Bu gün marketdə əlimdə telefon, sms-ilə evdən göndərilmiş siyahını oxuya-oxuya marketdən bazarlıq edirdim. Bütün günü o qədər qaçhaqaçda olmuşam ki, beynim əməlli başlı tormozlanmışdı. Bir şeyi dəfələrlə marketdə çalışan gülərüz qızlardan soruşurdum, hər dəfə də məmuniyyətlə və etika ilə cavablandırıb aparıb axtardığımı mənə göstərirdilər. Vəssalam, nə lazım idisə aldım...istəyirdim ki, marketdən çıxım bir zəng gəldi, onun ardınca başqa bir zəng və hər zəngdə də bir az əsəbləşib, tamamilə enerjimin hamısını demək olar ki, itirmişdim. Kassaya tərəf getmək istəyəndə gözüm şərab şöbəsinin vitrinində adamın gözünü oxşayan alkoqollu içklərə sataşdı. Özlüyümdə fikirləşdim, bəlkə bir az konyaklayaq ?! Amma sonra başa düşdüm ki, bu mən deyiləm, şeytan belə fikirləşir və mənə təsir edir. Sonra özlüyümdə düşündüm, əstafurullah, axı Məhərrəmlikdi, olmaz, günahdı...
Sonra şeytan qulağımın dibində pıçıladıd, əşi nə Məhərrəmlik ? Hər gün aşuradı, hər gün Kərbəladı, vur getsin, kef elə...Sonra yenə düşündüm ki, yox lənət şeytana və bu dəmdə bir də baxdım ki, artıq şeytan məni gətirib düz spirtli içkilərlə üzbəüz qoyub. Chivas, Black Label, Red Lebel...elə bil qarşında 90X60X90 parametrli biri birindən gözəl hurilər düzülüb. Onlar isə mənə baxıb elə bil sevgililərinə yaxın gəl əzizim deyə ehtiraslı baxışlarla ilə çağırırdılar. Mən də qalmışam belə ki, neyniym, bunların hansını seçim ? Bir də baxdım ki, vitrində neft...Gəlib qarşısında dayandım, baxdım ağ və qara qablarda neft...düşündüm elə çox deyirik ki, bizə neftdən heç nə çatan deyil. Bu da neft, buyur, ağı da var qarası da, mələklər üçün ağ qabda, şeytanlar üçün isə qara qabda, 700 qram neft. Elə fikirləşirdim ki, bu neftin kəmərinin dadının nə olduğunu bilmək üçün gərək çox kökələsən ki, belinə gəlsin. Yaxşısı budur ki, elə "çəlləkdə" alım dadına baxım görüm bu neft nəmənədi ? İnsan bunu içəndən sonra niyə dönür ? Sonra düşündüm ki, ay canım, bu zəhirmar nədirsə, insanı elindən, dilindən, dinindən, insaniyyətlikdən və əstafurullah Allahından döndərir. Özü də Məhərrəmlik ayında bu neft mənə ikiqat qənim olar. Tövbə, tövbə, əüzi billahi minəş şeytani racimin, deyib uzaqlaşdım bu neftdən. Çünki neft bayquşdu... Nobel qardaşlarının varı dövləti, ellərə qaldı, o günə qaldı ki, onun mükafatını Qorbaçov kimi şərəfsizlər aldı, it aşığı udan kimi uddu oturdu. Rəhmətlik Musa Nağıyevin cavan oğlunu əlindən aldı, ürəyinə dağlar çəkdi. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev kimi kişinin bütün sərvəti əlindən getdi və ən sonunsa atalıq etdiyi millət onun qızı Saranı acından öldürdü. Səddamı kəlmeyi şəhadətini deməyə imkanı belə olmadı ki, edam etdilər, Qəddafinin aqibəti tamam faciəvi oldu. Sarkozi onun milyonlarını aldı, seçkidə qalib gəldi və sonunda başına od yağdırdı. Bütün bu müsibətlərin hamısı insanların başına o andıra qalmış neftdən gəlirsə, niyə mən bu nefti içib onların gününə düşüm ? Odur ki, şeytana baxdım dedim ki, yox keçəl neftə getməz. Məni çox aldatmısan, amma bu dəfə alınmadı. Danone aktiviadan içib, facebookda oturub, dostlarıma bir yazı ərməğan etsəm Vallahi min neftə dəyər.
Neftə susayan ac toyuğa darı görünsün
Neftdən nə gəlir bankdakı hesabım üçündür
P.SYadımdadır, uşaq vaxtı bizim nənəmgilin bir qonşusu var idi. İnəkləri köpmüşdü, gərməşo çomaqla döydülər ki, köpü yatsın yatmadı. Başqa bir qonşu gəldi və məsləhət verdi ki, bu inəyə 1-2 qaşıq nöyüt içirdin, köpü həmin an yatacaq. Elə inəyin boğazına nöyütü tökməkləri ilə köp bu inəyin dalından qabağından necə çıxdısa inək oldu, ipək. İnək şəfa tapdı. O gün olsun bizim inəklərdə şəfa tapsın...

Комментариев нет:
Отправить комментарий