“Anam məni məcbur etdi ki, dilənim”
Bakı metrosunun vaqonlarında tez-tez rastımıza çıxaraq kitablarının satışı ilə məşğul olan şair Bəşir Kəsərlinin “Gözəl şeirlər, qəzəllər müəllifiyəm, ehtiyac üzündən öz kitablarımı özüm satıram” sözləri əksəriyyətimizə tanışdır. Kimi ona dəli kimi baxır, kimi qınayır, kimi də anlayış göstərir. Onunla danışmaq istəyimi bilən zaman çox sevindi. Dərhal ev ünvanını verdi.
Evinin həndəvərində yolumu gözləyən şairin kasıb komasına birgə addımladıq. Evinə çatar-çatmaz əsəbi halda qonşularının seyfli və dəmir qapılarını göstərib bu həyətdə yalnız onun evinin taxta qapısının seyfsiz olmasını nişan verdi. Bir otaqlı köhnə evin girişində şairin yeni nəşr olunmuş kitabları qalaq-qalaq yığılmışdı.
Şairin 9 noyabr - Bayraq gününə həsr etdiyi “Ad günün mübarək!” şeiri köhnə makinasında ağ kağıza köçürülmüş halda idi. Girişdən asdığı keçmiş dövlət başçısı Heydər Əliyevin rəsminin altından əliylə “Ruhun şad olsun” yazan B. Kəsərlinin həyat yoldaşı Almaz xanımla salamlaşıb içəri girən kimi şair müxtəlif vaxtlarda çap olunan kitablarını, diplomunu, haqqında çəkilən filmi və digər sənədləri masanın üzərinə tökdü.
Deyəsən gəlişim şairi yaman sevindirmişdi. Kövrək insan olan B. Kəsərli 1937-ci ildə Masallı rayonunda anadan olub. Uşaqlıq illəri acılarla zəngin olan şair keçmişindən danışdıqca göz yaşları ilə bacara bilmirdi: “1941-ci ildə atam müharibəyə getdi. Onun gedişi ilə mal-qaramızı, hətta həyətdəki itimizi belə zənciriylə birlikdə oğurladılar. Atasız qaldıqdan sonra anam məni məcbur etdi ki, dilənib evi saxlamalısan. Etiraz etdim, dedim ana, mənə dilənməyi yox, qəhrəmanlığı öyrət. O andan etibarən evdən didərgin düşdüm. Məktəbdə, sinif otağında gecələyirdim. Xadimələrə su daşıyırdım ki, məni direktora satmasınlar. Qazax rayonundan Piriyev Yolçu adlı müəllim vardı. Bir gün sağ qoltuğunda qırmızı yorğan gətirdi ki, daha sinifdə yox, müəllimlər otağında yatarsan. Belə-belə yaşımın üstünə yaş gəldi”. Hərbi xidmətə yaş komissiyasının köməyi ilə 3 il vaxtından əvvəl gedən müsahibim əsgərliyini Rumıniyanın Braşov şəhərində keçir.
Qısa müddətə rumın dilini mükəmməl öyrənən Bəşir müəllim 3 il xidmətdən sonra sinif yoldaşının köməyilə Sumqayıt Boru Prokat Zavodunda işə düzəlir. Zavoddan Sverdlovsk Politexnik Texnikumuna təhsil almağa göndərilən 35 nəfərdən biri də Bəşir müəllim olur. Metalların növləri fakültəsini qiyabi bitirən şair universitet təhsili almaqdan bir an belə vaz keçmir: “Çalışa-çalışa daim oxuyurdum. Qarşıma məqsəd qoymuşdum ki, Azərbaycan Dövlət Universitetini bitirməliyəm. Beş dəfə sənəd vermişdim və hamısında kəsilmişdim. Nəhayət, 1984-cü ildə hazırlıq üzrə dekan Əhya Əliyev sənədlərimə baxıb dedi ki, jurnalistikaya get. Və çətin də olsa, qəbul oldum. Parasız-pulsuz, öz başıma oxuyub diplom aldım”.
