Deyəcəyəm inanmayacaqsınız.Onu dəlicə sevmişdim! İnsan niyə sevir? Dünyada yalnız bir varlıqdan başqasını görməmək, ağlında yalnız bir düşüncə olmaq, ürəyində yalnız bir arzunu hiss etmək, ya da dodaqlarında yalnız bir adın təkrarlanması qəribədirmi görəsən? Bir vahənin sularının yer üzünə çıxmasına bənzər şəkildə ruhun dərinliklərindən dodaqlara qədər yüksələn, həmişə deyilən, təkrar deyilən, bir dua kimi hər yerdə həmişə pıçhıldanan bir ad.
Hekayəmizi izah etməyəcəyəm. Sevginin yalnız bir hekayəsi vardır və o onsuz da həmişə eynidir. Tanış olmuş və bir-birimizi sevmişdik. Elə hamısı budur. Bir il boyunca, onun qollarında, onun şəfqətiylə, sevgisiylə, geyimlərində, sözlərində, baxışlarında, ondan gələn hər şeyə tutqun olmuş, ona bağlanmış və onun ürəyində məhbus şəkilində yaşamışdım. Hər şey o qədər müəkkəmməl idi ki, gecə idimi gündüz idimi, ölü idimmi, diri idimmi, haradaydım, fərqində deyildim.
Və budur öldü. Necə? Bilmirəm, heç bilmirəm. Yağışlı bir gecədə evə islaq döndü. Sabahısı gün öskürürdü. Təxminən bir həftə boyunca öskürdü və yatağa düşdü. Nə olmuşdu? Heç bilmirəm.
Həkimlər gəlir, yazıb- cızır və gedirdi. Dərman gətirirlər, xəstə baxıcı bir qadın da dərmanları ona içirirdi. Əlləri isti idi, alnı nəmli və yanırdı, baxışları parlaq amma kədər dolu idi. Onunla danışırdım, o da mənə cavab verirdi. Bir-birimizə nələr izah etmişdik? Bilmirəm. Hər şeyi, bəli hər şeyi, hər şeyi unutdum. Ölüb getdi, və sonuncu o zəif nəfəsini verməyi çox yaxşı xatırlayıram.
“Ah!” dedi xəstəbaxıcı qadın. Həmin vaxt başa düşdüm! Artıq heç bir şey bilmirdim. Heç bir şey … Ağı deyən bir keşişi gördüm. Ölüyə təhqir edir kimi gəldi mənə. Madam ki, ölmüşdü o, artıq bunu kimsənin söyləməyə haqqı yox idi. Keşişi qovdum. Bir başqa keşiş gəldi, yaxşı və xoş idi. Mənə onun haqqında danışınca ağladım.
Torpağa vermə mövzusunda bir çox sual soruşdular məndən. Heç nə xatırlamıram.
Beləliklə, onu tabutun içinə qoyub mismarları vurarkən eşidilən çəkic zərbələrinin səsini çox yaxşı xatırlayıram. Aman Allahım!
Basdırıldı. Artıq bu çuxurun içində idi! Bir neçə adam, bir neçə yoldaş gəlmişdi qəbiristanlığa. Qaçdım oradan, qaçdım.
Küçələrdə uzun müddət gəzdim. Sonra evə qayıtdım. Sabahısı gün səyahətə çıxdım.
Dünən Parisə qayıtdım.
Otağımızı, yatağımızı, əşyalarımızı, ölümündən sonra ondan geriyə qalan hər şeyin olduğu bu evi yenidən görüncə, içimi elə böyük bir kədər bürüdü ki, az qala pəncərəni açıb özümü küçəyə atacaqdım. Ondan qalan hər şeyi qucaqlayıb , onun bədənindən, iyindən qalan hər şeyi, minlərlə zərrəyə saxlayan bu əşyalar, divarlar arasında qala bilməzdim.
Çölə çıxmaq üçün papağımı götürdüm. Qapıya çatmazdan əvvəl, onun dəhlizə qoydurduğu böyük aynanın qarşısından keçdim. Çölə çıxmadan əvvəl bu aynada təpədən dırnağa özünə baxar, geyimlərinin özünə yaraşıb-yaraşmadığını, geyiminin, saçlarının gözəl olub olmadığını nəzərdən keçirərdi.
Onun görünüşünü əks etdirən bu aynanın qarşısında dayandım. Ayna onun görüntüsünü o qədər yansıtmışdı ki, fikirləşdim ki, bəlkə ayna hələ də onun görüntüsünü saxlayır.
