21.05.2011

"11 sentyabr"ın hədəfi müsəlman xofu yaratmaq idi"

Deyerler.org: "11 sentyabr"ın hədəfi İslamı terrorçu bir din olaraq göstərmək və müsəlmanlardan xof yatratamaq idi". Belə bir bəyanatla Tehran Universitenin professoru Rəhimpur Əzğədi İİR-in paytaxtı Tehran şəhərində mayın 14-dən etibarən keçirilən “Ədalətli Sülh Uğrunda Terrorizm Əleyhinə Ümumdünya Alyans”ın Beynəlxalq Konfransında çıxış edərkən qeyd edib. "Amerikanının başladığı bu proje 10 ildə milyonlarla insanın öldürülməsi ilə nəticələndi. Çünki Amerika və Qərb məhz İslamı özlərinə alternativ hesab edirlər. Və belə olan şəraitdə təbii ki, onunla mübarizəyə qalxmalı idilər", - deyə o bildirib. 11 sentyabrda baş verən terrorun çox şübhəli bir terror olduğunu vurğulayan alim, "Heç bir məhkəmə yaradılmadı, heç bir sənəd müzakirə olunmadı. Heç bir müstəqil qurumun bu sahədə müstəqil araşdırma aparmağa icazəsi də yoxdur. Elan olundu ki, bunu Əfqanıstanda gizlənən bir "müsəlman" edib. Halbuki, "Əl-Qaidə" və "Taliban" elə Amerikanın özünün Sovetlər Birliyinə qarşı yaratdığı terrorçu şəbəkələr idi. Və o zamanlar Əfqanıstan cəbhəsində yaradılan bu şəbəkələr dünyada müsəlmanların təmsilçiləri kimi məqsədli şəkildə tanıdıldı", - deyə qeyd edib.

Комментариев нет:

Отправить комментарий