İlk şeirini 1954-cü ildə Rumıniyada qələmə alan B. Kəsərli ömür-gün yoldaşı Almaz xanımın dəstəyini hər zaman hiss etdiyini xüsusi qabartdı. Üzünü həyat yoldaşına tutaraq “onun ayağını qoyduğu yerə qurban olum” deyərək, həyat yoldaşının kitablarını çap etdirmək üçün öz qızıllarını belə satmasını kövrək halda söylədi. Bir otaqlı evdə dördü qız, ikisi oğlan olmaqla altı uşaq böyüdən və hamısını da evləndirib yerbəyer edən Almaz xanım insanların ərinə “dəli” damğası vurmasına etiraz etdi.
“Məktəb”, “Sahibkarlıq” qəzetləriylə əməkdaşlıq edən şair kitablarını yalnız “Hərbi” nəşriyyatda çap etdiririr. Onun şeirləri Türkiyədə, Atatürk Universitetində dissertasiya mövzusu olub. Müdafiə olunmuş işi göstərərək kitabının Türkiyəyə necə ayaq açmasını da sevinclə nəql etməyə başladı:
“Rizvan adlı aşıq dostum var, saz düzəldir, kitabımı ona pay vermişdim. Həmin universitetdə musiqidən dərs deyən İlqar İmamverdiyev Bakıya gələndə Rizvanla görüşür. Rizvan da ona mənim kitabımı verir. Bir gün Aşıqlar Birliyindən zəng vurub məni ora çağırdılar ki, bəs sənə Türkiyədən kitab göndəriblər. Bax, göndərilən kitab bu idi”.
Şeirləri vətənə məhəbbət ruhunda olan şair başına geydiyi qadın yaylığının üstündən “Qarabağ” yazılmış lenti bu yaxınlarda “İrəvan” yazılmış lentlə əvəzləmək niyyətindədir:
Sökülmüş “Qarabağ” mehmanxanasının yaxınlığındakı ona verilən bir köşkdə kitablarını satan şair 90-ci illərin ortalarında Nərimanov Rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş Zülfüqar Kazımovun təzyiqi nəticəsində köşkünü təhvil verməli olur. Həmin köşkün ona məxsusluğunu isbat edən sənədlərin arasında həmin icra başçısının qaralanmış şəklini indiyə kimi saxlayır. 30. 000-ə qədər kitabını da köşklə bərabər itirən B. Kəsərli hazırda 13 və 14-cü kitabları nəşrə hazırlanır. Kitablarını 5000 tirajla buraxan şair özünü “Qeyrətli xalqın qeyrətsiz oğlu” adlandırır. B. Kəsərli metroda kitab satması ucbatından övladlarının tənəsiylə üzləşib-üzləşmədiyinə isə özüməxsus bir cavab verdi:
Əlimi namərdə, alçağa açmayım deyə,
Əlimi öyrətdiyim halal nemətə.
“Pulumu alnımın təriylə qazanıram. Kiməsə niyə ağız açmalıyam?! Uşaqlar da sağ olsunlar, hamı sağ olsun. Heç kimə ehtiyacım yoxdur. Bir günə 5 manatlıq kitab satıram. Adam da olub ki, bir kitabıma 20 manat verib. Almaz xanımın və mənim birlikdə təqaüdümüz yaşamağımıza yardımçı olur. Özüm özümü pis, yaxşı dolandırıram”.
“Avroviziya” mahnı müsabiqəsinə görə müvəqqəti metroda kitab satışını dayandıran şair xəstələndiyi üçün “işə” çıxa bilmir. Alen Delon, Armen Ciqarxanyan kimi aktyorların rol aldığı “Tehran 43” filmində əfqanıstanlı terrorçu obrazını oynadığını iddia edən şair haqqında “Buta” film şirkəti “Leninə məktub” adlı sənədli film çəkib:
“Orxan və İlkin adlı cavan uşaqlar idi. Metroda rastıma çıxdılar, bu təklifi verdilər. Razı olmadım. Evə qədər gəlib çıxmışdılar. Çox xahiş etdilər deyə etiraz etmədim. Bu filmi “ANS”-də “Qulp” verilişində veriblər. İllər əvvəl Masallı rayonunda “Çağırış” qəzetinə şeir gətirdim ki, çap etsinlər. İbrahim İbrahimov, Nazir Qurbanov mənə dedilər qoyun gətir, çap edək. Qoyun da gətirdim, amma çap olunmadım. Niyə çap olunmadığımı soruşduqda isə qoyunun öldüyünü dedilər. Mən də Leninə məktub yazdım, dedim Lenin ki, ölməyib (gülür)”.
