FaktXeber.com-un “Turess.com” saytına istinadən verdiyi məlumata görə, Tunisin tanınmış jurnalistlərindən olan Məhəmməd Bəvud, bu ölkənin “Nasmə” telekanalına verdiyi açıqlmada Suriyaya göndərilən terrorçularla bağlı ilginc faktlar ortaya qoyub. O deyib: “Terrorçuların bir hissəsi Tunis Hava Yollarına məxsus bir şirkətin təyyarələri vasitəsilə birbaşa olaraq Livana və İsranbula aparılır. Digərləri isə ilkin döyüş təlimi almaq məqsədilə əvvəlcə Tunisin Liviya ilə sərhədinin 70 kilometrliyində yerləşən Xidamis məntəqəsinə, daha sonra isə Liviyanın əz-Zaviyə şəhərinə aparılırlar. Orada terrorçuları İbrahim əs-Suəyvi adlı şəxs qarşılayaraq onlara 20 gün müddətində təlim keçir.
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
28.12.2012
Tunisli jurnalist Suriyaya göndərilən muzdlular barədə ŞOK açıqlama verib
FaktXeber.com-un “Turess.com” saytına istinadən verdiyi məlumata görə, Tunisin tanınmış jurnalistlərindən olan Məhəmməd Bəvud, bu ölkənin “Nasmə” telekanalına verdiyi açıqlmada Suriyaya göndərilən terrorçularla bağlı ilginc faktlar ortaya qoyub. O deyib: “Terrorçuların bir hissəsi Tunis Hava Yollarına məxsus bir şirkətin təyyarələri vasitəsilə birbaşa olaraq Livana və İsranbula aparılır. Digərləri isə ilkin döyüş təlimi almaq məqsədilə əvvəlcə Tunisin Liviya ilə sərhədinin 70 kilometrliyində yerləşən Xidamis məntəqəsinə, daha sonra isə Liviyanın əz-Zaviyə şəhərinə aparılırlar. Orada terrorçuları İbrahim əs-Suəyvi adlı şəxs qarşılayaraq onlara 20 gün müddətində təlim keçir.
HƏRƏMXANADAN TƏNQİD GƏLİB
“Yalama, çəkməm kirlidi,
Hürmə, canım fikirlidi,
Əl çək, ay Allahın iti,
Mən sənin yiyən deyiləm”
(Ramiz Rövşən)
Fazil Mustafa adında bir saxta deputatxana üzvü vardır, mən ümumən çalışıram onun sərsəm söhbətlərinə fikir verməyim. Çünki yapokratiya bunun kimilərinin boğazına mandat çatısını həm də müstəqil mətbuatı söymək üçün keçirdibdir. Biz ona cavab verdikcə, şübhəsiz, Mustafa əkənin boşqabına növbəti porsiya qoyulur. Yoxsa onu orda nədən saxlasınlar? Düyməbasan o qədərdir ki, hələ əlində 1 milyon qapıda növbəyə duranları demirəm. Ancaq hərdən bunun iynəsini vurmaq lazımdır, çünki qırx günlük müddət ötəndə cəmiyyət üçün təhlükəli hala düşür.
Çılpaqlıq dəvətnamədir
Qızları, qadınları əl və dil ilə təhqir edənlərin (onları üzən, qorxudan, narahat edən, incidən, ziyan vuranların) çoxalmağından şikayət edir bu gün hamı. Hamı qışqırır ki, bu cür hərəkətlərin qarşısı alınsın. Biriləri balta alıb əlinə düşür küçəyə, kimi isə bunun üçün tədbir görülməsini istəyir. Tədbir kimi də ölkədə təhsil səviyyəsinin yüksəldilməsini və cəza rejiminin sərtləşdirilməsini görür hamı.
"Qarşı tərəf nə edirsə etsin, zorlama olmamalıdır " deyənlərin fikirlərinə qarşılıq olaraq "Xeyr, əzizim, açıq - saçıq geyinib küçəyə çıxanlar zorlanmaq üçün şərait yaradırlar; təhqir kimi çıxmasın, amma qarşı tərəf də cinsi zorakılığa insanları təhrik etməsin" - deyənlər də var. Mən isə "çılpaqlıq dəvətnamədir" - deyirəm.
Bu il sionist rejimin təcavüzləri nətcəsində 278 nəfər şəhid olub
Səhiyyə nazirliyinin hesabatında, 2012-ci ildə şəhid olan 278 nəfərdən 189-nun son döyüşdə şəhid olduğu, onların 25 nəfərinin kişi, 27 nəfərinin qadın, 18 nəfərinin isə beş yaşa çatmayan uşaqlar olduğu deyilir.
