03.03.2014

Vüqar Nuri - Qaçqının evində kirayə

Vətənin ərəni vətənpərvəri,
Ehtiyac ucundan solur saralır.
Bu elin döyüşkən keçmiş əsgəri,
Qaçqının evində kirayə qalır.

Hər dəfə sarsıdır məni bu fikir,
Yadıma düwəndə fikrə dalıram.
Görəsən utanıb xəcalət çəkir, 
O səndən kirayə pulu alanda?

Ey mənim vəfalı ürək sirdaşım,
Nə yaman saralıb belə solmusan.
Çörək arxasınca qacan qardaşım,
Daha sən özündə qaçqın olmusan.


Bir tikə çörəkçün batıb qan-tərə,
Başında cürbəcür xəyal dolaşır.
Qoyub ata yurdun qaçdın şəhərə,
Əsl qacqln adı sənə yaraşır.

Adın el-obada dillərə düşüb,
Düşmənə zərbəsin vuran əsgərim.
Pulsuzluq ucundan çöllərə düşüb,
Bu eldə kirayə qalan əsgərim.

Maşını, villası, evi-eşiyi,
Görəndə adamın başı fırlanır.
Qaçqının ət yeyən iti, pişiyi, 
Bizlərdən min dəfə yaxşı yaşayır.

Комментариев нет:

Отправить комментарий