26.12.2012

İsmayıl Cəmili - Aldanma könül


Neylək ki yarın can alıcı nərgizi vardır
Bir gün oda əhdin danacaq gec-tezi vardır
Versəndə könül sevgiyə sevdayə güvənmə
Aldanma ki eşqində düşər düşməzi vardır
Bir "Yusif"i zindandan alıb etsədə sultan
Minlərcə "Qərib"i, "Kərəm"i, "Gülgəz"i vardır

Sanma ki "Köroğlü"ydu yenik düşdü nigarə
Kafir eliyən "Sənan"i tərsa qızı vardır
Al alma yanağın görüb aldanma yazıqsan
Aludəsinin sap-saralan arizi vardır
Xulyası "Şirin" olsada dağlar sinəsində
Bağrı qan olan lalədə "Fərhad" izi vardır
Yersizcə umub küsmə könül nazlı gözündən
Ol bəxtəvərin lütf-o-kərəm pərhizi vardır

Комментариев нет:

Отправить комментарий