"Şah İsmayıl Azərbaycanın tarixi şəxsiyyətidir"
Millətvəkili Fazil Mustafa ANS telekanalında Şah İsmayıl və Şiələr əleyhinə çıxış etdi.
Əvvəlcə bildirmək istəyirəm ki, Fazil Mustafa şiə-sünni məsələsini tez-tez gündəmə gətirməklə təfriqə salır.
Bu kimi çıxışlarla özünü islamı sevən bir şəxs kimi göstərən millətvəkili şiə-sünni məsələsini qabartmaqla islama ən böyük zərbəni vurur. Dünən axşam Şah İsmayıl və şiələr əleyhinə etdiyi çıxış bunun sübutudur.
Əsasəndə Fazil Mustafanın “Şah İsmayılın Azərbaycan xalqına ağlaşma, zəncir vurma, səhabələrə lənət göndərmək kimi adətləri gətirib” deməsi məni çox narahat etdi.
Bu səbəblədə Şah İsmayıl Xətai haqqında qısaca araşdırma aparıb sizlərə təqdim etmək istədim :
Türkiyənin sirri: Sabetayistlər kimlərdir?
Anar Ramizoğlu“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi
Türkiyənin “dərin dövlət”inin sabetayistlər olduğuna və dünyanı sionizmin idarə etdiyinə dair fikirlər tez-tez səslənir. Kimlərdi bu sabetayistlər?
Sualın cavabını tapmaq üçün son dönəmdə Türkiyənin ən çox oxunan kitabı olan “Bəyaz türklərin böyük sirri (Əfəndi)” (Kitabın müəllifi “Qurdlar vadisi” serialının konsepsiya müəllifi Soner Yalçındır) kitabına müraciət edirik. Soner Yalçın yazır ki, 1492-ci ildə yəhudilərin böyük əksəriyyəti kimi haham Mordahay Sevinin ailəsi də İspaniyadan Osmanlıya sürgün olunur və İzmirdə yerləşir. 1626-cı ildə izmirlilərin “Qara Menteş” adlandırdıqları haham Mordahay Sevinin oğlu Sabetay Sevi dünyaya gəlir. Təhsilinə Tövratı oxumaqla başlayan Sabetay Sevi 39 yaşında özünü “Məsih” elan edir.
ƏRDƏBİLİN İMAM CÜMƏSİNİN AZƏRBAYCAN HAQQDA ANALOQU OLMAYAN BƏYANİYYƏSİ
Müəyyən olunmuş 20-yə yaxın ehtimali təhlükələrdən biri də strateji əhəmiyyət daşıyan İran-Azərbaycan münasibətləri idi. Belə ki, İranla Azərbaycan tarixi, mədəni, coğrafi, milli, dini və məzhəbi cəhətdən eyni kökə malik olduqları üçün qısa zaman kəsiyində bu ölkənin ilhaq, daha sonra isə ideoloji ittihad məsələsi qarşıya çıxacaqdı.
Вспоминая твою улыбку...
Вспоминая твою улыбку,
Твои божественные глаза
В море Воспоминаний я погружаюсь
И говорю себе - она Одна!
Мы целовались как берег и море
Нежно Друг другу шепча любви слова!
Целовались тихо,молча
в ожидании того дня!
Когда ветры любви поднимут волны
Когда тучи принесут нам дожди
Когда ударит молния страсти
Но увы не дождались желанного дня мы!!!
Buludlara doğru uçmaq gözeldirse
buludlara doğru uçmaq gözeldirse, köçmen bir quşun qanatlarının yorqunluğu acı.
Yuvan gözlerinin onünde,Umudsuzcasına, mavilerden denize düşdüyünde, derinliklere çekileceksen!, sonra, kimsizlik, köpek balığı tek başına dolanacaq, Çox üzülme, Duraqsız denizlere düşerler, ufuqdaki güneşler...
Mehemmed Gergerli
Qarlı gündə
Bir səhər Murad yuxudan oyandı ki, qar yağıb. O, bacısı Aytəni yuxudan oyatdı və bacısından bayıra çıxb qartopu oynamağı xahiş etdi. Aytən isə dedi:
-Murad indi məktəbə getməliyik. Gedək, gələndə oynayarıq.
Uşaqlar məktəbə getdilər. məktəbə tez getdiklərinə görə demək olar ki, heç kim yox idi. Muradla Aytən bir az qartopu oynayıb sinifə girdilər. Bir azdan bütün şagirdlər və müəllimlər də gəldilər. hər tənəffüs Muradla Aytən çıxıb uşaqlarla qartopu oynayırdılar. Aytən isə sevincli və həyəcanlı idi. Çünki məktəbdən evə gedəndə Muradla qartopu oynayacaqlar.
