyamızın simvolu Qoç ola bilmir. Eşşəylərə ar olsun, yaşasın Qoç!

Şamaxı şəhərinin Bakı əyaləti 14 aprel 2012-ci il

Комментариев нет:

Отправить комментарий