01.06.2012

Riqada keçiriləcək gey-paradda ABŞ səfirləri də iştirak edəcək

İyunun 2-də Latviya paytaxtında cinsi azlıqların keçirəcəyi nümayişdə ABŞ diplomatlarının da iştirakı gözlənilir. 168.az “Mixnews”a istinadən xəbər verir ki, Birləşmiş Ştatların bu ölkədəki səfiri Cudit Qarber tədbir iştirakçılarına müraciət edəcək. Mərasimdə həmçinin dövlət katibi müavinin köməkçisi Tomas Melia, ABŞ-nin Estoniyadakı səfiri Maykl Polt və Amerikanın Baltikyanı ölkələrdəki diplomatik nüməyndəliklərinin əməkdaşları da iştirak edəcəklər.
“Biz aksiyada iştirak etməklə Latviyadakı və dünyadakı lesbiya, gey, biseksual, trasgenderə dəstək nümayiş etdiririk”, deyə səfir Qarber bildirib. Qnun sözlərinə görə, cinsi azlıqlar müdafiə olunmalı, hüquqları pozulmamalıdır. Gey-paraddan sonra ABŞ səfirliyinin dəstəyilə “Betty” qrupunun konserti olacaq.

Xatırladaq ki, dövlət katibi Hillari Klinton geylərin, biseksualların, transseksualların hüquqlarının müdafiə olunmasını ABŞ-nin xarici siyasətində prioritet olduğunu bildirmişdi.
Riqada keçiriləcək gey-paradı seksual azlıqların maraqlarını müdafiə edən “Mozaika” birliyi təşkil edir. Paytaxt meriyası isə tədbirin əngəllənməsinə manə olmayaraq nümayişin keçirilməsinə icazə verib.

Комментариев нет:

Отправить комментарий