Dərs qurtardı. Uşaqlar evlərinə tələsirdilər. Onlar da həmçinin. dərs bitəndən sonra eəv gəldilər. paltarlarını dəyişdilər. yeməklərini yeyib, dərslərini hazırladılar. Yenidən çölə çıxıb qartopu oynamağa hazırlaşırdılar ki, telefon zəng çaldı. Telefonu Murad götürdü.
27.12.2012
“Telli Borçalı qələt edir, başını yekə daşa döyür”
Bunu “Qafqazinfo”ya açıqlamasında Ruslan Bəşirli Telli Borçalının “Publika. az” saytında onun ünvanına səsləndirdiyi “Allaha and olsun, səni tutub sürüyərəm, əlimdən alan olmaz. Tərs damarım tutdusa, əlimdən heç kim qurtarmaz” fikirlərinə münasibət bildirərkən deyib.
Ruslan Bəşirli bildirb ki, təxminən 4 ay bundan əvvəl “Avropa. info” saytında Telli Borçalının döyülməsi ilə bağlı informasiya getmişdi: “Həmin informasiyadan 1 ay sonra Telli Borçalı mənə zəng etdi. Əvvəlcə özünü prodüseri kimi təqdim etdi. Bir qədər danışdıqdan sonra bildirdi ki, o, Telli Borçalının özüdür. Təhqiramiz ifadələrlə danışmağa başladı. Mən danışmaq üçün uyğun məkanda olmadığımdan kənara çəkildim və ona zəng vurub mənə söylədiyi fikirlərə adekvat olaraq fikirlərimi çatdırdım”.
Ən böyük düşmənimiz mənəm-mənəmlik…
Həyatımızı çətinləşdirən nə varsa çox vaxt onları arzulayırıq… Keçib gedən zamana baxıb, arxada qoyduuğumuz müvəffəqiyyətlərimizi qiymətləndirmək, onlarla qürur duymaqdansa gələcəyin qeyri-müəyyən inadları və əsəbləri ilə boğuşuruq. Həmişə «daha çox»un arxasında qaça-qaça, bu gün olduğumuz yerin dəyərini bilmirik. «Gözəl insanların, gözəl atlara minib getdiyi» günlərin pərişanlığı içərisində hələ də qovruluruq. Sağa-sola vururuq özümüzü… Ən maraqlı jurnalların keçmişdə nəşr olunduğunu, ən qiymətli kitabların keçmişdə yazıldığını, ən yaxşı şeirləri yazan şairlərin artıq dünyadan köçdüyünü, ən mərd kişilərin artıq bu gün yaşamadığını düşünmək dünəndən ilhamlanıb dizayn etdiyimiz bu günün qısırlığını, sonsuzluğunu yaşadır bizə, çünki bu gün biz, özümüzün də fərqində deyilik heç… Çıxmaz dalana dirəndiyimiz ən çətin anlarda rahatlıqla imtina edirik hər şeydən … Məsələn nələrdən?
QAĞAYI GÜLÜŞLƏRİ və GÜNƏŞİN BATMASI
Qağayılar dalğalara qanadlarını çırpanda,günəş adamdan bir az da uzaq olur, üşüyür adam. Hər üşümədə, hər titrəmədə bir az ehtiras, bir az gərginlik, bir az qorxu, bir az da özünə çəkilmə var...
Ləpələr sahillərə çırpılarkən səslənən ahəngdar musiqi, can verən adamın xırıltılı nəfəsinə oxşayır...lap elə mənə oxşayır...
On bir yaşıma qədər qumdan evlər tikmişəm. On iki yaşım olanda, atam ürək çatışmamazlığından dünyasını dəyişdi və mən bir daha qumdan evlər tikmədim. Atam dünyasını dəyişdiyi gündən hüzün günlərinin qırxıncı gününə qədər insanlar necə də sədaqətli, necə də qayğıkeş idilər. Amma zamanla sədaqət unutqanlığa, qayğıkeşliksə ləyaqətsizliyə çevrildi.
Atamın ölümündən bir il keçmişdi. Onu hüzünlə xatırladığımız günün axşamını babamın siqaretinin acı tüstüsü qədər acı olan sözləri ilə xatırlayıram. O, əmimə deyirdi,
26.12.2012
Saakaşvilidən şok bəyanat
«İndi mənə deyirlər ki, Rusiyadan böyük həcmdə narkotika gətiriblər və onun adı «timsahdır». Bəlli olur ki, onu atan zaman fikirləşirsən ki, qabağa gedirsən, lakin əslində geriyə addımlayırsan» - deyə dövlət başçısı vurğulayıb.
«Böyük ehtimala gürcü siyasi sinfinin bir hissəsi Rusiyadan gətirilən bu dəhşətli vasitənin təsiri altındadır və bu, artıq onların üzlərində hiss olunur» - deyə dövlət başçısı əlavə edib. Dövlət başçısının bu təəccüb doğuran bəyanatına reaksiyalar hələ ki, daxil olmayıb.
