21.05.2011

550 səhiyyə təşkilatı xəbərdarlıq edir: “McDonalds” uşaqların səhhəti üçün təhlükəlidir

Dünyanın böyük fastfud şəbəkəsi olan “McDonalds” uşaqların səhhəti üçün ciddi təhlükə doğuran qidaların o cümlədən “Happy Meal”ı satışdan çıxarmalıdır, - “RİA Novosti” xəbər verir.

Yüzlərlə beynəlxalq səhiyyə təşkilatı belə bir müraciəti imzalayıb və Amerika koorporasiyasına tələb göndərib. Müraciət eyni zamanda Nyu-York, Çikaqo, Boston, San-Fransisko, Baltimor və digər şəhərlərin böyük qəzetlərində dərc edilib.

Müraciətdə bu qidadan artıq xeyli zəhərlənmələrin olması qeyd olunur və insanların müalicəyə xeyli pullar sərf etdiyi bildirilir.

Müraciəti 550-dən çox səhiyyə təşkilatı, o cümlədən “American Academy of Child and Adolescent Psychiatry”, “Food Studies”, “Public Health” kimi təşkilatlar imzalayıb.deyerler.org

Комментариев нет:

Отправить комментарий