Nuray Nur
Səndən uzaq, səndən başqa şəhərdəyəm,
Fikirlərim darmadağın.
Özüm Yerdə, fikrim ilə göylərdəyəm.
Ha gəzirəm, dolanıram,
ha gülürəm, danışıram
Elə bil ki,yuxudayam, ruh kimiyəm.
Axi yoxsan, mən də sənsiz yox kimiyəm.
Nəfəs yenə gedib-gəlir aram-aram,
Arzun ilə ümidlərə sarılmışam.
Yad insanlar, yad nəzərlər arasında ögeyləşib,
Bircə səni doğma bilib xəyalına bağlanmışam.
Elə bil ki, yuxudayam, ruh kimiyəm.
Axı yoxsan, mən də sənsiz yox kimiyəm.
Buludların arasından gülümsəyir Günəş mənə,
Əsən külək sığal çəkir saçlarıma sən yerinə.
Bu yad şəhər Günəşiylə, küləyilə əlbir olub,
Təskin edir sanki məni, duyuq düşüb içimdəki təkliyimə.
Elə bil ki, yuxudayam, ruh kimiyəm.
Axı yoxsan, mən də sənsiz yox kimiyəm.
Dayan külək, bat ey Günəş!
Qoy görüm ki, yoxdur hayan, gecə düşüb.
Bürələnib yorğanıma yuxulayım yavaş-yavaş.
Bəlkə bitə fikrim ilə ürəyimin arasında gedən savaş.
Nahaq yerə yorulmayın mənim üçün,
Eyləməyin belə təlaş.
Elə bil ki, yuxudayam, ruh kimiyəm.
Axı yoxdur, mən də onsuz yox kimiyəm...

Комментариев нет:
Отправить комментарий