KFC və McDonald's-da yemək yeyənlərin Nəzərinə!
Fastfood sekrotunun iki Amerikan lideri KFC və McDonald's məhsulları təhlükə saçır. Belə ki KFC və McDonald's-a tədarük edən iki fabrik toyuqlara həddindən çox antibiotik maddə verdikləri ortaya çıxıb. Artıq Çində belə fabriklərin bir çoxunun fəaliyyəti dayandırılıb.
Lakin bu da son deyil. O iki fabrik bağlansa da hələ də təhlükə bitmiş sayıla bilməz. Mütəxəssislər qeyd edirlər ki , əvvəl Amoksilin maddəsindən istifadə olunurdu, fəqət bir müddət sonra bakteriyalar bu antibiotikə qarşı gələ bilirlər ve belə halda Kloramfenikol maddəsindən istifadə olunur.
Qeyd edək ki, 2008-ci ildə Çində Belə fastfood-lardan istifadə edən 6 uşaq ölmüş, 300.000-nü də xəstələnmişdir.
Mexfi.info
Ölüm dodağında tasarılanmış gülüş
Danışığı aparan: Zaman Paşazadə
Zaman Paşazadə:sevimli Kiyan öncə vaxtınızı ayırıb və bu söyləşiyə qoyduğunuza görə sizdən təşəkkür edirik. Və umuruq bizim bu sıra müsahibələr ki Üçlük olaraq bir sıra ədəbiyyatımızın tanış simalarından oxucularımıza sunacağıq hamının ürəyıncəolsun.
İlk sual olaraq (bəlkə də bu sual bir az şablonlaşmış da olsun ama bəlkə də elə bu şablonluğun səbəbi də elə önəmli olduğundandır);
Sayın Kiyan! Genəl olaraq ədəbiyyat və özəl olaraq şeiri sizin tanımınızda bilmək istərdik-sizin tanımınızda şeir nə dir?
Kiyan Xiyav:təşəkkürə gərək yox sevəgili Zaman!Vaxtım çox da sandığınca dəyərli deyil. Onsuz da mənim hər zaman sənə vaxtım olub da vardır.Ancaq soruna gəldikdə, doğrudur.Bu, artiqaöz dediyin kimi şablonlaşmış bir sorudur.Genəlliklə şablonlaşmış bir sorunun şablonlaşmış da bir yanıtı olur.Ədəbiyyat bir çox baxış açısından, çoxu da fantastık olaraq tanımlanmışdır.
İsmayıl Cəmili - Aldanma könül
Neylək ki yarın can alıcı nərgizi vardır
Bir gün oda əhdin danacaq gec-tezi vardır
Versəndə könül sevgiyə sevdayə güvənmə
Aldanma ki eşqində düşər düşməzi vardır
Bir "Yusif"i zindandan alıb etsədə sultan
Minlərcə "Qərib"i, "Kərəm"i, "Gülgəz"i vardır
Sanma ki "Köroğlü"ydu yenik düşdü nigarə
Kafir eliyən "Sənan"i tərsa qızı vardır
Al alma yanağın görüb aldanma yazıqsan
Aludəsinin sap-saralan arizi vardır
Xulyası "Şirin" olsada dağlar sinəsində
Bağrı qan olan lalədə "Fərhad" izi vardır
Yersizcə umub küsmə könül nazlı gözündən
Ol bəxtəvərin lütf-o-kərəm pərhizi vardır
ERMƏNI TERROR TƏŞKILATI AZƏRBAYCANLI YAZARIN ÖLÜMÜNƏ FƏRMAN VERDI
Erməni terrorçularının bununla bağlı olaraq qərarı aşağıdakı linkdə:
(http://voskanapat.do.am/forum/8-174-105).
gundeminfo.az
"Divan-Ül lüğat Əl-Türk"də futbol
Teymurləng dövründə quzu dərisindən edilmiş və hava ilə doldurulmuş topların əl dəyməmək və müəyyən bir sahənin xaricinə çıxarılmamaq şərti ilə ayaqla oynandığı "Tarix-i Teymur" da yazılmışdır.
"La tartarik" adlı əsərə görə, Orta Asiyada Tsang'da qız və kişilərdən ibarət qarışıq komandaların futbol oyunlarını seyr edən Hiutan adlı bir Çinli demişdir ki:
"Böyük məbədlərin ərazilərində tez-tez ayaq topu oyunları keçirilir. Topa əl ilə toxunulmaz. Ya ayaqla, ya da başla vurulur və rəqib qaladan içəri soxmağa çalışılar. Türk qadınlarının kişilər kimi döyüşçü olmalarının səbəbini bu futbol oyunlarının verdikləri mübarizə ruhu və əzmi ilə açıqlamaq mümkündür. "
"Bilirsinizmi ki ?"
