21.05.2011

AZƏRBAYCANA QARŞI “QIRMIZI KÜRDÜSTAN” İDDİASI

             Medvedyevə edilən müraciətin arxasında hansı məkrli plan dayanır?



Özünü kürd əşirət başçılarının varisi elan edən Şeyx Rəşid Manafoviç Kakoyev Rusiya prezidenti Dmitri Medvedyevə müraciət edərək, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərinin hesabına “Qırmızı Kürdüstan” adlı dövlət yaratmaq işində onlara yardım etməyi xahiş edib. Kakoyev bu müraciəti Rusiyada mühacir kimi yaşayan kürdlərin adından imzaladığını bəyan edir. Müraciət müəllifi iddia edir ki, Vladimir Lenin 1923-cü ildə “Qırmızı Kürdüstan” adlı dövlətin yaradılması üçün dekret versə də, sonralar bu ideya davam etməyib.
Müraciət müəllifləri hər üç Cənubi Qafqaz respublikasında kürdlərin hüquqlarının pozulduğunu iddia etsələr də (“Hər üç respublikada kürdlərin genosidi, onların məhv edilməsi” şəklində bəyanat verilir) “Qırmızı Kürdüstan” adlı dövlətin yalnız Azərbaycan ərazisində yaradılmasına iddia edirlər.
Müraciət müəllifləri Medvedyevdən xahiş edirlər ki, Rusiya Abxaziya və Osetiya ərazisinə müdaxilə etdiyi kimi, “Qırmızı Kürdüstan”a da rus torpağı kimi müdaxilə edə bilər və onlar bunu “tarixi ədalətin bərpası” sayırlar.
Müraciətdə Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları “Qırmızı Kürdüstan” adlandırılır.
Üstəlik, o da maraqlıdır ki, müraciətdə Azərbaycanda kürdlərə qarşı xüsusi repressiyaların həyata keçirildiyi iddia edilir. 

1 комментарий: