21.05.2011

Rok musiqi nədir?

İbrahim Sel                Professional Oxucu Liqası

Anarxiya yaratmaq üçün insanları şəhvani hisslərdən azad etmək lazımdır ki, bu da öz növbəsində satanizmin bütün dünyada hökmranlığına yardımçı olur

 İblisanə sektaların əksəriyyətində rok-musiqi, xüsusilə ağır rok (Hard rock) iblisə ibadət, onu səsləmə ayininin özünəməxsus girişi rolunu oynayır. Qərbdəki kütləvi mədəniyyətin əsas tərkib hissələrindən birinə çevrilən rok musiqisi xristian şüurunun dağıdılmasının qüdrətli alətinə çevrildi. Rokun banisi olan Elvis Presli daim xristianlığın dağıdılmasındakı xüsusi missiyası barədə danışır və bununla fəxr etdiyini dilə gətirirdi. Onun konsertlərini görən xristianların fikrincə, narkoman və sodomit Presli, iblissevərlərin parlaq tipi idi. Satanizm tədqiqatçısı Con Todd belə qeyd edir: “İblisə həsr olunmuş musiqi vallarının (rok musiqi- C.T) hamısı eyni prinsip əsasında qurulub. Cinsi münasibətlər zamanı edilən hərəkətlərə müvafiq şəkildə hazırlanan ritm hissəsindən istifadə edilir. İnsana qəflətən elə gəlir ki, o dəli olub və sonda bu isterikaya gətirib çıxarır... Gənclər müəyyən müddət bu səslərin təsirinə məruz qaldıqda, onlarda depressiya, qıcıqlanma, təcavüzkarlıq hissləri baş qaldırır. Mahnıların mətnlərini araşdırmaq üçün özlərində səbir tapanlar tezliklə belə bir qənaətə gəlirlər ki, bu mətnlər bir qayda olaraq yeknəsəqdir. Onlarda valideynlərə, cəmiyyətə, bütün varlığa qarşı müqavimət təbliğ edilir. Anarxiya yaratmaq üçün zəruri şərait insanın bütün şəhvani hisslərini azad etməkdir ki, bu da öz növbəsində satanizmin bütün dünyada hökmranlığına yardımçı olur”.
 Bəzi mahnılarında rok müğənnilər açıqca iblisə sitayiş edirlər. Belə ki Con Lennon ona müraciətlə deyirdi: “İnsanları elə indi, dərhal azad et, bunu yerinə yetir, bizim əlimiz havada qalıb... Biz sənə dualarla bağırmaq istəyirik: İnsanları azad et... 666-dır sənin adın”.
 Müasir dünyada iblisanə mistik ədəbiyyat artıq Krouli, yaxud Lavey kimi yazıçıların əsərləri ilə məhdudlaşmır. Onlardan başqa külli miqdarda daha zərif, daha çox ziyalılalar tərəfindən istifadə edilən iblisanə kitablar da var. Onların müəlliflərinin ad çeşidi də çox zəngindir: K.Kastanyeda, H.Mayrinq, Umberto Eko, Kristofer Faulerdən başlamış, Stiven Kinq, Artur Klark və hətta rus yazıçısı Dannil Andreyevə qədər.
 Led Zeppelin, Maykl Cekson, Bitlz, Madonna, Metalliqa, Eagles, Rollinq Stounz kimi solist və qrupların bir çox sevilən mahnılarında şeytanı tərif edən hissələr var. İllərdir musiqisevərlər tərəfindən böyük zövqlə dinlənilən bu məşhur mahnılarda satanizmin təbliğatı aparılır. Satanistliyi təbliğ edən cümlələri bu tip mahnıları yalnız geriyə doğru oxudulduqda anlamaq olar.
 Madonnanın ilk dəfə 1987-ci ildə oxuduğu musiqi indi də gənc nəsil tərəfindən maraqla dinlənilir. “Like a Prayer (Bir mömin kimi) bu məhşur cümləylə başlayır: “Life his a mystery…” (Həyat bir sirrdir). Deyə bilərsiniz, nə var ki burda, şeytanı təbliğ bu cümlənin harasındadır?