“Oraqla məni”, “Vərəqlə məni”, “Oyan, oyan, Azərbaycan!” kimi kitabların müəllifi olan şair Aşıqlar və Jurnalistlər Birliyinin üzvüdür. Üzvü olmaq istədiyi ancaq ola bilmədiyi birlik isə yazıçı Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyidir. Anardan bir xeyli şikayətlənən B. Kəsərli Yazıçılar Birliyinə üzv olmaq üçün ondan açıq-aşkar pul tələb olunduğunu söylədi:
“Yazıçılar Birliyinə üzv olmaq üçün məndən 200 manat pul istəyirlər. Gedək o pul istəyəni sizə barmağımla göstərim. Bir kitabı çıxan qadın tanıyıram, 200 manat verib üzv oldu. Anara dəfələrlə məktub yazmışam ki, məni niyə üzvlüyə qəbul etmirsən? Əfsuslar olsun, hələ də cavab yoxdur.
“Ədəbiyyat” qəzetinə şeirlər aparsa da nəşr olunmur. Şair səbəbi qəzetin baş redaktoru Ayaz Vəfalının pula meylli olmasında görür: “A.Vəfalı şeirlərimi çap etmir. Ona pul lazımdı. Nəriman Həsənzadənin vaxtında “Gəz məni” kitabını bu gün apardım, sabah çap etdi. Kişi adam idi, şeirləri təmənnasız çap edirdi”.
Səməd Vurğunu, İsmayıl Şıxlını sevərək mütaliə edən şair xarici ədəbiyyatdan Rabindranat Taqorun vurğunudur: “Taqor sevdiyim yazıçıdır, ona böyük sevgim var. Nikolay Karamzin rus deyil, onun əsl adı Qara Mirzədir. Karamzinin “Bednaya Liza” povestini oxusanız, deyəcəksən ki, o, həqiqətən türkdür. Sayat Novanın da erməni olması ilə razı deyiləm, o, azərbaycanlıdır”.
Əvvəllər şeirin ayağından, indi isə boğazından yapışdığını deyən şairin vətənə məhəbbəti böyükdür.
Başına papaq əvəzinə yaylıq bağlayan şairin vətənə sevgisi Mübariz İbrahimov, Ramil Səfərovun şəkilləri altında gizlənib vətənə dastanlar yazan “patriot”ların sevgisindən saflığı ilə fərqlənir. B. Kəsərli bu xalqın ayıblarını onun içərisində gəzərək birbaşa üzünə deyir. “Əli kitabsız xalqını” çox sevdiyindən məzəmmət edir. Murad Köhnəqalanın təbirincə desək Bəşir Kəsərli bir növ inqilabçılıqla məşğuldur...
Fərid MİRZƏYEV kulis.az
Bakı metrosunun vaqonlarında tez-tez rastımıza çıxaraq kitablarının satışı ilə məşğul olan şair Bəşir Kəsərlinin “Gözəl şeirlər, qəzəllər müəllifiyəm, ehtiyac üzündən öz kitablarımı özüm satıram” sözləri əksəriyyətimizə tanışdır. Kimi ona dəli kimi baxır, kimi qınayır, kimi də anlayış göstərir. Onunla danışmaq istəyimi bilən zaman çox sevindi. Dərhal ev ünvanını verdi.