Def etmiştik hepsini...
Akdeniz'in serin sularına, Ege'nin öfkeden kuduran dalgalarına, Anadolu'nun bozkırına gömmüştük! Kuyruklarını kıstırarak kaçmışlardı. Arkalarına bile bakmıyorlardı... Ama sömürgeciliktir işte, içlerinde var! Bitmiyor öyle kolay kolay...
Hükümetlerimizle 'işbirliği' yaptılar ve onların sayesinde halkımızı 'oyaladılar'... Aldatılan milletimiz kandı, inandı! "Evet" dedi, ona dayatılan, söylemekte bile zorlandığı 'referandum'a... İMF dediler ona, Dünya Bankası dediler...
Qərbin və SSRİ-nin vahid düşməni - Çauşesku
Çauşeskunun həyat yoldaşı ilə birgə güllələnməsindən 23 il ötür
Bəlkə indiyədək davam etməkdə olan «diktator ovları» məhz onun aradan götürülməsi ilə başlanmışdı. Hər halda bu mənada birincilərdən sayıla bilər. Hərçənd bu adama diktator demək də olmur. Təbii ki, sərt diktələrinin olduğuna şübhə etmirik və onu da bilirik ki, müasir dünyanın baxışlarında belələrinə yapışan və yapışdırılan ad elə diktatordur, avtoritardır. Məsələyə bir yanaşma da var və o yanaşma dövrün dəyişməkdə olan reallıqlarına dərindən nəzər yetirməyi zəruriləşdirir.
"NATO "Patriot"ları İranı vurmaq üçün quraşdırır"
Səadət Partiyası sədri professor Mustafa Kamalak növbəti dəfə NATO-nun Türkiyə ərazisində yerləşdiriləcək "Patriot" raket kompleksilə bağlı tənqid xarakterli çıxış edib. "Yeni Şərq"-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, telekanallardan birinə müsahibə verən partiya lideri NATO-nun Türkiyədə quraşdırdığı "Patriot" raket kompleklərinin əsas hədəfinin İran olmasını bildirib. Çıxışında siyasətçi deyib ki, İranı vurmaq üçün quraşdırılan bu kompleksə görə sonunda Türkiyə və türk xalqı ziyan çəkəcək. Müsəlmanların qətliamının qarşısını almaq üçün "Patriot"ların qurulmasına etiraz edilməsinin vacibliyini önə çəkən Kamalak AKP hökümətini ABŞ-a aldanmaqda ittiham edib.
"Yeni Şərq"
“Mən bir şiə olaraq əhli sünnə qardaşlarımı müdafiə edəcəyəm”
"Yeni Şərq"
Mən nə üçün yaşıyıram?
Oturmuşdum gecənin səssizliyində...
Seyr edərək səmadakı ulduzları
Arayırdım ulduzumu...pərim gəldi
Xoş gəlmisən, deyib nitqimə başladım
Düşünürdüm - Mən nə üçün yaşıyıram?
Dönüb baxıb, ötən keçən günlərimə
Bu günümə, sabahıma..
Dərk etdim ki, uzaq yolun yolçusuyam
O mənzilə, qəm yükümü daşıyıram
Yüküm ağır, yolum yoxuş
Daşıyıram, yorulsam da, üzülsəm də
Tək özümçün, tək evimçin deyil bu yük
İrəvanım, Qarabağım, Şuşam üçün daşıyıram
25.12.2012
Ən çətin situasiyalarda da soyuqqanlılığı saxlamağı və çıxış yolunu tapmağı təmin edəcək məşq
Beyninizin sərhədsiz imkanları var. Bunu sadəcə inkişaf etdirməlisiniz. Bu sizə fərqli düşünməyə, sürətli düşünməyə, uğur əldə etməyə və sizə indi çətin gələn bir çox məsələlərin həllində yardımçı olacaq.
Beynin qeyri-standart düşünməsini aktivləşdirmək üçün aşağıdakı məşqi hər gün 15 dəqiqə edin.
4 ədəd vərəq götürün. 1-ci vərəqə sağ əlinizlə soldan sağa yazı yazın. 2-ci vərəqə də eyni yazını sağ əlinizlə, lakin sağdan sola yazın. 3-cü və 4-cü vərəqlərdə də eyni proseduru edin, lakin sol əlinizlər. 1-ci vərəq nümunədir. Siz bu yazıya maksimum bənzətməlisiniz. Və zamanla bu sizdə inkişaf edəndə artıq başqa cür düşündüyünüzü görəcəksinizi.
