02.03.2014

Elşən Cəfərov - Üçüncü dünya müharibəsi

Artıq  üçüncü  dünya  müharibəsi  özünün  ən  pik  nöqtəsinə çatmaqdadır. Bu  dəfə hegemon  dövlətlər  artıq  özləri  yox,  öz təsirləri  altına  salmaq  istədikləri dövlətlərin  ərazisində vuruşurlar.  Vuruşan  tərəflər  bu  dövlətlər  ərazisindəki hakimiyyət  və  guya  demokratik müxalifətdir.  Guya  diktator hakimiyyəti  Rusiya  tərəfi  və  məzlum  daima  sıxılan  müxalifəti isə  Amerika  və  onun  Avropa  tərəfdaşları  müdafiə  edir. Amerikanı bəs kim idarə edir? Eyni mason qrup (Rokfeller və Rotşilt, Buş ailələrindən ibarət qrup)- gözdən  pərdə  asmaq  üçün  ikiyə bölünmüş  bir  partiya. Amerika  tarixində  bu  iki  partiyadan  başqa  heç  bir  qüvvə  hakimiyyəti  təmsil  etməyib. Seçki prossesi də elə  qurulub  ki, bu iki  partiyanı təmsil  edənlərdən  başqa  heç kim  nə  konqresə,  nə senata, nə qubernator və ya prezident seçilə bilmir.
Ən  böyük  diktatura  bu  deyilmi? Bizdə çox gözəl atalar sözü  var:- “ÖZ GÖZÜNDƏ TİRİ GÖRMÜR, BAŞQALARINDA TÜK AXTARIR”. Bu  bütünlüklə  amerikanlara  aiddir.  Bu müharibələr  ilk  dəfə   ərəb  dövlətləri  ərazisində  başlandı. İraq,   Liviya,   Misir  və  Suriya  ərazisində  diktator  rejiminə  qarşı  Amerika  hərbi  əməliyyatlara  başladı. Artıq   bu  dövlətlər  ərazisində   Amerikanın  gətirdiyi  demokrariyanın  nəticələrini hamı  görür. Görmək  istəməyənlərə  isə  məsləhətim  var. Gözlərini   açıb,  bu dövlətlər ərazisində  gedən  qırğınlara baxsınlar.  Bu  Amerika   masonlarının   sizlərə  vəd  etdiyi  demokratiyadır.  Gürçüstan  və  Suriya  ərazisində  uduzan  Amerika, Ukrayna  ərazisində   bunun  əvəzini  çıxmaq  istədi. 
Yanukoviç   hakimiyyətinin  xalqdan  oğurladığı  vəsaitin  xaricdəki  banklarında  olduğunu  bilən  Amerika  masonları , Yanukoviç  hakimiyyətinə  təsir  etməyə  başladılar.  Bu  gediş    çevriliş  etdikləri  və edəcəkləri  bütün  dövlətlərin  hakimiyyətinə  qarşı  istifadə  edilir.  Axırıncı  müşavirədə  İlham Əliyevin   xarici  banklardakı  oliqarx-məmurların   varidatın  Azərbaycana   gətirmək  haqda  çağırış  bununla  əlaqədar  idi. Siyasi  politoluqlar Yanukoviç  hakimiyyətinin  bu  radikal   banderovçulara   qarşı  heç  bir  güç  tətbiq  etmədiyini  bu  faktla  izah  edirlər.  Bu  hakimiyyət  xaricdəki  varidatını  saxlamaq  müqabilində   Ukraynada  hakimiyyəti  əldən  verdilər.  Halbuki  bütün  vasitələrdən  istifadə  edərək  bu  qarşı  durmanınn  qabağını  ala  bilərdilər.  Radikallara   qarşı  çıxan  Berkuta  isə  silahdan  istifadə  etməyə  qadağan  etdilər.  Avropa  emisarları  və  daxildə   onların   nökərləri  tərəfindən   aldandığını   görən  Yanukoviç  Rusiya  ərazisinə  qaçdı.  Lakin  Putin  onu  satan  Yanukoviçi   o  qədər  də  isti  qəbul  etmədi.  Hal-hazırda  Rusiya   Hakimiyyəti   Xarkov  vilayətinin   qubernatorunu   möhləm  dəstəkləyirlər.  Xalq  arasından  çıxan  və  başçılıq  elədiyi   vilayətdə  böyük  hörmətə malik  olan  qubernator  artıq  may  ayının  -25  təyin  edilmiş  president  seçkilərində  öz  namizədliyini  irəli  sürüb. Mart  ayının  1 də  Rusiya  Prezidenti  qoşunlardan  Krım  ərazisində  istifadə  etmək  huququna  malik  oldu.  Bunu  eşidən  Amerika  prezidenti   B. Obama  (bəzi  demoslar  sevinərək  guya Obama  Putinə  qulaqburması  verib  bağırırlar.)  Putinə  zəng  edib.. Bu  telefon  danışığın  tam  mətni .Putin : -Amerika  heç  bir  amerikalının  yaşamadığı  bütün ərəb ölkələrində  Amerika  vətəndaşlarının  təhlükəzliyini təmin  etmək  üçün  qoşun  yeridir. Ukrayna ərazisində 5 milyon  rus  dilli  həmvətənimin qorumaq  üçün  heç  nə etməməliyəm.
