21.05.2011

ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

Neftçala rayonunda məskunlaşan köçkünlər öz yaxınlarının haqsız yerə həbs olunmasına etiraz əlaməti olaraq dünən ABŞ səfirliyi önündə aksiya keçirməyə cəhd ediblər. Təxminən 50-yə yaxın aksiya iştirakçısı rayondakı haqsızlıqlardan təngə gəldiklərini deyərək Azərbaycan vətəndaşlığından imtina etdiklərini bəyan ediblər. Bu zaman Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəis müavini Süleyman Nemətov başda olmaqla, xeyli sayda polis əməkdaşı etirazçıların üzərinə hücum edib.
ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

Aksiyada iştirak edən kişi, qadın, hətta onların yanında gələn körpələrə qarşı fiziki zorakılıq edilib. Bundan sonra aksiya iştirakçıları yolu bağlamağa cəhd ediblər. Bu zaman polislə vətəndaşlar arasında əlbəyaxa dava olub. Polis aksiya iştirakçılarını döyə-döyə post-patrul maşınlarına dolduraraq aparıb. Səfirliyin önündə yaranmış toqquşma nəticəsində xəsarət alanlar olub. Polis qadınlara qarşı da çox kobud davranıb, onları döyüb.
ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı
Rəis müavini Süleyman Nemətovun göstərişi ilə bir neçə qadın saxlanılıb. Təqribən 30-a yaxın etirazçı köçkün həbs olunub. Məlumata görə, onlar Nəsimi rayon 22-ci polis bölməsinə aparılıblar. Polis qucağında körpəsi olan qadınlardan ikisini həbs etmək istəyib. Hadisə yerində olan iki idmançı görkəmli gəncin müdaxiləsindən sonra polis bu fikrindən vaz keçib.
ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

Aksiyaçıların əməkdaşımızla söhbətində məlum olub ki, köçkünlərin etirazına və vətəndaşlıqdan imtina etməsinə səbəb qətl hadisəsi ilə əlaqədardır. Belə ki, Neftçala rayonunda 4 nəfər arasında baş verən mübahisə zəminində biri digərini güllələyərək öldürüb. Onlardan ikisi gözətçi olub. Bundan sonra hadisəyə aidiyyəti olmadıqları iddia olunan 4 nəfər köçkünə cinayət işi açılıb. Hazırda onlar adam öldürməkdə təqsirli bilinərək məhkum olunublar və 10 aydır ki, həbs cəzası çəkirlər. Həmin şəxslər Emin, Etibar və Seymur Hüseynovlar, digəri isə Zülfüqar Soltanovdur. Bu 4 məhkumun yaxınları iddia edirlər ki, adıçəkilən şəxslər cinayət törətməyib. Bununla bağlı bütün dövlət orqanlarına müraciət ediblər.
ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı
Onların sözlərinə görə, müraciətlərinə baxılmır və istintaq yanlış aparılıb. Bu cür ədalətsizliyə dözə bilməyən ailə üzvləri və onların yaxın qohumları də öz etirazlarını bu cür bildirməyə qərar veriblər. Köçkünlər bildiriblər ki, onlara qarşı haqsızlıq azmış kimi, üstəlik, polis aksiya keçirənləri də döyür. Bundan sonra S.Nemətov saxlanılmayan köçkünləri Nəsimi polisinə dəvət etdi və orada vətəndaşları dinləyəcəklərini deyib. 
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. O bu barədə məlumatlı olmadığını dedi. 
Mövzunu diqqətdə saxlayacağıq.

Emil SALAMOĞLU
musavat.com
ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı

ABŞ səfirliyindən sığınacaq istəyən məcburi köçkünlər qana bulaşdı
fotolar "musavat.com"a məxsusdur

Комментариев нет:

Отправить комментарий