02.02.2013

Erməni məsələsinin sosial-siyasi kökləri

...Tağı Qasımlı

Tarix boyunca müəyyən aparıcı siyasətə malik olan dövlətlərin maraq və mənafelərinə müvafiq olan siyasi məsələlər meydana gəlmişdi. Belə məsələlərdən biri erməni məsələsidi. Erməni məsələsinin kökü XVII əsrin son illərinə təsadüf edir. Bu məsələnin zəmini isə XVIII əsrdə İstanbulda maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdır. Erməni məsələsi üç istiqamətdə meydana gəlmişdir. Birincisi, erməni aristokratiyası Rusiya və İngiltərə hökümətlərinə arxalanmaqla "Ermənistan dövləti" yaratmaqla və bu dövlətlərin himayəsinə sığınmaq arzusunun siyasi məsələyə çevrilməsi idi. İkinci məsələ İngiltərənin şərqlə bağlı siyasətində bu məsələnin tarixi arenaya çıxarılması olmuşdur.
Üçüncü faktor Rusiyadır. Ümumiyyətlə, erməni məsələsinin meydana gəlməsi siyasi amilə çevrilməsi, Ermənistan dövlətinin yaranması Rusiyanın xeyir-duası ilə gerşəkləçmiçdir. Erməni məsələsinin bir başa müəllifi Rusiya hədəfi isə Türkiyə və Azərbaycandır.
1677-ci ildə katolikos Hakop Çuqaesinin rəhbərliyi ilə Üçmüədzində erməni din xadimlərinin yığıncağı keçirilmişdir. Yığıncağın əsas məqsədi Qərbi Avropa ölkələri ilə əlaqə yaratmaqla ermənilərin himayə olunması məsələsini qaldırmaq idi. Yığıncaqda bu məsələ ilə bağlı Qərbi Avropaya İsrail Orinin başçılığı altında nümayəndə heyyəti gondərmək qərara alınır. O zamanlar Avropanın soyuq münasıbətini görən İsrail Ori 1701-ci ildə I Pyotrun qəbuluna gəlir. Orinin proqramı I Pyotrun İran və Qafqazla bağlı maraqları ilə üst-üstə düşürdü. Bu vaxtdan etibarən I Pyotr erməni amilini Cənubi Qafqazda siyasi məsələyə çevirir, beləliklədə ermənilər Rusiyanın xarici prespektivli siyasətinə düşür və mühüm rol oynamağa başlayır.
İranla 1723-cü il sentyabrın 12-də bağlanan müqaviləyə əsasən Xəzər sahili vilayətlər Rusiyanın tabeliyinə keçir. 1723-cü il noyabrın 10-un da I Pyotr həmin ərazilərə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılması haqqında fərman verir. Bunun ardınca 1726-cı ilin fevralın 22-in də I Yekaterina ermənilərin yüksək mədəniyyətə və himayəyə layiq görülmələri haqqında fərman verir. Bütün bu proseslərdə Rusiya Cənubu Qafqazla bağlı siyasitini həyata keçirməkdə erməni kartından istifadə etmək məqsədi güdürdü.Ermənilər isə bu himayəyə sığınaraq Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan"dövləti xülyasını həyata keçirməyə çalışırdılar. 1804-1813-cü il 1-ci Rus-İran,1826-1828-ci il 2-ci Rus-İran,1828-1829-cu il Rus-Türk muharibələrində Ruslara yaxından kömək göstərmələri təsadüfi deyildir.
XIX əsrin ıı yarısına qədər "erməni məsələsi" Cənubi Qafqaz çərçivəsində  siyasi məsələ idisə,1860 cı illərdən etibarən "erməni məsələsi" erməni lobbisinin köməyi ilə beynəlxalq siyasi orbitə düşür və yeni mərhələyə qədəm qoyur. Bu andan etibarən bu məsələ Rusiya, İngiltərə, Fransa, Amerika və digər böyük dövlətlər xarici siyasət kursunda özünə yer tapır.
XIX əsrin ı yarısında Azərbaycanın Şimal xanlıqları Rusiya tərəfindən işğal olunduqda bir çox çar generalları-V.Q.Mədətov, İ.F.Poskeviç, R.D.Sisyanov, A.R.Yermelov və s. kimiləri dinc azərbaycanlı əhalini kütləvi sürətlə qırmaqla məşğul idilər.Milliyətcə erməni olan rus generalı V.Q.Mədətov 1826-cı il fevralın 2-də Şəmkirə daxil olduqdan sonra 2000-dən çox öldürtmüşdür. Mənbələr məlumat verir ki 15 min km ərazi insan cəsədi ilə dolu idi.İ.V.Qudoviç "Ermənistan və Dağıstan" dövləti yaratmaq planı hazırlamışdır.Bu planda Azərbaycanı tamamı ilə xəritədən silmək nəzərdə tutulmuşdur.