Evinin həndəvərində yolumu gözləyən şairin kasıb komasına birgə addımladıq. Evinə çatar-çatmaz əsəbi halda qonşularının seyfli və dəmir qapılarını göstərib bu həyətdə yalnız onun evinin taxta qapısının seyfsiz olmasını nişan verdi. Bir otaqlı köhnə evin girişində şairin yeni nəşr olunmuş kitabları qalaq-qalaq yığılmışdı.
Şairin 9 noyabr - Bayraq gününə həsr etdiyi “Ad günün mübarək!” şeiri köhnə makinasında ağ kağıza köçürülmüş halda idi. Girişdən asdığı keçmiş dövlət başçısı Heydər Əliyevin rəsminin altından əliylə “Ruhun şad olsun” yazan B. Kəsərlinin həyat yoldaşı Almaz xanımla salamlaşıb içəri girən kimi şair müxtəlif vaxtlarda çap olunan kitablarını, diplomunu, haqqında çəkilən filmi və digər sənədləri masanın üzərinə tökdü.
Qısa müddətə rumın dilini mükəmməl öyrənən Bəşir müəllim 3 il xidmətdən sonra sinif yoldaşının köməyilə Sumqayıt Boru Prokat Zavodunda işə düzəlir. Zavoddan Sverdlovsk Politexnik Texnikumuna təhsil almağa göndərilən 35 nəfərdən biri də Bəşir müəllim olur. Metalların növləri fakültəsini qiyabi bitirən şair universitet təhsili almaqdan bir an belə vaz keçmir: “Çalışa-çalışa daim oxuyurdum. Qarşıma məqsəd qoymuşdum ki, Azərbaycan Dövlət Universitetini bitirməliyəm. Beş dəfə sənəd vermişdim və hamısında kəsilmişdim. Nəhayət, 1984-cü ildə hazırlıq üzrə dekan Əhya Əliyev sənədlərimə baxıb dedi ki, jurnalistikaya get. Və çətin də olsa, qəbul oldum. Parasız-pulsuz, öz başıma oxuyub diplom aldım”.
“Məktəb”, “Sahibkarlıq” qəzetləriylə əməkdaşlıq edən şair kitablarını yalnız “Hərbi” nəşriyyatda çap etdiririr. Onun şeirləri Türkiyədə, Atatürk Universitetində dissertasiya mövzusu olub. Müdafiə olunmuş işi göstərərək kitabının Türkiyəyə necə ayaq açmasını da sevinclə nəql etməyə başladı:
“Rizvan adlı aşıq dostum var, saz düzəldir, kitabımı ona pay vermişdim. Həmin universitetdə musiqidən dərs deyən İlqar İmamverdiyev Bakıya gələndə Rizvanla görüşür. Rizvan da ona mənim kitabımı verir. Bir gün Aşıqlar Birliyindən zəng vurub məni ora çağırdılar ki, bəs sənə Türkiyədən kitab göndəriblər. Bax, göndərilən kitab bu idi”.
Şeirləri vətənə məhəbbət ruhunda olan şair başına geydiyi qadın yaylığının üstündən “Qarabağ” yazılmış lenti bu yaxınlarda “İrəvan” yazılmış lentlə əvəzləmək niyyətindədir:
Sökülmüş “Qarabağ” mehmanxanasının yaxınlığındakı ona verilən bir köşkdə kitablarını satan şair 90-ci illərin ortalarında Nərimanov Rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş Zülfüqar Kazımovun təzyiqi nəticəsində köşkünü təhvil verməli olur. Həmin köşkün ona məxsusluğunu isbat edən sənədlərin arasında həmin icra başçısının qaralanmış şəklini indiyə kimi saxlayır. 30. 000-ə qədər kitabını da köşklə bərabər itirən B. Kəsərli hazırda 13 və 14-cü kitabları nəşrə hazırlanır. Kitablarını 5000 tirajla buraxan şair özünü “Qeyrətli xalqın qeyrətsiz oğlu” adlandırır. B. Kəsərli metroda kitab satması ucbatından övladlarının tənəsiylə üzləşib-üzləşmədiyinə isə özüməxsus bir cavab verdi:
Əlimi öyrətdiyim halal nemətə.
