08.02.2014

Bir quş

Qafar Şövqi

Tənqidnizə alqış, təhqirnizə bir quş.
Şöhrətnizə bir tuş, təqdirnizə bir quş.

Quşlar qanad açmış, reklam eliyirsiz.
Quşdan danışan hər tədbirnizə bir quş.

Quşlar, qrip olduz, tapdıq sizə dərman.
Qoyduq bizə qarşı təsirnizə bir quş.

İstərsə sağ olsun, cırtdan oyağ olsun.
Divlər yola salmış, xəlbirnizə bir quş.

Əşşi əcəb etdik, eynək tələb etdik.
Batinnizi görsək, zahirnizə bir quş.

Haqqdan bərəkətdi, sizdən hərəkətdi.
Göydən düşə bilməz, təndirnizə bir quş.

Ər-geyliyə qalsa, düz tapmısan ey dost.
Ərkeyliyə qalsa, Samirnizə bir quş.

Aldanmarıq əlbət, doğru ucuz olsa.
Oğlu xoruz olsa, nazirnizə bir quş.

Sizçün o qədər mən, quşdan dedim axır,
Quşlar dilə gəldi, şairnizə bir quş.

Комментариев нет:

Отправить комментарий