Bu məşq sizə qeyri-standart qərarlar qəbul etməyə imkan verəcək. Ən çətin situasiyalarda da soyuqqanlılığı saxlamağı və çıxış yolunu tapmağı təmin edəcək.
Molla Nəsrəddin
"Moneta" sözü hardan əmələ gəlib?!
Roma tanrıçası Yunonanın Moneta titulu var idi. Latın dilindən tərcümədə Moneta "qoruyucu", "məsləhəti" mənasını ifadə edir. Kapitoliyada Yunona məbədinin yanında metal qəpik kəsən emalatxanalar var idi. Ona görə də bu qəpiklər "moneta" adlanırlar. İngilislər isə bu addan istifadə edib pulu "money" adlandırıblar.
Şəkillərdə gördüyünüz qəpiklər Roma imperiyasında təqribən eramızınız birinci əsrində fahişələrin xidmətlərini ödəmək üçün nəzərdə tutulmuşdu. Lakin bir çox tacirlər böyük məmnuniyyətlə bu pullara öz məhsullarını satırdılar. Axı axşam bu pula sevginin bir neçə saatını alırdılar. Fahişələrin ox qullar idi və latın dilini bilmirdilər. Jetonların üstündə isə müştərinin hansı xidmətin istəməsini bildirən rəsmlər çəkilmişdi.
Molla Nəsrəddin
Kaylas dağı
Kaylas dağı - dünyadakı ən sirli məkanlardan biridir. Hündürlüyü 6666 metrdir. Kaylas dağından İngiltərədəki Stounhec abidəsinə qədər olan məsafə 6666 km-dir. Həmçinin Şimal qütbünə qədər olan məsafə də 6666 km-dir. Kaylas ətrafında insanlar çox tez qocalırlar. 2 həftə təxminən 12 saat ərzində keçir. Saçların və dırnaqların uzanma sürəti bunu göstərir. Dağ iki böyük çatla bölünüb. Axşamlar kölgələrin sayəsində qaya çıxıntıları böyük svastika görüntüsü əmələ gətirirlər.
Molla Nəsrəddin
Sovet vaxtı hamıya pulsuz mənzil verilmişdi
Sosialist Respublika mövcud olduğu 70 il ərzində 62 milyon kv.metr yaşayış sahəsi tikərək pulsuz mənzil hüququ cərcivəsində əhaliyə payladı, hansı ki, bu hazır ki,bazar qiymətləriylə təqribən 70 milyard dollar vəsait edir ki, buda Azərbaycanın son 20 ildə neftdən əldə etdiyi gəlirlərlə müqaisə oluna biləcək qədər böyük sərvətdir.Sovet dövründə orta hesabla hər gün 400 azəri vətandaşı dövlət hesabına yeni mənzillərə köcürdü ki, bu da ildə təqribən 150 min sosialist respublika vətəndaşının pulsuz olaraq mənzillə təmin olunması demək idi.
//kommunist.biz/
Bunların bir qrup kapitalistən başqa kimə aidiyyatı var?
Bir müddət əvvəl bahalı bir maqazinin qapısının ağzında kömbə şəklində (svernuvşis kalaçikom) yatmış bir evsiz qadının şəkli yayılmışdı. Biz də bu səhifədən paylaşmışdıq. Bu da başqa bir rəzillik. Bir azərbaycanlı qadın, bir ana, nənə.... bir insan prezidentin ad günü şərəfinə bişirilmiş tortun qırıntılarını yığışdırır. Yox, o bunu xoş gündən etmir. Bizim kapitalistlər, kapitalistlərin anusunu yalayıb varlı həyat sürənlər elə bilirlər ki, torpaqlarına, kəndlərinə bağlı, rus dilini bilməyən, rus mədəniyyətini sevməyən, anlamayan azərbaycanlılar kefindən baş götürüb Rusiyaya gedirlər.
Şəlalə Cavanşır - Sərxoş bir ruzğarla dans edirəm
Küsmüşəm artıq mavi baxışlarından
Saçlarımdan gecənin şehini silib
Səbirsizcəsinə yağan yağışa dönüb
Yuyacayam bütün izlərin.
“Əl Cəzirə”nin Suriya taktikası və ya “sirr”lər açılır
Suriyadakı müxalif döyüşçülərin əksəriyyətinin "Əl Qaidə" terrorçusu olmasını bilə-bilə telekanal bu faktı gizlədir
Bu telekanal Qətərə məxsus "Əl Cəzirə" telekanalıdır.
Sosial şəbəkələrdə "Əl Cəzirə" telekanalından istefa vermiş jurnalistlər bu "sirri" açıblar.
Belə ki, "Əl Cəzirə"nin xəbər redaktorlarından olmuş Rula İbrahim bu haqda məlumat yayıb.
