Ankara saatı,
Təbriz saatı,
Bomba saatı,
Hansı saat əqrəbəsindən sallanmağın nə fərqi var ki,
Sənliliyin zamanı bitdiyində!?
Saat, neçə olursa olsun,
Zaman, nəyi qovursa qovsun . . .
Günəş ili,
Ay ili,
Dinçi ili,
Ateist ili,
Bir soru sora bilərəmmi!?
Unutdum illəri,
1300- neçənci günəşsizliyidir günəş ilinin?
Bu Arazsız şəhərlərdə günəş sancısı yox ki, gəbələrin . . .
Sən demə, Günəş də cebdən düşürmüş,
Coğrafiya yadırğadığında
sağ- solun unudulduğu kimi . . .
nə fərq edər hansı il olsun,
hansı saat?
Günəş ilində,
günəşsizlik yaşanırsa,
Bu anda,
sənsizlik...
Комментариев нет:
Отправить комментарий