1880-ci ildən başlayaraq "erməni məsələsi" 30 il ərzində İngiltərənin, Rusiyanın, Fransanın, Amerika Birləşmiş Ştatlarının xarici siyasətində özünə yer aldı.Nəticədə, 1880-ci ildə 1918-ci ilə qədər erməni millətçiləri sürünərək qisməndə olsa məqsədlərinə çatdılar və daşnak Ermənistanı yaratdılar. "Ermənistan dövləti"nin yaradılması "erməni məsələsi"nin sonu demək deyil. Bu məsələ hələ çox illər həll edilməyən məsələ kimi qalacaqdır.
Siyasi və iqtisadi zəmində kəskinləşən "erməni məsələsi" Rusiayanın və İngiltərənin faciəli müdaxiləsi nəticısində daha da mürəkkəbləşmişdir.1877-1878 ci illər Rus-Türk  müharibəsinin nəticəsi olan San-Stefano sülh müqaviləsinə Rusiya 16-cı paraqrafı salmışdır.Bu paraqrafa görə Turkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi,həmin işlər görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.
Çar Rusiayasının ermanilərin yaşadığı ərazilərə möhkəm qədəm basmaq cəhdi Yaxın Şərqdəki əsas rəqibi İngiltərə tərəfindən dəf edildi. Berlin konqresində İngiltərə Rusiyanın San-Stefano sülhünün şərtlərinə daxil etdiyi 16-cı paraqrafın yeni maddə-Berlin traktatının 61-ci maddəsi ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökümətinin erməni əyalətlərində lazımı islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox,Berlin konqresinin istirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verilirdi. Berlin konqresinin qərarları erməni brujuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu.
1887-ci ildə Cenevrədə Avtis Nazarbekyan,Maro Vardanyan,Kevorq Qaraçanyan,Qabriel Kafyan və Ruben Xanzatyan tərəfindən erməni xırda burjua partiyası olan "Hncaq sosial-demokrat partiyası" yaradıldı.Partiyanın başlıca proqram və məqsədi Ərzrumda,Vanda,Zeytunda,Sasunda,Ərzincanda və ermənilərin icma halında yaşadıqları başqa rayonlarda türkləri və kürdləri ucdan tutma qırmaqdan,Türkiyənin tərkibində və Türkiyə ərazisində "Böyük Ermənistan"ın özülünü qoymaqda,sonralar İrəvan quberniyasının, Qarabağı, Zəngəzuru, Qazaxı, Axalkələki, Axalsixanı və Azərbaycanın bir çox  digər torpaqlarını ona qatmaqdan ibarət idi.1890-cı ildə "Hncak"çılar "Droşak" adlı qəzet nəşr etdirdilər,sonra isə eyni adlı cəmiyyət yarandı.Bu cəmiyyətində qarşısına qoyduğu əsas məqsəd "erməni məsələsi"ni əsas prinsipi olan "Böyük Ermənistan" idi.Eyni prinsip uğrunda mübarizə aparmaq üçün yaradılan və mərkəzi Tiflis şəhəri olan "Gənc Ermənistan",mərkəzi Van şəhəri olan "Armenakanlar Erməni cəmiyyəti",eləcədə "Ramkavar"kimi komitənin adlarıı çəkmək olar ki,əslində bu təşkilatlar və onların qərəzli fəaliyyətləri yeni dövr "erməni məsələsi"ndən başqa bir şey deyildir.
1890-cı ildə Tiflisdə Xristofor Mikaelyan,Simon Zavaryan və Stefan Zoryan tərəfindən "Daşnakstyun" partiyası yaradıldı. Bu burjua -millətçi "erməni inqilab ittifaqı"nın fəaliyyəti nəticəsində Azərbaycanda misli görünməmiş soqırım siyasəti həyata keçirilmişdir.Bütün bunlar "erməni məsələsi"nin əsas prinsipi olan "Böyük Ermənistan"ın yaradılması məsələsinə istiqamətlənib, və bu gündə davam etməkdədir.Ermənilər Dağlıq Qarabağda mövcud durumu bir neçə ildə saxlaya bilsələr növbəti faciə Naxçıvanın başında çatdıyacaq.

tagi.qasimli@mail.ru

Комментариев нет:

Отправить комментарий