Pulun nə
vecinə
Dilənçi ovcunu sevindirir,
Ya rüşvətxor cibini.
Kasıb-üryan geyindirir,
Ya varlı-hallı öyündürür.
Kefə xərclənir
ya bir doyumluq çörəyə.
Cəriməyə verilir,
yoxsa kirayə.
Kiminə yolpuludu,
kiminin yolunda tələ…
Keçir əldən-ələ
Sürtük-sürtük, işcil-işcil.
Bir, sandıqda saxlanmaqdan qorxur,
bir də qadın əlinə düşməkdən.
qəfil ölümdən qorxur,
Qadın əlinə düşəndə
arvadını boşamaqdan…
Pulun arvadı kişilərdən olur axı,
Pulsuz kişi qadın gözündə “ölür” axı,
Pul da hərif deyil bilir axı:
Qadınla yaşamaqdan
Kişinin şərəfini qorumaq asan;
Qadının əlində fağır qul ikən
kişi cibində ağasan…
Yoxsa pulun
nə vecinə
Kiminə peşkeş, “sağ ol” olur
kimi yolundan azdırır,
kiminin başında ağıl olur…
Kimini həyatdan bezdirir – pulsuzluq.
Комментариев нет:
Отправить комментарий