21.05.2011

İspaniyada nümayişçilər öz meydanlarına "Təhrir" adı qoydular

Deyerler.Org: İspaniyada bazar günü keçiriləcək seçkilər öncəsi nümayişlər davam edir. Gənclər meydanlardan çəkilmir. Ölkə qanunlarına görə isə, seçkilərə 24 saat qalmış nümayiş keçirmək qadağandır. Gənclər isə qanuna məhəl qoymayaraq, meydanlardan çəkilmir. Gənclərin əsas tələbi ölkədə ciddi islahatların həyata keçirilməsidir. Çünki İspaniya gənclərinin ən azı 40 faizi işsizdir. Nümayişçilər ölkədəki siyasi, iqtisadi və sosial sistemlərin demokratik olmadığını deyirlər. Nümayişlər ölkənin ən iri şəhərlərində keçirilir. Barselona şəhərində isə gənclər nümayiş keçirilən meydanı "Təhrir" meydanı adlandırmağa başlayıblar.

Комментариев нет:

Отправить комментарий