İndi avrasiyaçılıq təkcə yeni post-kommunist Rusiyasının milli ideya forması deyil (bu hərəkatın banilərinin və ilk etapdakı müasir neoavrasiyaçıların gördüyü kimi), Rusiyanın, Avrasiya materikinin özünün hüdudlarını çox-çox aşan planetar ümumbəşəri əhəmiyyətli geniş proqramdır. Bu gün Amerika qitəsinin sərhədlərindən də çox-çox uzaqlarda olan coğrafi vilayətlərdə tətbiq edilən “amerikanizm” anlayışı kimi, “avrasiyaçılıq” da planetimizin hansı nöqtəsində yaşamasından, hansı milli və mənəvi mədəniyyətə mənsub olmasından asılı olmayaraq, istənilən insan soyu nümayəndəsinin seçə biləcəyi xüsusi bəşəri, mədəni, fəlsəfi və strateji seçimdir.
Avrasiyaçılığın bu şəkildə dərkinə real məzmun vermək üçün hələ çox işlər görülməlidir. Nəzərə alsaq ki, bu layihəyə yeni-yeni mədəni, milli, fəlsəfi və dini laylar qoşulacaq – avrasiyaçılığın qlobal məzmunu da genişlənəcək, zənginləşəcək, dəyişəcək... Lakin avrasiyaçılıq platformasının belə məna inkişafı yalnız nəzəriyyə məsələsi olaraq qalmamalıdır – bir çox aspektlər aşkara çıxarılmalı və konkret siyasi praktikada həyata keçirilməlidir.
Avrasiyaçılığın sintezində işsiz söz, sözsüz də iş ola bilməz.
Məna uğrunda söz savaşı və tarixin gedişat meydanı – bütün dünyadır. Öz düşərgəsini seçmək – hər kəsin şəxsi işidir. Qalanını zaman həll edəcək. Gec-tez böyük fədakarlıqlar və dramatik döyüşlər bahasına da olsa, Avrasiyanın dövranı gələcək!
Avrasiya Hərəkatının proqramından
Комментариев нет:
Отправить комментарий