21.05.2011

Ben Laden nağılı bitdi

Vasif Əbilov               Professional Oxucu Liqası

 Ben Ladenin öldürülmə xəbəri indi dünyanın “yekə” mətbuat şirkətlərinin əsas xəbərlərindəndir. Xəbəri oxuyan kimi məhşur rus nağıl personajı “ölməz Koşşey” yadıma düşdü. Bir iki kəlmə “Koşşey”i tanımayanlar üçün deyim. Bu rusun Koşşeyini heç nə ilə öldürmək olmurmuş. Deyəsən, bizim divlərlə qohumluğu da varmış. Onun da canı əldən-gözdən uzaq bir yerdə, yumurtanın içində olan iynədə imiş. Əksəriyyətin yaxşı tanıdığı “Koşşey” bizim bu Ben Ladenin yanında çılız bir kərtənkələyə bənzəyir. Niyə elə? Çünki bildiyimiz kimi, nağılda bir rus qəhrəman cavan, ətrafa qorxu saçan həmən o Koşşeyi təkbaşına axtarıb tapır və canını da alır. Lakin Ben Ladeni isə 20 ildən artıq bir vaxtdır ki, dünyanın nəhəngləri axtarıb tapa bilmirmiş. Guya. Mars planetinin səthi, hansısa bir çuxurun içində olan bir daşın rəngindən tutmuş tərkibinə qədər öyrənilə bildiyi bir vaxtda, bu Ben Laden iynə olub itmişdi göz qabağında. İndi də bizim Koşşey demə Pakistanda imiş və amerikalı “dəniz cəngavərləri” axır ki, onu axtarıb tapıb canının ala biliblər. Bu həm də Amerika hərbçilərinin “inkişafını” da göstərir. Necə ki, Obama birbaşa insanlara müraciət edib deyir: “Mən prezidentliyə başlayan kimi Ben Ladenin tapılıb məhv edilməsinə əmr verdim”. Bəs bu vaxta qədər “dermo-kratiya yayanlar” nə işlə məşğul imişlər?
 Bir yana baxanda, daha əvvəlki kimi deyəsən xoxan Ben Ladenə ehtiyac da yoxdur. Çünki, indiki “qəhrəmanlar” daha xoxansız da istədiyi ərazilərə rahatca soxula bilir, istədiyi qədər insan öldürür və istədiyi adı öldürdükləri məzlumlara qoya bilir. Məncə “ölməz Bin Ladenin” Pakistandan peyda olması amerikalıların həmin müsəlman əraziləri üçün qurulan böyük planlarından da xəbər verir. Bir də ki, hər dəfə Pakistan ərazilərinə hava hücumu təşkil edərək, dinc əhaliyə divan tutmasını necəsə əsaslandırmalı idilər axı. Bu da əsas. Yəni, Ben Laden elə burdaymış. Birdən fikirləşərsiz ki, bu dəfə də İraqda axtardığımız kimyəvi silahlar kimi yalandır. Yox, bu səfər “dermo-kratiya” səhv etməyib.
 Gözləyək, görək bunun ardınca nə gələcək. Bu nağıllar elə burda bitə bilməz axı. Camaata yenə nəsə danışmaq lazımdır. Yeni nağıl başlayır. Biri var imiş, biri də elə bu yaxınlarda yox oldu... 

Комментариев нет:

Отправить комментарий