02.06.2012

“1991-ci ilin avqustunda “QKÇP”-ni Qorbaçovun özü törədib”

Rusiyanın “Xvili” nəşri “İlya Osadçukla tarixi faktlar” silsiləsindən növbəti müsahibəni keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova həsr edib (168.az). Müsahibəsində “yenidənqurma” dövrünün hakimiyyət çevrilişindən danışan Osadçuk bildirib ki, 1991-ci ilin avqustunda “QKÇP”-ni  Qorbaçovuv özü törədib:
“Çevriliş məhz Qorbaçovun özünə lazım idi. Daha doğrusu, onun Qərb tərəfdaşlarına. Bu barədə müsahibələrimdən sonra Raisa Qorbaçova mənim döyəclənməm haqda əmr verdi. Bu haqda mən “doqquzun” rəis müavininin özündən eşitdim. Amma buna imkan tapmadılar. Sonrakı proseslər onların qurduğu ssenari üzrə getmədi. Raisa Maksimovanın əvvəllər mənə münasibəti yaxşı olsa da, kitabım Qərbdə işıq üzü gördüdkən sonra münasibət dəyişdi”.

İlya Osadçukun sözlərinə görə, 24 ölkədə satılan bu kitabı Almaniyanın keçmiş kansleri Helmut Kolun rəfiqəsi Urda Yurgenslə birgə yazıb. Fotonu isə Qorbaçovun anası Mariya Panteleyavadan götürüb. İlyanın sözlərinə görə,Raisa Qorbaçova kitabda bu şəkli görəndə çox təəccüblənib, çünki o, gəncliyində sadə kəndli qızı olub.
Müsahibədə Çernenkonun ölümü məsələsinə də toxunulub. “Deyilənlərə görə, Çernenkonun zəhərlənməsi üçün Qorbaçov “KQB”-nin sədri Fedorçuka göstəriş veribmiş. Bu, doğrudur?” sualını isə Osadçuk belə cavablandırıb: “Fedorçukun Soçidən balıq gətirməsi və Çernenkonun onu yeməsi tarixi faktdır. Doğrudan da, məhz o hadisədən sonra Çernenkonun vəziyyəti pisləşdi. Amma bu gün heç kəs deyə bilməz ki, buna səbəb məhz balıq oldu”.
Federçukun bu "xidmətlərinə" baxmayaraq tezliklə vəzifəsini itirdi. Müsahibə müəllifi bildirib ki, o, Qorbaçovun "KQB" sədrini işdən qovmasını da xatırlayır: “Nazir Rostov vilayət partiya komitəsinin sədri Vlasov təyin olundu. Fedorçuk isə “ulduz qrupuna” göndərildi və tezliklə  dünyasını dəyişdi”.

Комментариев нет:

Отправить комментарий