Onun fotofaktla yazdığı məlumata görə, "Əl Cəzirə" telekanalının çox sayda jurnalisti "niyə həqiqəti çatdırmırsınız?" adlı etiraz aksiyası keçirib.
Sağlam cəmiyyət
Qəribədi insanların bir-birinə yadlaşdığı bir vaxtda,hətta qohumlarında bir-birinə yad olması o deməkdir ki,cəmiyyət getdikcə tənəzzülə uğrayır. Tənəzzülə uğrayan cəmiyyətdə isə sağlam ailələrin mövcud olmasi qeyri mümkündü. Qohumların yadlaşması və yaxud qonşuların bir-birilərini tanımaması cəmiyyətdə olan hadisələrin ailələrə pis təsir etməsindən irəli gəlir. Cəmiyyətdə olan fərdlərin bir-birilərinə qarşi soyuq münasibət bəsləməsi,çox vaxt keçmişdə olan ədavətlərlə və yaxud paxıllıq,həsəd, kin-küdürətdən irəli gəlir.Burda yoxsulluq və yaxud zenginlikdə böyük rol oynayır. Məsələn; Bəzən bir qohumun zəngin,digər bir qohumun yoxsul olması ədavətə yol açan mənbələrdən sayıla bilər. Buda yenə nəfsi istəklərin məcradan çıxmasına səbəb olur. Nəfsi istəklər nəticəsində fərdlər getdikcə yadlaşır,isti münasibətlər soyuq münasibətlərə çevrilir. Deməli bir cəmiyyətdə qonşu-qonşunu, qohum-qohumu saymadığı halda və insanların yadlaşması, biganəlik hallarının çoxalması göstərir ki, artıq cəmiyyət tənəzzülə uğrayıb.
Mən Məhəmmədşah qızı, bir şirvanlı sonasıyam
Aida Eyvazova
Cismi canının deyil, mən ruhunun aşıqiyəm,
Daim “ənəlhəqq” söyləyən, ol sufinin aşıqiyəm.
Həqq deyib, dönmədi həqdən, eldən didərgin etdilər,
Özü getdi, izi qaldı, sözünün aşiqiyəm.
Yandırıb yaxdı sözüylə, düşmənə bac vermədi,
Öylə bir kəhkəşandır ki, ruhunun aşiqiyəm.
Eşq əzabından yazdı, sevənlər yandı halinə,
O ruhu göylərdə pərvaz şairin aşiqiyəm!
Stalinin çəkdiyi şəkil
Bu yaxınlarda arxivdə Stalinin günah işləmiş maliyyə nazirinin cəzalandırılması metodunu çəkdiyi bir şəkil aşkarlanıb.
Şəklin yanında isə proletariatın başçısının öz əli ilə yazdığı kiçik bildiriş var.
Şəklin sağ tərəfindəki yazı:
"P(olit). B(üro)nun üzvlərinə
Bryuxanov bütün indiki və keçmiş günahlarına görə xayalarından asılsın; əgər xayaları dözsələr, məhkəmə üzrə bəraət qazanmış hesab olunsun, dözməsələr, o, çayda batırılsın.
İ. St."
Kim nə deyər bizdə olan qeyrətə?!
Gəlirəm yazmağa bir kəlmə, tutursan əlimi
Qorxuram, ya nə üçün? – çünki kəsirsən dilimi
Ey əcəb, men ki sədaqət yolunu azmayıram
Hələ gördüklərimin dörddə birin yazmayıram!
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə!…
Dindirir əsr bizi, – dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!
ÜZ QARASI - QARA KÜRÜ
Dünya adamdan üz döndərəndə yaman olur. Nə edirsən et, boşunadır, bütün qapılar üzünə bağlanır. İndi də Azərbaycan hökuməti belə bir üz döndərmə ilə üzləşib. Hətta iş o yerə çatıb ki, nəinki buradan daşıdıqları kürünü onlarla bir süfrədə yemək istəmirlər, hətta bir masada durub kofe belə içməyi özlərinə ayıb sayırlar. Avropa Şurasında kofe breyk zamanı bu qurumdakı nümayəndə heyətimizin başçısı deputat həmkarı ilə birlikdə Britaniyadan olan deputatların masasına yaxınlaşıb və öz kofesini onlarla içmək istəyib.
“Papanin” sakinləri üsyan edir
“Papanin” sakinləri artıq üsyan edir. Ötən gün “Papanin” sakinləri yolu kəsərək etiraz ediblər. Etiraza səbəb ərazidə söküntülərin aparılması üçün mənzilin hər kvadrat metrinə 600-800 manat verilməsidir. Sakinlər bildirirlər ki, özlərini təqdim etməyən məmurlar bizə 3 gün vaxt qoyublar. Razılaşmayan sakinlərin elektik naqilləri, qaz kəmərləri kəsilir, su verilmir.
