İranın Daxili İşlər Nazirliyində paytaxt Tehranın köçürülməsi ilə bağlı komitə yaradılıb. Bunu İran parlamentinin Şuralar və daxili məsələlər üzrə komissiyanın sözçüsü Dəxil Abbas Zarenijad deyib. Bu barədə İSNA agentliyi xəbər verir.
Zarenijad deyib ki, bu komitəyə daxili işlər naziri Əbdürreza Rəhmani-Fəzli başçılıq edəcək: "Komitə iki il ərzində paytaxt Tehranın hara və necə köçürülməsi ilə bağlı araşdırma apararaq köçürülmə planı hazırlayacaq". Onun sözlərinə görə, parlamentdə paytaxt Tehranın köçürülməsi ilə bağlı təsdiq olunmuş akta əsasən Daxili İşlər Nazirliyində komitə təşkil olunub və komitənin işinin icrasına parlament nəzarət edəcək.
Qeyd edək ki, 2013-cü ilin noyabr ayında İran Parlamentinin 50 nümayəndəsi ölkənin siyasi mərkəzinin Tehrandan başqa şəhərə köçürmək aktının prioritet məsələ kimi müzakirəyə etmişdi.
Tehranın əhalisinin sürətlə artması və şəhərin zəlzələ zonasında yerləşməsi nəzərə alınaraq bundan əvvəl paytaxtın köçürülməsi haqqında təkliflər irəli sürülmüşdü. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.
İranın sabiq Prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dövründə Tehranda yaşayan 200 min dövlət qulluqçusunun paytaxtdan çıxarılması layihəsinin icrasına başlanılsa da, layihə yarımçıq qaldı.
İran KİV-də bundan öncə paytaxtın Təbrizə köçürülməsi haqqında xəbərlər yayılmışdı. Lakin hələlik paytaxtın hara köçürülməsi barədə dəqiq məlumat verilmir.
İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş verib. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı. /aypara.tv/

Комментариев нет:
Отправить комментарий