26.12.2012

"Divan-Ül lüğat Əl-Türk"də futbol

"Divan-Ül lüğat Əl-Türk" Türklərin futbol oynadıqlarını yazır və necə oynandığına dair məlumat verir. Türklər futbola "Təbuk" deyərdilər.
Teymurləng dövründə quzu dərisindən edilmiş və hava ilə doldurulmuş topların əl dəyməmək və müəyyən bir sahənin xaricinə çıxarılmamaq şərti ilə ayaqla oynandığı "Tarix-i Teymur" da yazılmışdır.
"La tartarik" adlı əsərə görə, Orta Asiyada Tsang'da qız və kişilərdən ibarət qarışıq komandaların futbol oyunlarını seyr edən Hiutan adlı bir Çinli demişdir ki:
"Böyük məbədlərin ərazilərində tez-tez ayaq topu oyunları keçirilir. Topa əl ilə toxunulmaz. Ya ayaqla, ya da başla vurulur və rəqib qaladan içəri soxmağa çalışılar. Türk qadınlarının kişilər kimi döyüşçü olmalarının səbəbini bu futbol oyunlarının verdikləri mübarizə ruhu və əzmi ilə açıqlamaq mümkündür. "

"Bilirsinizmi ki ?"

Комментариев нет:

Отправить комментарий