“Pulumu alnımın təriylə qazanıram. Kiməsə niyə ağız açmalıyam?! Uşaqlar da sağ olsunlar, hamı sağ olsun. Heç kimə ehtiyacım yoxdur. Bir günə 5 manatlıq kitab satıram. Adam da olub ki, bir kitabıma 20 manat verib. Almaz xanımın və mənim birlikdə təqaüdümüz yaşamağımıza yardımçı olur. Özüm özümü pis, yaxşı dolandırıram”.
“Avroviziya” mahnı müsabiqəsinə görə müvəqqəti metroda kitab satışını dayandıran şair xəstələndiyi üçün “işə” çıxa bilmir. Alen Delon, Armen Ciqarxanyan kimi aktyorların rol aldığı “Tehran 43” filmində əfqanıstanlı terrorçu obrazını oynadığını iddia edən şair haqqında “Buta” film şirkəti “Leninə məktub” adlı sənədli film çəkib:
“Orxan və İlkin adlı cavan uşaqlar idi. Metroda rastıma çıxdılar, bu təklifi verdilər. Razı olmadım. Evə qədər gəlib çıxmışdılar. Çox xahiş etdilər deyə etiraz etmədim. Bu filmi “ANS”-də “Qulp” verilişində veriblər. İllər əvvəl Masallı rayonunda “Çağırış” qəzetinə şeir gətirdim ki, çap etsinlər. İbrahim İbrahimov, Nazir Qurbanov mənə dedilər qoyun gətir, çap edək. Qoyun da gətirdim, amma çap olunmadım. Niyə çap olunmadığımı soruşduqda isə qoyunun öldüyünü dedilər. Mən də Leninə məktub yazdım, dedim Lenin ki, ölməyib (gülür)”.
“Oraqla məni”, “Vərəqlə məni”, “Oyan, oyan, Azərbaycan!” kimi kitabların müəllifi olan şair Aşıqlar və Jurnalistlər Birliyinin üzvüdür. Üzvü olmaq istədiyi ancaq ola bilmədiyi birlik isə yazıçı Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyidir. Anardan bir xeyli şikayətlənən B. Kəsərli Yazıçılar Birliyinə üzv olmaq üçün ondan açıq-aşkar pul tələb olunduğunu söylədi:
“Yazıçılar Birliyinə üzv olmaq üçün məndən 200 manat pul istəyirlər. Gedək o pul istəyəni sizə barmağımla göstərim. Bir kitabı çıxan qadın tanıyıram, 200 manat verib üzv oldu. Anara dəfələrlə məktub yazmışam ki, məni niyə üzvlüyə qəbul etmirsən? Əfsuslar olsun, hələ də cavab yoxdur.
“Ədəbiyyat” qəzetinə şeirlər aparsa da nəşr olunmur. Şair səbəbi qəzetin baş redaktoru Ayaz Vəfalının pula meylli olmasında görür: “A.Vəfalı şeirlərimi çap etmir. Ona pul lazımdı. Nəriman Həsənzadənin vaxtında “Gəz məni” kitabını bu gün apardım, sabah çap etdi. Kişi adam idi, şeirləri təmənnasız çap edirdi”.
Əvvəllər şeirin ayağından, indi isə boğazından yapışdığını deyən şairin vətənə məhəbbəti böyükdür.
Başına papaq əvəzinə yaylıq bağlayan şairin vətənə sevgisi Mübariz İbrahimov, Ramil Səfərovun şəkilləri altında gizlənib vətənə dastanlar yazan “patriot”ların sevgisindən saflığı ilə fərqlənir. B. Kəsərli bu xalqın ayıblarını onun içərisində gəzərək birbaşa üzünə deyir. “Əli kitabsız xalqını” çox sevdiyindən məzəmmət edir. Murad Köhnəqalanın təbirincə desək Bəşir Kəsərli bir növ inqilabçılıqla məşğuldur...
Fərid MİRZƏYEV kulis.az
Комментариев нет:
Отправить комментарий