Yaman yorulmuşam dostlarım,
Yaman,
Üzülmüşəm yaman,
Çox yorulmuşam,
Lap usanmışam…
Düşübdür gözümdən
Dünya – aləm,
Həyatın özü!
Lap gözümüzün içində,
Guya dindar cəhalətlə,
Dövlətimiz rüşvətlə
döyüşür.
Bu yalançı döyüşü
izləməkdən yorulmuşam…
Usanmışam…
Boş-boş çat yazışmalarından,
Yalançı sevgilərdən,
Soyuq, riyakar öpüşlərdən,
Amacı pul olan
“dostlar”ın yanında olmaqdan
Yorulmuşam,
Usanmışam…
Qul olanı İNSAN adlandırmaqdan,
İNSANI özünə qaytarmaq çabasından,
Yorulmuşam…
Ulu Tanrı, sən mütləqsən,
yoxsa padşah?!
Diz çökdürüb,
Baş əydirib,
Qul edirsən İNSANIları!
Ağa-qul rəzalətinə
göz yummaqdan,
İNSANIN qul olmaqdan
usanmamasından
Yorulmuşam…
Nizamın varmı Tanrı?!
Məhv elə,
Boyunduruqlu adamlarını,
Onlara hazırladığın cəhaləti…
Dağıt bu dünyanı,
Darma-dağın ,
qalmasın!
Yenidən həyat yarat,
Amma bu dəfə
Qul yox,
İNSAN yarat!
ALİ İNSANLA
İşıqlı bəşəriyyət qur!
Qaranlıq dünyana baxmaqdan
Gözlərim yorulub,
Kor olmuşam,
Kor İNSAN olmaqdan yorulmuşam,
Usanmışam!..
Yaman,
Üzülmüşəm yaman,
Çox yorulmuşam,
Lap usanmışam…
Düşübdür gözümdən
Dünya – aləm,
Həyatın özü!
Lap gözümüzün içində,
Guya dindar cəhalətlə,
Dövlətimiz rüşvətlə
döyüşür.
Bu yalançı döyüşü
izləməkdən yorulmuşam…
Usanmışam…
Boş-boş çat yazışmalarından,
Yalançı sevgilərdən,
Soyuq, riyakar öpüşlərdən,
Amacı pul olan
“dostlar”ın yanında olmaqdan
Yorulmuşam,
Usanmışam…
Qul olanı İNSAN adlandırmaqdan,
İNSANI özünə qaytarmaq çabasından,
Yorulmuşam…
Ulu Tanrı, sən mütləqsən,
yoxsa padşah?!
Diz çökdürüb,
Baş əydirib,
Qul edirsən İNSANIları!
Ağa-qul rəzalətinə
göz yummaqdan,
İNSANIN qul olmaqdan
usanmamasından
Yorulmuşam…
Nizamın varmı Tanrı?!
Məhv elə,
Boyunduruqlu adamlarını,
Onlara hazırladığın cəhaləti…
Dağıt bu dünyanı,
Darma-dağın ,
qalmasın!
Yenidən həyat yarat,
Amma bu dəfə
Qul yox,
İNSAN yarat!
ALİ İNSANLA
İşıqlı bəşəriyyət qur!
Qaranlıq dünyana baxmaqdan
Gözlərim yorulub,
Kor olmuşam,
Kor İNSAN olmaqdan yorulmuşam,
Usanmışam!..
Комментариев нет:
Отправить комментарий