10.02.2014

Diqqət!! Vahhabi terrorizmi!

"Ya eviniz partladılacaq, ya da 20 min dollar..” – Suriyaya gedən azərbaycanlının ailəsi seçim qarşısında

Suriya və bu ölkədə müharibə aparan azərbaycanlılar mövzusu gündəmi zəbt edib. Ən çox verilən “azərbaycanlılar Suriyaya niyə gedir?” sualına cavablar iki cürdür: Birincisi əqidə, yəni onlar bu yola inanır, cəmiyyətin dili ilə desək “beyinləri yuyulub”, ikincisi, ən çox müzakirə edilən və ən çox da inkar edilən versiya onların muzdla döyüşməsidir.

publika.az-ın Suriyaya gedən azərbaycanlılarla bağlı əldə etdiyi ilginc məlumatda ikinci variant təsdiqlənir. Məlumata görə, Dağlıq Şirvan zonasının sakini Elçin adlı şəxs (konkret rayonun, yaşayış məntəqəsinin adını bilərəkdən yazmırıq, şəxsin adı isə  dəyişdirilib-red) Suriyaya getməyinin müqabilində 20 min ABŞ dolları alıb.
Belə ki, Elçin artıq bir ay imiş ki, Suriyaya gedəcəyini ailəsinə bildirib və dediyini edib. Bir gün onun səsi Suriyada döyüşənlər arasından eşidilir. O, ailəsi ilə mütəmadi telefon əlaqəsi də saxlayır. Amma “bir daha evə qayıtmayacağam” da deyərək onu gözləməmələrini xahiş edir. Onun Suriyada döyüşlərə qatılmasından bir müddət sonra naməlum şəxslər ailəsi ilə əlaqə saxlayaraq 20 min ABŞ dolları verib. Mənbə bildirir ki, pulun necə verilməsi dəqiq deyil, sadəcə olaraq əlaqə saxlayan şəxslər pulu hansısa yerə qoyur və ailəyə yerin adını bildirirlər. Lakin ailənin pulu götürüb-götürməməsi dəqiq deyil.
Ailənin Elçin Suriyaya gedəcəyini deməsinə baxmayaraq təhlükə  ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verməməsi də açıq suallar buraxır. Mənbə isə bunu qorxu ilə əlaqələndirir.
“Desəydilər, evlərini partlada bilərdilər. Ümumiyyətlə, Elçin onlara qoşulandan onda dəyişiklik hiss olunurdu. Çünki əvvəllər maddi vəziyyəti aşağı idi, lakin birdən birə özünə iki maşın aldı və bir çox diqqət çəkən şeylər etdi. Görünür, etdiklərinin və verdiklərin pulun müqabilində ondan Suriyaya getməsini istəyiblər”-deyə mənbə bildirib.

Asif      publika.az

Комментариев нет:

Отправить комментарий