03.07.2014

Bu fətva İŞİD terror təşkilatını pərişan etdi və ağır itkilər verdirdi

"Bunu ifadə etməliyəm ki, bu İraqı bölməyə istiqamətli bir layihədir. Necə ki kürdlər bunu açıq şəkildə dilə gətirdilər və yalnız Kürdüstana aid bölgələri qorumaqla vəzifəli olduqlarını İraqın digər bölgələrinin özlərini maraqlandırmadığını açıqladılar". 

İraq Parlamenti sabiq millət vəkili Şeyx Məhəmməd Mehdi Nasiri İraqdakı təkfirçi İŞİD terror təşkilatının ağır itkilər verdiyinə işarə edərək qeyd edib: "Ümumi olaraq İraq xalqı və xüsusilə də gənclərin Ayətullah Sistaninin cihad fətvasına göstərdiyi misli görülməmiş maraqdan ötəri İŞİD'in manevr sahəsi daraldı. Bu fətva İŞİD terror təşkilatını pərişan etdi və ağır itkilər verdirdi."
Şeyx Məhəmməd Mehdi Nasiri sözlərinə davam edərək qeyd edib: "Vətəni, namusu və müqəddəs dəyərləri müdafiə heç bir fətva olmasa belə bütün vətəndaşlar üçün zəruri bir təklif və vəzifədir. Lakin bununla birlikdə dini mərcəiyyətin etmiş olduğu cihad çağırışı iradələri gücləndirmiş və İraq xalqını səfərbər etmişdir. Başlanğıcda bəzi təhlükəsizlik qüvvələrinin xəyanəti nəticəsində bəzi bölgələri işğal edən İŞİD terror təşkilatı bu fətvanın ardından pərişan oldu. Hal-hazırda qaçacaq dəlik axtarırlar. Bunu ifadə etməliyəm ki, bu İraqı bölməyə istiqamətli bir layihədir. Necə ki kürdlər bunu açıq şəkildə dilə gətirdilər və yalnız Kürdüstana aid bölgələri qorumaqla vəzifəli olduqlarını İraqın digər bölgələrinin özlərini maraqlandırmadığını açıqladılar. Lakin "əhli-sünnət bizim canımızdır" deyən Ayətullah Sistaninin fətvası Sünnisi və Şiəsi ilə hər bir məzhəbin nümayəndələrindən müsbət  cavab almışdır."
Şeyx Nasiri sözlərini belə davam edərək qeyd etdi: "Ərəbistanı və Qatar iki il əvvəlindən İraqı bölmək üçün plan qurmuşdur, soruşuram:" Əgər Mosul xalqı İŞİD'i qəbul edirsə niyə bir milyon adam bu bölgədən qaçıb Kürdüstan bölgəsinə sığındı?
İraqda imperializmin nökərliyini edən bəzi fikirlərin bütün səylərinə və xalqı etnik bir döyüşə sürükləməsinə baxmayaraq əhli-sünnət və Şiə alimləri bu terror qruplarının bütün İraq xalqını hədəf aldığını vurğulamışlar. İŞİD kimi terror təşkilatları üçün imperializmə qarşı olan hər kəs, istər iə olsun, istərsə də sünni düşməndir və ortadan qaldırılmalıdır."

nardaranpiri.com 

Комментариев нет:

Отправить комментарий