Sakinlər dövlət televiziyalarından da şikayətləniblər. Onların dediklərinə görə dəfələrlə müraciət etməklərinə baxmayaraq, çəkilişə gəlmirlər.
azadxeber.org
Elşad Abdullayev Rövşanənin videosunu yaydı
Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev redaksiyamıza yeni video göndərib. Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir.
Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. O bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər.
Bəzi quşları daha gözəl oxumaq üçün kor edirlər
Aristotel deyirdi ki, xoşbəxtlik bilikdədir. Hazırda belə bir fikirlə razılaşanların sayı yox səviyyəsindədir. Səbəb Aristotelın fikrinin əksinin sübut olunduğu deyil. Sadəcə, insanlıq olduqca təhrif olunub. Bugünkü insanın həyatında həqiqətin yerini həmrəylik, missiyanın yerini isə vəzifə tutub.
Bugünkü insan ən uzağı işgüzar insan ola bilər, beləliklə, individual istedada malik olanlar da kütlənin və sistemin qulluğunda olmalıdır, yəni yeni sistem yaratmaq deyil, məhz mövcud sistemə qulluq borcunu yerinə yetirməli, əks halda təcrid olunmalıdır.
Tribunalardan sel kimi insanın üstünə hücum çəkən məlumatın əksər hallarda hətta yaşayışa çevrilmə qabiliyyəti də yoxdur.
Günün qəhrəmanı
Böyük qardaşı həbs olunduğu üçün İsrail əsgərinə meydan oxuyan və görüntüləri internetdə ən çox baxılan videolar sırasına daxil olan 13 yaşlı fələstinli kız Ahed Tamimi Türkiyəyə gəlib. Zəfər işarəti göstərən qızcığaz "İsrail əsgərlərindən heç qorxmadım.Onlara fələstinlilərin qorxusuzluğunu göstərdim" deyib.
Bəli, insan ruhən azad olduğu zaman onun üçün ölüm qorxusu belə heç olur!
Saadet Cahangir
Tel-Əvivdə homoseksuallara qarşı qəribə mübarizə
QafqAzNews “İsraland” saytına istinadən xəbər verir ki, Tel-Əviv bələdiyyəsi yerli homoseksuallara qarşı tədbirlər həyata keçirir. Bələdiyyə yumşaq ot qazonu kaktuslarla əvəz edib. Tel-Əvivin lesbiyan-homoseksuali icması etirazla çıxış edib. Onlar təsdiq edirlər ki, “bələdiyyə onlara qarşı əsl müharibə elan edib və seksual azlıqların görüş yerlərini ləğv etməyi qərara alıb. Onların görüşmələri üçün başqa yer yoxdur. Adətən burada tanışlıq baş verirdi, bəzən isə hətta seksual akt da baş tuturdu. İndi isə bu tikanlar və yeni quraşdırılan işıqlar onlara mane olur. Bələdiyyə bu işi onunla izah edir ki, otun tikanla əvəz olunması tikanlı bitkinin az qulluqla kifayətlənməsidir. Bu ərazinin elektrikləşməsi isə şəhərin bağlarının və parklarının yenidən qurulması planın tərkib hissəsidir”.
24.12.2012
İbrahim Sel: “Götedən-mötedən savad olmaz!”
“Bizim professionallığımız erməni həmkarlarımızı
qat-qat üstələyir, sadəcə bizdə oxucu yoxdur”
“Bizim müxalifətin sevimlisi Hillari Klinton
cavanlığında aktiv lezbiyanka olub”
“Bütün murdarlıqlar dünyaya Amerikadan yayılır”
-Sizcə bloggerlik jurnalistikadırmı və bizə
lazımdırmı?
-Müasir dünyada
ictimai-siyasi durum elədir ki, əgər bütün jurnalistika belə məhv edilsə, təkcə
bloggerlik saxlanılsa, media, bütünlüklə sivilizasiya bundan heç nə itirməz. Məsələn,
ABŞ kimi iri kapitalist ölkələrində müxalifət yoxdur, bizdəki kimi hakimiyyətin
“B” variantları var, yəni bir cibdən idarə olunan yalançı müxalifət başkanları
var. Orda əsl, real müxalifət məhz bloggerlər sayılır. Ölkə intellektualları,
mütərəqqi ictimaiyyəti məhz bu blogları oxuyurlar, onların auditoriyasını təşkil
edirlər. Amerikada böyük Bloggerlər hərəkatı – Bloqodrom formalaşıb, təəssüf ki
bizdə bu barədə məlumatlı deyillər.
Подписаться на:
Комментарии (Atom)