Artıq, gözlərimi şüşəyə dikmiş, düz, dərin, boş aynanın qarşısında titrəyərək dayanırdım. Mənim baxışlarım qədər sevdalı, mənim qədər ona vurğun olan o ayna yenə də tamamilə onu içində saxlamalı idi. O aynanı sevdiyimi anladım. Ona toxundum, soyuq idi! Ahh xatirələr…xatirələr! Bütün ağrıları çəkdirən o qorxunc, o yaşayan, o ölü, o acı verən, yandırıb yaxan ayna! Bir aynada əks olunmaları sürüşməsi və yox olması kimi saxladığı, gördüyü, qarşısından keçən hər şeyi, sevgisinə və eşqinə sığındığı, hər şeyi unudan ürəyə sahib insanlar necədə xoşbəxtdirlər! Çox acı çəkirəm… Küçəyə çıxdım, özümdə olmadan, istəməyə -stəməyə qəbiristanlığa getdim.
Məzarını tapdım. Üzərində bir neçə sözün yazılı olduğu və mərmərdən bir xaçın olduğu sadə bir məzar. Üzərində belə yazılmışdı: “Sevdi, sevildi və öldü”.
Orada idi, o çuxurun içində çürümüşdü! Bu necə qorxudur! Alnı torpağın üzərində, hıçqırıqlarla ağlayaraq boğulurdum.
Artıq çox qaldım. Sonra axşam olduğunu hiss etdim. Həmin vaxt, qəribə və dəli bir arzu… ümidsiz bir sevgilinin arzusu bürüdü içimi. HƏmin gecəni məzarında ağlayaraq onun yanında keçirmək istəyirdim. Amma məni görsələr, qəbiristanlıqdan çölə çıxaracaqlardı.
Necə etməli?
Dikəldim və bu ölülər diyarında başıboş gəzməyə başladım. Gəzdim, gəzdim… Bura, yaşayanların ərazisi yanında nə qədər də kiçik idi!Bu qəbrstanlıq necədə kiçikdir. Halbuki dünyada ölənlərin sayı, yaşayanların sayından qat-qat çoxdur! Bağların şərabını, mənbələrin suyunu içən, düzənliklərin çörəyini yeyən bizə daha böyük binalar, küçələr, daha çox yer lazımdır.
Halbuki bizə qədər çatan bütün ölülər üçün kiçik bir torpaq parçasından başqa az qala heç bir şey lazım deyil. Torpaq onları alır, unudulmuşluq onları silir və əlvida! …
İçində gəzdiyim qəbiristanlığın sonunda tərk edilmiş, yəni, çox əvvəldən ölənlərin, torpağa qarışmaq prosesi tamamlamış, artıq xaçları belə çürümüş olanların məzarlarına, sabah yeni ölənlərin basdırılacağı məzarların olduğu hissəyə gəldiyimi hiss etdim. Bura, güllərlə, uzun və quru sərv ağacları dolu, kədərli və insan ətiylə bəslənən böyük bir həyət idi.
Tək…Heç kimsiz…Yalnız idim…. Bir ağacda büzülüb qaldım. Qaranlıq qalın yarpaqlı budaqlar arasında sanki məni tamamilə gizlətdi. Və parçalanmış bir gəminin dağıntısına yapışan bir qəzazadə kimi ağacın gövdəsinə sarılaraq gözlədim.
Gecə rahartca öz zülmətini aləmə çökdürüb… Gizləndiyim yerdən ayrıldım və ölülərlə dolu torpağın üzərində yavaş və səssiz addımlarla getməyə başladım.
Xeyli müddət boş-boş gəzdim. Onun məzarını tapa bilmirdim. Qollarımı önə uzatmış, gözlərim tam açıq, əllərimi, ayaqlarımı, dizlərimi, sinəmi hətta başımı məzarlara çarpa-çarpa gedir, amma onu tapa bilmirdi. Yolunu axtaran bir kor kimi daşları, xaçları, dəmir barmaklıları, solğun çiçəklərin olduğu çəlləngləri əllərimlə yoxluyurdum. Barmaqlarımı hərflər üzərində gəzdirərək adları oxuyurdum. Nəcə gecə idi, nəcə gecə idi həmin gecə! Məzarı tapa bilmirdmi!
Ay işığı yox idi. Hər yer qaranlıq idi. Qorxurdum…İki məzar arasında olan kiçik yollarda içimə bərbad bir qorxu yayılırdı. Məzarlar, məzarlar, məzarlar. Hər yer məzarlarla dolu idi. Sağda, solda, önümdə, arxamda hər yerdə məzarlar vardı. Dizlərim tutmur, artıq Gedə bilmirdim. Məzarlardan birinin üzərinə oturdum.
