21.05.2011

Ağrıkəsici və ana südünü artıran Razyana çayı

Deyerler.org: Razyana bitkisi daha çox Aralıq dənizi iqlimində, qayalıq və quraqlıq yerdə bitir. Sarı rəngdə və ətirli çiçək açır. Razyanın toxumları protein və yağ baxımından zəngindir. Razyanın azı rahatlıq gətirdiyi təqdirdə, çoxu yuxu gətirir.

Razyana və razyana çayının faydaları

Razyana iştahaçıcı xüsusiyyətə malikdir. O, bədənə xüsusi rahatlıq gətirir. Razyana mədə və bağırsaq şikayətlərini, qazları aradan aparır. Bu təsiri ilə xüsusilə qaz sancısı çəkən və ishal olan uşaqlara çay olaraq içirdilir. Bu da həm itirilən mayeni, həm də sancıları azaldılır. Bütün bunlarla yanaşı, razyana sidikçökdürücü, bayıra çıxmaq problemlərini, bəlğəmi aradan aparmağa, gözlərə yaxşı təsir edir. Ağrıkəsici xüsusiyyəti ilə ağrıları kəsir. Ana südünü artırır, qan azlığını aradan aparır, ürək xəstəlikləri, revmatizm və s.-ə qarşı faydalıdır.

Razyana necə istifadə edilir?

Razyanın meyvəsi, toxumları və kökü istifadə edilir. Razyanadan ədviyyat əldə edilir. Bundan başqa razyanandan çay hazırlanaraq, istifadə edilir. Razyana çayı hazırlamaq üçün bir fincan qaynar suya 1 çay qaşığı razyana atılır və 10-15 dəqiqə dəmlənir. Razyana çayı öskürək və ağciyər xəstəlikləri ilə damar sərtliyi və həzm problemlərini həll edir. Razyananın yarpaqları və toxumunun qaynadılması ilə yaranan buxar dərini təmizləyir.

Комментариев нет:

Отправить комментарий