Sosialist Respublika qurulduqdan dərhal sonra sovet vətəndaşları ücün pulsuz mənzil hüququ elan etdi. 1922-23-cü ildən başlayaraq dövlət hesabına fəhlə qəsəbələri salınaraq pulsuz mənzil hüququ cərcivəsində əhaliyə paylanmağa başladı. 1927-ci ildə Bakıda olmuş görkəmli frasız yazıcı Anri Barbüs bunu dünyada ən yaxşı təcrübə kimi qiymətləndirmişdir. Həmən vaxtlarda Bakıda olan yazıcı Maksim Qorki fəhlələr ücün salınmış fəhlə qəsəbələri qarşısında heyranlığını gizlədə bilməmişdi.
Daha sonralar hər bir müəssənin balansında MƏNZİL FONDLARI yaradıldı. Bu mənzil fondlarının missiyası müəssədə işləyən işciləri pulsuz mənzillə təmin etmək idi.
Nəticədə hər il on minlərlə sovet ailəsi PULSUZ mənzil sahibi olurdu. Sosializmin elmi-texniki bazası möhkəmləndikcə əhalinin pulsuz mənzillə təminatı daha da kütləviləşirdi. Azərbaycan Kommunist Partiyasının proqramında 2000-ci ilə kimi bütün sovet ailələrini pulsuz olaraq mənzillə təmin etmək proqramı elan olunmuşdur.
Nəticədə hər il on minlərlə sovet ailəsi PULSUZ mənzil sahibi olurdu. Sosializmin elmi-texniki bazası möhkəmləndikcə əhalinin pulsuz mənzillə təminatı daha da kütləviləşirdi. Azərbaycan Kommunist Partiyasının proqramında 2000-ci ilə kimi bütün sovet ailələrini pulsuz olaraq mənzillə təmin etmək proqramı elan olunmuşdur.
Bir sözlə sovet hakimiyəti zamanı gənc mütəxəsislərə iki il ərzində,müəssədə işləyən digər işcilərə isə 4-5 il ərzində müəsisənin hesabına pulsuz mənzil verilirdi. Əgər ailə üzvülərinin sayı artardısa ailəyə coxmənzilli yeni mənzil verilirdi.
Bu gün isə “müstəqillik” pərdəsi altında vəhşi kapitalizmin bərpası prosesi gedir. Nəticədə Sosialst Respublika zamanı əhaliyə verilən bütün güzəştlər ləğv edilir, ”milli” hökumət milləti pulsuz mənzil hüququndan məhrum edib. Bu gün Azərbaycanda yüz minlərlə insanın özünə aid mənzili yoxdur….. Müəssələr özəlləşdirildikdən sonra kapitalislər mənzil fondlarını ləğv etdilər və nəticədə sovet vaxtı işcilərin pulsuz mənzillə təmin olunmasına yönələn vəsaitlər indi mənfəət şəklində sahibkarların cibinə gedir. Bu hazırki,bazar qiymətləriylə ildə 1,5 milyard dollar kimi böyük bir vəsait deməkdir.
Mənzil fondlarını,pulsuz mənzil hüququnu mənfəət kimi sahibkarlara bağışlayan hökumət tikinti və Bank sahibləri ücün əlavə qazanc məqsədiylə İPOTEKA deyilən bir borc sistemini dövrüyəyə soxur.sovet vaxtı dövlət tərəfindən mənzillə pulsuz təmin olunan vətəndaş indi mənzilin iki qat qiymətini 15-20 il müddətində banklara ödəməklə məzarda mənzil sahibi olmağa calışacaq. İpoteka bazarını yaratrmaqla dövlət oliqarxların əlində qalmış minlərlə mənzili əhaliyə iki qat artıq qiymətlə satmağı hədəfləyir. Hec kəsə sirr deyilki nazirlər və komitə rəhbərləri korrupsiya yolu ilə əldə etdikləri milyardlarla vəsaiti leqallaşdırmaq ücün cirkli pulları tikinti biznesinə yönəltdilər. Amma əhalinin alıcılıq qabiliyəti zəif olduğundan tikilən binaların coxu satılmadı indi bu binaları satmaq ücün dövlət ipoteka kəndirini kecirib millətin boğazına…… Əhalinin tikdiyi gecəqondular sökülür, sadə vətəndaşa mənzil tikmək qadağan olunur və məcbur edilir ki, gedib ömürlük bankların girovuna cevrilib,oliqarxların tikdiyi bahalı mənzilləri almalısan.
P.S. Azərbaycanda sovet hakimiyəti qurularkən, ölkədə cəmi 1,5 milyon ton neft hasil olunurdu,amma bu qədər cüzi neft hasilatına baxmayaraq sovet hökuməti əhalini pulsuz mənzillə təmin edirdi,bu gün isə 60 milyon ton neft, 30 milyard kubmetrdə qaz hasil olunur,amma hökumət iddia edir ki,vəsait yoxdur ona görədə pulsuz mənzil hüququnu unudun,mənzil istəyən ömürlük bankirlərin girovuna cevriloməli və borc kəndirini öz boğazına kecirməlidir….Amma elə bilməyin ki,bununla məsələ bitir, yox bu əzabın hələ başlanğıcıdır. Bundan sonra əmlakın məcburi sığortası gəlir,hansıki qərbdə insanların coxu bu qəbildən xərclər hesabına müflüs olaraq əlində olan əmlakıda itirərək kücələrə düşüb…
Kapitalizmdə insan ona görə yaşamır ki,onun yaşamaq hüququ var,ona görə yaşayır ki,kapitalislərə mənfəət yaratmaq ücün lazımdır!!!
kommunist.biz
Комментариев нет:
Отправить комментарий