Ürəyimin döyüntüsünü eşidirdim! Başqa şeylər də eşidirdim. Nə idi bu? Adı qoyulmayan qarmaqarışıq bir səs-küy! Haradan gəlirdi? Sərsəm olmuş başımdan mı, qaranlıq gecədən yoxsa sirrli, insan cəsədləri ilə dolu torpağın altından mı? Ətrafıma baxırdım!
Artıq nə qədər qaldım, bilmirəm. Qorxudan tərpənməz hala gəlmiş, özümdən keçmişdim, qışqırıb çağırmağa və ya ölməyə hazırdım.
Birdən, üzərində oturduğum mərmərdən qapaq daşı hərəkət edirmiş kimi gəldi mənə. Hə, sanki biri onu qaldırırmış kimi qapaq daşı yerindən oynayırdı. Bir sıçrayışda yandakı məzarın üzərinə atdım özümü. Az əvvəl üzərində oturduğum daşın doğrulduğunu gördüm. Birdən-birə ölü göründü, çılpaq bir skelet, donqarlaşmış kürəyiylə qapaq daşını atdı. Görürdüm, gecə nə cür qaranlıq olursa olsun, onu çox yaxşı görürdüm. Xaçın üzərində belə yazırdı: “51 yaşında ölən Jak Olivant burada yatır. Ailəsini, yoldaşlarını çox sevərdi, dürüst və namusluydu, haqqın rəhmətinə qovuşdu”.
Ölü də, məzar daşının üzərindəki yazıları oxuyurdu. Sonra yoldakı bir daşı, iti kiçik bir daşı aldı və yazıları diqqətlə cızmağa başladı. Yazılanları yavaş-yavaş tamamilə sildi, az əvvəl cızdığı yerə boş gözlərlə baxdı və bir zamanlar işarə barmağı olan sümüyün ucuyla işıldayan hərflərlə yazdı: “51 yaşında ölən Jak Olivant burada yatır. Acı sözləriylə, mirasına qonmaq istədiyi atasının ölümünü tezləşdirdi, arvadına işgəncə etdi, uşağına əziyyət etdi, qonşularını aldatdı, fürsət tapdıqca oğurlamaqda da geri qalmadı və səfilcəsinə öldü”.
Ölü, yazmağı qurtaranda, heç tərpənmədən əsərini heyranlıqla seyr etdi. Geriyə dönüb baxanda, bütün məzarların açılmış olduğunu, bütün cəsədlərin məzarlarından çıxdığını, hamısının, gerçəyi qırxmaq üçün, ailələri tərəfindən məzar daşlarına yazılan yalanları sildiyini gördüm. Nəfəsim kəsilirdi, ağ ciyarlarım sanki, sinəmi yarıb çıxacaqdı. Ürəyim bütün bədənimdə böyünürdü.
Və hamısının, bu yaxşı ataların, bu sadiq qadınların, fədakar oğulların, tərtəmiz ləkəsiz gənc qızların, bu dürüst tacirlərin, bu qüsursuz olduğu deyilən kişilərin və qadınların əslində öz yaxınlarına işgəncə etdiklərini, kinçi, namussuz, iki üzlü, yalançı, fırıldaqçı, böhtançı və qısqanc olduqlarını, oğurçu olmaqları, aldatmaqlarını, utanc verici və iyrənc hər cür işə qarışdıqlarını görürdüm.
Hamısı, sonsuz gizli yaşayış yerlərinin girişinə, həyatdaykən heç kimin bilmədiyi ya da bilməz göründüyü qorxunc, zalım və müqəddəs gerçəyi eyni anda yazırdı.
Sevgilimin də, öz məzar daşına yazdığını düşündüm…
Artıq qorxmadan, yarı açıq tabutların, cəsədlərin və skeletlərin arasından onun məzarına qaçmağa başladım,onu dərhal tapacağımdan əmin idim.
Kəfənə sarılı üzünü görməsəm də, uzaqdan tanıdım onu.
Bir az əvvəl mərmərdən xaçın üzərində, “Sevdi, sevildi və öldü” yazılmışdı. İndi oxunanlar isə belə idi: “Bir gün, sevgilisini aldatmaq üçün çölə çıxdı, yağışa tutuldu, soyuqladı və öldü”.
………………………………………………………………………………
Gün doğarkən məni bir məzarın yanından yarı cansız qaldırdılar…
(31 mai 1887)
Tərcümə: Nicat Kazımov (Nejat Kazım Khatayi)
Комментариев нет:
Отправить комментарий