Mart  ayının 1-2  keçirilən  Ukrayna  radasının  təcili  iclasının qərarları  məlum  oldu. Onlar  Putinə  Krıma  qoşun  yeritməməyi  xahiş  ediblər.  Rus  dili  haqda  qanuna  yenidən  baxacaqlarına  söz  verirlər. Mart  ayının  3 də  Almaniyada  müalicəsini  yarımçıq  kəsən  Timoşenkonun  Moskvaya  səfəri  gözlənilir. Timoşenko  müxbirlərə  Putinlə  görüşməyə  çalışdığını  söylədi. Bununla  bərabər,  onlar  ölkədə  hərbi  vəziyyət  elan edib  və  ümumi  çağırış  elan  etməyə  hazırlaşırlar.  Bütün ukrayna  ordusunu  döyüş  hazırlığına  gətirmək  üçün  əmr verdilər. Ancaq  hərbi  çağırış  üçün  lazım  olan  vəsaiti  haradan tapacaqları  üçün  baş  sındırırlar . Artlıq  iki  aydır  Ukraynada əmək  və  pensiya  haqları  ödənilmir. Amma  deyəsən gecdir. Krım,  Xarkov,  Donbas  vilayətlərinin  güc   strukturları  Kiyevə tabe  olmaqdan  rəsmi  olaraq  boyun  qaçırdırlar.  Krım  ərazisində  yerləşən  hərbi  hissələr  də  Krımın  yeni  hakimiyyətinin  tərəfinə keçirlər. Deyəsən Kiyev  Avropa  havadarlarını  gözündə  qalxmaq  üçün, Rusiyaya  qarşı  hərbi  əməliyyatlara  başlamaq  istəyirlər. Lakin Krım  hərbi  hissələrinin,  niyə  Krımın yeni  hakimiyyətinin tərəfinə  keçdiklərinin  fərqinə  varmırlar. Sovet  dönəmində  bütün  sovet  qoşununun  zabit  heyətinin  50  faizi  ukrayna  əsilli idilər. Bu zabitlərin  hamısı  rusiya  ərazisində  hərbi  məktəbləri bitirmiş  və  bu  ərazilərdə  xidmət  etmişlər. Elə  indinin özündədə  həm  ukrayna  həm  də  rusiya  ordusunun  tərkibindəki  yüksək  rütbəli  zabitlərin  bir  çoxu  sovet qoşunlarının  tərkibində  xidmət  etmiş  zabitlərdi. Onlar da  heç vaxt  Rusiya  ordusuna  qarşı  vuruşmayacaqlar. Ura deyib qərarlar  qəbul  edəndə,  hər  bir  şey  nəzərə  alınmalıdır. Necə 1992-ci  ildə  rusiya  qoşunlarını  Azərbaycan  ərazisindən çıxardan,  bu  uralıq  siyasətçilər,  azərbaycanı  ermənistana  qarşı silahsız  qoydular. Qarabağ  müharibəsində  uduzmağımızın  əsas  səbəbləridən  biri  də  bu  amil  idi.  Sonra  Azərbaycan   külli  miqdarda  vəsait hesabına  özünə  qalacaq  silahları  almağa  başladı. Əkə adlandırdığımız  Orta  Asiya  türk  qardaşlarımız  daha uzaqgörənlik  edib,  bu  qoşunlar  özləri  çıxanacan  heç  bir hərəkət  etmədilər. Həm  bu  qoşunun  zabit  heyətinin  köməyi ilə  öz  qoşunlarını  yaratdılar,  həm  də  rus  qoşunları  bu ərazilərdən  çıxarkən,  bütün  hərbi  texnikanı, silah  sursatı  bu respublikaların  yeni  yaranmış  ordusuna  buraxdı. Bəyənmədikləri  Türkmənistan  ordusuna  1000  yaxın  zirehli texnika  qalmışdı. Qazaxıstan  və  Özbəkistan  dövlətlərinə,  həm külli  miqdarda  pulsuz  hərbi  texnika,  həm  də  hərbi  veryolyot,  hərbi  təyyarə  istehsal  edən  zavodlar qalmışdı.

Комментариев нет:

Отправить комментарий