21.05.2011

Belçikada ailə institutu çökür

Deyerler.org: Belçika Statistika Qurumu (FOD) ölkədə son bir il ərzində evlənən cütlüklərin üçdəikisinin boşanma ilə nəticələndiyini bildirib.(euronews) Statistika Qurumundan verilən məlumatda deyilir ki, ölkədə boşanma halları ildən ilə sürətlə artır. 1960-cı ildə hər yüz cütlükdən 7-si, 1980-ci ildə hər yüz cütlükdən 21-i, 2000-ci ildə hər yüz cütlükdən 46-sı boşanırdısa, 2009-cu ildən isə hər yüz cütlükdən 65-i boşanır. Verilən son məlumatda deyilir ki, Belçikada holland dilində danışan Flaman toplumunda boşanma hər yüz cütlükdən 51-də baş verirsə, fransız dilində danışan Valon toplumunda isə hər yüz nəfərdən 65-i boşanır. Statistika Qurumu ölkədə boşanma üçün orta statistik göstəricinin 65 faiz olduğunu deyir.

Комментариев нет:

Отправить комментарий