 Musiqini MP3 şəklində əldə edib giriş hissəsini tərsinə dinlədiyiniz zaman Madonnanın sanki yalvararaq “O, hear our savior satan” (Qurtarıcımız şeytan, eşit bizi!) dediyinə şahid olacaqsınız.
 Başqa bir rok musiqi ki 30 ildir dünyada böyük zövqlə dinləlinir. “Hotel Kaliforniya” adlı bu musiqi Eagles qrupu tərəfindən ifa edilir. Geniş kütlələri hər vaxt məst edən bu musiqinin bir bəndi eynilə belədir: “There were voices down the corridor, thought I heard them say, welcome to the Hotel Californiya”. (Eşitdiyim səslər koridorun dərinliklərindən gəlir, onlara “Hotel Kaliforniyaya xoş gəldiniz” de).
 Otelə gələn qonaqlara gülərüzlə xoş gəldin demək hər administratorun təbii vəzifəsidir. Ancaq bu hissəsini əksinə qulaq asdıqda deyilir ki, “Yeah Satan, he organized hiss own religion” (Yaşasın Şeytan, o öz dinini qurdu) deyə başlayan bu cümlələr şeytana bağlılığı bir daha göstərir.
 Bundan əlavə Kaliforniya əslində bir otel deyil. Los-Ancelesdə böyük bir prospektin adıdır. İlk rəsmi Şeytan məbədi də 1968-ci ildə satanistlərin lideri Anton Zsandor Lavey tərəfindən bu prospektdə tikilib. Əksəriyyəti ABŞ-da və İngiltərədə fəaliyyət göstərən və satanistliyi təbliğ edən bu cür qrupların və solistlərin sayı 50-dən çoxdur. Bu siyahıda Maykl Cekson, Metalliqa, Led Zeppelin, Rollinq Stounz, AC/DC, Bitlz və bir çox məşhur solist və qrupun adını görmək olar.
 Amerikalı musiqiçi Jeff Milner satanist inanc dalğasının rok qrupları arasında, xüsusilə 1960-cı ilin sonları ilə 1970-ci ilin əvvəllərində böyük bir sürətlə yayıldığını qeyd edib. “Back-masking” texnikasından geniş istifadə edilir. “Back-masking”- “arxa planı pərdələmə” deməkdir. Bəstəkar əvvəl əsl söyləmək istədiklərini eynilə mahnı kimi oxuyur. Sonra onu tərsini təkrar-təkrar dinləyərək, o gizli cümlələri əldə edə bilmək üçün hansı misraların yazılması lazım olduğunu aydınlaşdırır. Bu sözləri verən səsləri səbirlə düzəldib oxuduqda isə, musiqi artıq geriyə doğru hər çalınışında bu cür propoqandist hissələri ehtiva edəcək. 
 Burada məqsəd satanizmi təbliğ edən sözləri geniş kütlələrə deyil, yalnız öz müridlərinə çatdırmaqdır. Ən sevdikləri arxa plan nəqarəti isə “natas”dır. Yəni, şeytanın ingiliscə tərsdən yazılışıdır. İndiki dövrdə belə nümunələrə xüsusilə metal musiqisində rast gəlirik. Rok musiqi tarixində isə bu cür sınaqları edən musiqiçilər Led Zeppelin, Jimmy Page və Robert Plantdır. Məlum olduğu kimi, hər ikisi sadiq bir satanistdirlər. Amma onlar bunu rədd edirlər.
 Bundan əlavə Rollinq Stounzun, Mikki Caggerin, Maykl Ceksonun və Bitlz qrupunun da satanist olduqlarına dair tutarlı dəlillər var. Bu sənətçilərin hamısının məşhur satanist lider Aleister Krovleyə qarşı xüsusi bir məhəbbəti olub. Belə ki Bitlz qrupu, Krovleyin şəkillərini öz albomlarının ön hissəsinə vururdu. 1875-1947-ci illərdə yaşamış din düşməni və cadugər Krovley, müridlərinə tərsdən danışmağın şeytanın dili olduğunu tədris edirdi və onlara tərsdən danışmaq sənətini mütləq öyrənmələrini məsləhət bilirdi.
 Satanizmi gizlin şəkildə təbliğ edən məşhur mahnılar bunlardır: 1) The Eagles: “Hotel Kaliforniya”, “This Fara Down the Line”. 2) Madonna: “Like a Prayer”. 3) Maykl Cekson: “Beat it”, “Morphine”, “Man en the Mirror” (YƏQİN Kİ MÜSƏLMANLIQDAN ƏVVƏL İMİŞ). 4) AC/DC: “Dirthy Deeds”. 5) Rollinq Stounz: “Tops”. 6) Metallica: “Am I Evil?”. 7) Beatles: “Sergeant Pepper's Lonely” albomu. Led Zeppelinin satanist mahnılarından ən məhşuru “Stairway to Heaven”dir (Cənnətə uzanan nərdivan).
 Rok tarixində xüsusi yeri olan Pink Floyd qrupu 1961-ci ildə yaranıb və ən xarizmatik qruplardan biri olaraq qəbul edilir. Qrupun indiki dövrdə artıq bir əfsanəyə çevrilmiş məşhur mahnısı “Stairway to Heaven” isə bu hiyləgər kamuflyajın texniki müvəffəqiyyət baxımından zirvəyə çatdığı işdir. Bir qrup qərbli araşdırmaçının
ifa müddəti 12 dəqiqə olan bu məşhur mahnının ortalarında bir yerdə tutduğu tükürpərdici “back-masking” hissəsi eynilə belədir: “If there's a bustle en your hedgerow, don't be alone now” (Əgər bağçanızda bir qarışıqlıq varsa, əsla təlaşlanmayın). “It's just a spring clean for the May queen” (Bu yalnız May kraliçasının etdiyi bir bahar təmizliyidir).
 Bu mahnını eyni sürətlə tərsinə dinlədikdə isə yuxarıdakı cümlələr bu cür məna verir: Here's my sweet satan- (Budur mənim sevimli şeytanım). The ona whose little path would make me sad whose power his satan- (Bu kiçik cığırda irəliləyən məni xəstə edən şeytanın gücüdür). He'll give you 666- (O sənə 666 sayını verəcək). There was a little toolshed where he made us suffer, sad satan- (Kədərli şeytanın bizə iztirab verdiyi bir daxması vardı).
 Buradakı daxma sözü qrup üzvlərindən Jimmy Pagenin satanik ayinlər təşkil etmək üçün 1970-ci illərdə satın aldığı tarixi bir evə işarədir, 666 isə şeytanın İncildəki simvoludur. Musiqidə həmçinin, “Your stairway lies on the whispering wind” (Nərdivanın pıçıldayan küləyin üzərində uzanar) sətiri də tərsindən dinləndikdə, “Because I live for satan” (Çünki şeytan üçün yaşayıram) mənasını verir.
 Qeyd edək ki, bu cür rok qrupları özlərinin satanist olduqlarını inkar etməyə çalışsalar da, onların satanist olduğu yuxarıda göstərilən dəlillərlə bir daha öz təsdiqini tapır.
Onlar necə ki öz bəstələrində gizli şəkildə şeytanı təbliğ edirlər, eləcə də özlərinin satanist olduğunu bu cür gizlətməyə çalışırlar. Amma həqiqət ortadadır. 
 Təəssüflə qeyd etməliyik ki, Qərbə inteqrasiyadan sonra bu cür çirkin mədəniyyət ölkəmizə də ayaq açdı. Və bu müsiqilərin dəliləri bizdə də boy göstərməyə başladı. Bundan sonra isə müxtəlif adda rok, metal qrupları yarandı. Onlar özlərini vətənpərvər kimi göstərərək, gənclərin qəlbini ələ alamağa çalışırlar. Amma əslində Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salaraq, Şeytana sitayiş aşılayırlar.

Комментариев нет:

Отправить комментарий